sitename
» » Müsəlman ixtiraçılar dünyaya nə veriblər? ARAŞDIRMA - FOTO
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Müsəlman ixtiraçılar dünyaya nə veriblər? ARAŞDIRMA - FOTO

 
Orta Əsrlərdə Avropa ədəbiyyat və elmi tapıntılara  marağı olanları yandırdığı halda İslam hər zaman  elmi və ziyalılığı dəstəkləyib. İslam Alimlərinin  Avropa Oyanışına böyük  dəstəyi olub. Bu barədə avropanın intellektual sinfinin ən tanınmış xadimləri dəfələrlə danışıblar. FaktXəbər-in verdiyi məlumata görə bu gün ətrafımızda olan  bir sıra əşyalar  məhz müsəlman alimləri tərəfindən kəşf edilib.

 
1. Qəhvə

Əfsanəyə görə, ərəb Xalid Efiopiyanın cənub regionu olan Kaffada öz qoyunlarını otarırdı. Bir müddətdən sonra müşahidə edir ki, heyvanlar bir növ bitki ilə qidalandıqda daha da enerjili olurlar. Onları toplayan Xalid ilk qəhvəni dəmləyir.
Bu bitkinin ilk ixracı Efiopiyadan Yəmənə olub. Artıq 15-ci əsrdə o, Məkkə və Türkiyəyə, 1645-ci ildə isə Venesiyaya gətirilir. 1650-ci ildə türk əsilli Paskua Rosi qəhvəni İngiltərəyə gətirir və Londonun  Lombard küçəsində ilk qəhvəxanasını açır.

2. Kamera
 
 
Qədim yunanlar hesab edirdi ki, göz işıq buraxır, bunun sayəsində ətrafdakıları görür. 10-cu əsrdə yaşamış müsəlman riyaziyyatçı, astronom və fizik İbn əl-Həytam isə müəyyən edir ki, əslində işıq gözə düşür. İşıq şüasının yarıqdan düşməsini müşahidə edən alim ilk  kameranı ixtira edir («qamara», ərəb dilindən tərcümədə «qaranlıq», «yaxud ayrıca otaq» mənasını verir). Həmçinin hesab olunur ki, əl-Həytam fizikanı fəlsəfə elmindən təcrübə elminə keçirən ilk alim olub.

3. Şahmat
Şahmatı qədim hindlilər oynayırdı. Lakin o oyun müasir variantdan çox fərqlənib. Bu günkü şahmat oyunu İranda yaranıb və  oradan da Avropaya  yayılıb.

4. Paraşüt
Rayt Qardaşlarından min il əvvəl yaşamış müsəlman şair, astronom və mühəndis Abbas ibn Firnas uçan aparat düzəltmək istəyib. O, 852-ci ildə ağac dayaqlarla özünə bərkitdiyi plaşla məscidin minarəsindən tullanıb. O, quş kimi uçacağına ümid edirdi, anca bu alınmadı. Plaşı yerə dəyməsini zəiflətdi və onu haradasa ilk paraşüt adlandırmaq olar. Alim cüzi qorxu və yüngülvari travma ilə bu təcrübədən çıxmışdı. 70 yaşında öz aparatını daha da müasirləşdirdi və dağdan tullanmaqla öz cəhdini təkrarladı. O, 10 dəqiqə havada qalsa da, yerə enərkən çırpılır: Məsələ burasındadır ki, alim aparata  quyruq düzəltməmişdi.

5. Sabun və şampun
Təmizlik və çimmək – İslamın əsas şərtlərindən biridir. Bəlkə də bu səbəbdən alimlər sabun reseptini daha da yaxşılaşdırmaq üçün çalışırdılar. Məlumdur ki, sabunaoxşar bir əşya əvvəllər qədim misirdə və romalılarda olub. Lakin məhz ərəblər bitki yağını hidroksid natriumla və aromatik birləşmələrlə qarışdırmağı tapıblar. Şampun isə 1759-cu ildə İngiltərədə bir müsəlman tərəfindən hamam açılandan sonra gətirilir.

6. Müasir kimya
Cabir ibn Həyyan əlkimyanı kimyaya çevirən şəxsdir. 9-cu əsrdə o, bu gün müasir kimyada istifadə olunan prosesləri ixtira edib:  distillə, kristiallaşdırma, əritmə, rafinə, turşutma, buxarlandırma və filtrasiya.

7. Dirsəkli val

Mexanikanın ən vacib tapıntılarından  sayılan dirsəkli val müsəlman mühəndis əl-Cəzari tərəfinən ixtiar olunub. Bu gün müasir maşınlarda  istifadə olunan bu əşya ilk əvvəl irriqasiyada tətbiq olunub.
O, həmçinin  ventil və klapanları ixtira edib, ilk mexaniki saat hazırlayıb.
Kodlu qıfıl
 da onun kəşfidir.

8. Ox formalı tağ (arka)
Avropa qotik kilsələrinin  xarakterik simasıdır. Ancaq  maraqlıdır ki, bu ideya müsəlmanlardan götürülüb. Bu, romalılar və normanlar tərəfinlən istifadə olunan yarımdairə tağdan daha möhkəm olduğu üçün daha hündür və mürəkkəb tikililər üçün əlverişli idi.
5-ci Henrixin qəsrinin memamır müsəlman olub.

