Shia.az SonUmidTv media
sitename

Əhli-beyt (ə) nemətinə görə şükür

"Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...”
Əhli-beyt (ə) nemətinə görə şükürƏgər kafir valideynin də insan qarşısında haqqı varsa, imamət və vilayət məqamına malik, insanların təlim-tərbiyəsini öhdəsinə götürmüş, dünya və axirətdə qurtuluş gəmisi olan Əhli-beytin (ə) haqqı şübhə doğurmamalıdır. İnsanların xoşbəxtliyi onların Əhli-beytə (ə) nə dərəcədə bağlı olmasındadır. Bütün bunlar onların böyük məqamından danışır. Görən Əhli-beytin varlıq nemətinə görə necə şükür etməliyik? 
Heç şübhəsiz, ilahi haqlardan sonra Əhli-beytin (ə) haqları gəlir. Hər nədən öncə bu haqları yerinə yetirmək lazımdır. İlkin haqq budur ki, insan Əhli-beyti tanımaq istiqamətində addım atsın. Məhəbbət tanışlıqdan sonra yaranır. Hər birimiz nicat gəmisi olaraq onların əmrlərinə tabe olmalıyıq. Yetərli itaət əsil şükürdür. 
Həzrət Peyğəmbər (s) buyurur: "Mən və Əli bu ümmətin atalarıyıq.” ("Üyuni-əxbarur-Riza”, 2-85, bab 22, hədis 29) 
Mühüm şiə təfsirlərində və digər rəvayət kitablarında "Bəqərə” surəsinin 21-ci ayəsi ilə bağlı deyilir: Allaha sizə tapşırdığı kimi cavab verin. İnanın ki, ondan savayı məbud yoxdur, Allah şəriksiz və oxşarsızdır, sitəm qılmayan ədalət sahibidir, bağışlayanların bağışlayanıdır, tələskənlikdən uzaq səbr sahibidir, yalnız hikmət əsasında iş görür. İnanın ki, Məhəmməd onun bəndəsi və elçisidir, onun Əhli-beyti (ə) bütün peyğəmbər Əhli-beytlərindən üstündür. İnanın ki, Peyğəmbərdən (s) sonra Əhli-beytin (ə) ən üstün nümayəndəsi Əlidir (ə), Məhəmməd səhabələri ən üstün səhabələr, Məhəmməd ümməti ən üstün ümmətdir. ("Təvilul-ayatuz-zahirə”, 44)
Əhli-beyt (ə) əhli-beytlərin üstünü, Əli (ə) fərdlərin öncülüdür. Demək, xalq onların haqlarını yerinə yetirməyə borcludur. Bu haqlar bütün haqlardan önəmlidir. "Rəbbinizə ibadət edin” ayəsi ilə bağlı deyilir: "Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaqla Allaha ibadət edilir. ("Təfsirul-imamul-Əskəri”, 139, hədis 70; "Biharul-ənvar”, 38-69, bab 59, hədis 6)
Peyğəmbər (s) və Əlini (ə) əziz tutmaq dedikdə, heç şübhəsiz, onlara itaət və iqtida nəzərdə tutulur. Allah-təala Quranda buyurur: "Peyğəmbərə itaət edən əslində Allaha itaət etmişdir...” ("Nisa”, 80) Digər bir ayədə oxuyuruq: "Daha layiqli odur ki, Allah və onun rəsulunu razı salaq...” ("Tövbə”, 62) 
Məgər şiə və sünni rəvayətlərində təsdiqlənmirmi ki, Peyğəmbər (s) həyatda olduğu vaxtlar insanları öz Əhli-beytinə (ə) məhəbbətə çağırırdı. Əgər Peyğəmbər (s) Əhli-beytin (ə) haqlarını öz haqqı, öz haqlarını ilahi haqq saymışsa, ayə və rəvayətlərin də təsdiqlədiyi kimi, Əhli-beytin (ə) haqları ilahi haqlarla bir səviyyədə dayanır. Bu səbəbdən də Əhli-beytin (ə) haqlarını pozmaq böyük əzabla sonuclanır.
İmam Məhəmməd Baqir (ə) Əhli-beytin (ə) varlığını ilahi nemətlərdən sayır: "Biz Allahın öz bəndələrinə nemətlərindənik...” ("Bəsairud-dəracat”, 62, bab 3, hədis 10)
Allah-təala bir tərəfdən öz rəhməti ilə Əhli-beytə peyğəmbərlik və imamət məqamı vermiş, digər tərəfdən onlara itaəti bütün insanlara vacib buyurmuşdur. ("Təfsiri-Safi”, 2-461)
Qurani-kərimdə "şükür” sözü "nemət” sözü ilə yanaşı zikr olunur. İnsan nemət müqabilində şükür etməyə vəzifəlidir. Şübhəsiz, Əhli-beytin (ə) varlığına görə şükür etmək onların rəhbərliyini qəbul edib, göstərişlərinə tabe olmaqdır. Hətta bir tikə çörək müqabilində insanın şükür etməməsi nankorluqdur. Şeyx Hürr Amili "Vəsailuş-şiə” kitabında Şeyx Səduqun "Üyuni-əxbarur-Riza” kitabından belə bir rəvayət nəql edir: İmam Riza (ə) yaxınlarından birindən belə eşitdi: "Allah Əli (ə) ilə vuruşana lənət etsin.” Həzrət bu şəxsə buyurdu: "Lənət oxuyanda tövbə qılıb islah olanı nəzərə al.” Sonra imam əlavə etdi: "Əliyə itaətsizlik edib, onun göstərişlərindən boyun qaçıran şəxs tövbə etməsə, onun günahı Əli (ə) ilə vuruşanın günahından da ağırdır.” ("Üyuni-əxbarur-Riza”, 2-88, bab 22, hədis 35)
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
“Kisa” (“Əba əhli”) hədisinin fəzilətləri barədə görkəmli alimlərin nəzərləri
Peyğəmbərə (s) ən sevimli kəslər
Peyğəmbərə (s) ən sevimli kəslər
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Zeynəbin (s) təvəllüdü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
Allah kimlərə behişt müjdəsi vermişdir? Onlarla tanış olaq.
Salavat haqda bir sual və onun cavabı
Salavat haqda bir sual və onun cavabı
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
Peyğəmbərə (s) salavat göndərənə, Allah əzab verməz
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
İmam Səccadın (ə) kəlamında müntəzirlərin vəzifəsi
İmam Səccadın (ə) kəlamında müntəzirlərin vəzifəsi
Əhli-beytin (ə) vücud həqiqəti
Əhli-beytin (ə) vücud həqiqəti
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
“Bu kitab mənim Əhli-beyt (ə) davamçısı olmağıma səbəb oldu”
“Bu kitab mənim Əhli-beyt (ə) davamçısı olmağıma səbəb oldu”
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
Dünyapərəstlər Əhli-Beyt (ə) davamçısı sayıla bilməz
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
İmam Sadiqin (ə) nəzərində həqiqi Əhli-beyt (ə) davamçısının 2 xüsusiyyəti
Ayətullah Safi Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”
Ayətullah Safi Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Mən Əlini (ə) sevir və onun vilayətini qəbul edirəm
Əhli-beyt (ə) nicat gəmisidir
Əhli-beyt (ə) nicat gəmisidir
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
HZ ƏLİNİN(Ə) NƏSƏB VƏ SOYUNUN TƏMİZLİYİ
İmam Rizanın (ə) rəbbani alimlə görüşü
İmam Rizanın (ə) rəbbani alimlə görüşü
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
ŞƏRAFƏTLİ "İLƏLUŞ-ŞƏRAYE" KİTABINDAN ƏHLİ-BEYT SEVGİSİ HAQQINDA DƏYƏRLİ HƏDİSLƏR
Əhli-beyt (ə) mütləq nurdur
Əhli-beyt (ə) mütləq nurdur
Əhli Beytin (əleyhimus səlam) məqam və mənziləti..........
Əhli Beytin (əleyhimus səlam) məqam və mənziləti..........
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
"Məvəddət" ayəsi
"Məvəddət" ayəsi
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Mübahilə günü
Mübahilə günü
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Daha çox oxumaq istəyirsən? )))