9. Cərrah alətləri
Bir sıra müasir  cərrah alətləri, o cümlədən nazik qayçı, kəlbətin, neştərlər, tibb mişarı bu gün də müsəlman əl Zəhravinin  kəşf elədiyi kimi qalıb. Məhz o, daxili tikiş zamanı orqanizm tərəfindən sorulan, həmçinin tibbi kapsulalar hazırlanarkən istifadə olunan ketqutu ixtira edib.
13-cü əsrdə, Uilyam Qarveydən 300 il öncə müsəlman həkim İbn Nafis qan dövranı prosesi barədə yazmışdı.
Müsəlman həkimlər həmçinin anestiklər  və kataraktanın çıxarılması üçün iynəni kəşf edib.

10. Külək dəyirmanı

Ərəblər 634-cü ildə qarğıdalını  üyütmək və su ilə təchiz etmək üçün külək  dəyirmanından istifadə edirmişlər. Avropa bu qurğudan ancaq 500 ildən sonra istifadə edib.

11. Peyvənd
İlk peyvənd təklifi Cenner və Paster tərəfindən deyil, müsəlmanlar tərəfindən irəli sürülüb. Avropaya bu texnika 1724-cü ildə Türkiyədən gəlib. O zaman  ingilis səfirinin arvadı bu prosesə diqqətini yönəltmişdi. Avropalılardan yarım əsr əvvəl Türkiyədə uşaqlara çiçək xəstəliyindən peyvənd vurulurdu.

12. Avtoqələm
İlk avtoqələm 953-cü ildə Sultan üçün ixtira edilib. Sultan onun paltarını və əlini bulamayan  qələm tələb etmişdi. O zaman mürəkkəbin qələmin ucduğuna axması sistemi indiki kimi olub.

13. Ədədlər sistemi
Ehtimal ki, bütün dünyada istifadə olunan  ədələr sistemi, Hindistandan gəlib. Ancaq rəqəmlərin forması ərəblərdən gəlib. Onlar ilk dəfə  825-ci ildə müsəlman  riyaziyyatçı  Əl-Xvarizmi və Əl-Kindinin işlərində istifadə olunub. «Cəbr» sözü isə Əl-Xvarizmin «Əl Cəbr əl Müqabilah» kitabının adından götürülüb. Qeyd edək ki, müsəlman riyaziyatçıların  işləri, o cümlədən  alqoritmlər və triqonometriyanın  bəzi nəzəriyyələri bu gün də istifadə olunur. Avropa bu barədə ancaq 300 ildən sonra öyrəndi.
Müasir kriptoqrafiyanın inkişafi Əl-Kindinin ixtiralarının analizləri sayəsində mümkün olub.

14. Üç növ yeməkdən ibarət nahar
Üç yeməkdən ibarət nahar konsepsiyasını – şorba, ondan sonra yeyilən ət, yaxud balıq, sonda isə meyvə və fındıqların istifadəsini İraqdan Kordovaya Əli ibn Nafi 9-cu əsrdə gətirib.
Xrustal stəkandan (yeri gəlmişkən Abbas ibn Firnas tərəyindən ixtira olunub) istifadəni də o gətirib.

15. Xalçalar
Xalılar orta əsr müsəlmanının ayrılmaz məişət əşyası imiş. Toxuculuq çox geniş inkişaf etdiyindən, günü gündən yeni boyalar yaranırdı.

16. Çek
Müsəlmanlar olmasaydı, yəqin ki, bu gün çeklər yaranmazdı. Çek sözünün özü ərəb dilində olan «saqq» çözündən yaranıb və mal çatdırıldığı yerdə dəyərinin ödənməsi barədə  yazılı məsuliyyətdir. Çekin yaranmasına uzaq məsafələrə pul aparmaq təhlükəsi  səbəb olub. Artıq 9-cu əsrdə müsəlman biznesmenlər  Bağdad banklarının verdiyi çeki Çində nağd pula çevirə bilirdilər.

17. Yer – kürə formasındadır
9-cu əsrdə artıq bir çox müsəlmanlar Yerin kürə formasında olduğunu deyirdilər. Astronom İbn Hazmın sözlərinə görə, bunun sübutu Günəşin müəyyən vaxtda Yerin  eyni nöqtəsində olmasıdır. Bu Qalileyin kəşfindən 500 il əvvəl olub.
Müsəlman alimlər hesablamanı o qədər dəqiq aparmışdılar ki, ekvatorun  uzunluğunu müüyyən edərkən cəmi 200 km səhv ediblər.

18. Torpeda və raketlər
Çinlilər selitra barıtını atəşfəşanlıqda istifadə etsələr də, məhz müsəlmanlar ondan hərbi məqsədlər üçün istifadə etməyə başlayıb. Müsəlmanlar məhz silahın köməyi ilə  səlibçiləri qorxuya sala biliblər. Artıq 15-ci əsrdə onlar  «özü hərəkət edən və yanan yumurta» adlandırdıqları raketi və torpedanı ixtira ediblər.

19. Bağlar
Orta əsr Avropasında bağlar var idi, ancaq məhz ərəblər ondan istirahət yeri kimi istifadə etməyə başlayıblar. 11 əsrdə müsəlman İspaniyasında bu cür şah bağları yaranır. FaktXəbər-in verdiyi məlumata görə, qərənfil və lalələrin vətəni də müsəlman ölkələridir.
 
faktxeber.com
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler