sitename
» » » Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Bismillahir-rəhmanir-rəhim.

Suallar və cavablar:

1.Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?

Cavab: Deyilmiş orucu qarşıdan gələn Ramazan ayına qədər tutmalısınız. Əgər qarşıdan gələn Ramazan ayına qədər həmin qəza orucu tutulmazsa, qəzadan əlavə hər 1 gün üçün 750 qram buğda, un və s. kəffarə olaraq ödənilməlidir.

2.7-ci gün qüsl edən bir xanım əgər qüsldan sonra bəzən 10-cu günə qədər ləkə görür, amma bir daha qüsl etmir. Bu halda qılınan namaz və orucun hökmü nədir ?

Cavab: Qüsl edilmədən qılınan bütün namazlar qəza olunmalıdır. Amma haiz (heyizli) olmasına yəqini olmazsa, yalnız orucun qəzası yerinə yetirilməlidir. Beləliklə əgər ləkə gördükdən sonra cənabət qüslu vermişdirsə, bütün fəqihlərin nəzərinə görə cənabət qüslu bütün qüslları əvəz edir və bu təqdirdə namazlarını da qəza etməyə ehtiyac qalmır.

3.Bir xanım istimna etmək yolu ilə cünub olub və cünub olduğuna ümumiyyətlə diqqət etməyib. Qüsl vermədən illərlə namaz qılmışdır. Bu qılınan namazların hökmü nədir ?

Cavab: Hədəsdən təharət ( qüsl və dəstəmazlı olmaq) namazın həqiqi şərtlərindəndir. Cənabət qüslu almadan qıldığı bütün namazları qəza etməlidir. Əlbəttə, müctehidlər digər vacib qüslların cənab qüslu üçün kifayət etməsini vurğulayırlar. Beləliklə hər ay aldığı adət qüslları vasitəsi ilə cənabət qüslu boynundan götürülür və yalnız bu aylıq adət qüsllarından əvvəl qıldığı namazlarını qəza etməlidir.

4.Xanımının və övladlarının nəfəqəsini ödəmək (maddi cəhətdən onların yaşayışını təmin etmək) kişinin boynunda yalnız vacibi-təklifidir (yəni ödəmədiyi təqdirdə yalnız günah qazanmış olur), yoxsa nəfəqəni ödəməkdən üz döndərərsə boynundaki vacib miqdara zamindir (yəni, bir növ borclu qalır) ?

Cavab: Kişi öz xanımının nəfəqəsini ödəməkdən boyun qaçırarsa, zamindir və gərək xanımın ehtiyacı aradan qaldırsın. Amma əgər övladın nəfəqəsini ödəməzsə, günah qazanmışdır. Lakin zamin hesab olunmur.

5.Mübarək Ramazan ayında orucunu istimna etməklə batil edən şəxs, bu işin orucu batil etməsini və qüsla səbəb olmasını bilməmiş və sonrakı günlərin orucunu deyilən halda tutmuşdur. Bu şəxsin vəzifəsi nədir ?

Cavab: Deyilən təqdirdə, o günün orucunun qəzasını tutsun ( və kəffarə versin) və əgər cənabətli olduğunu bilməmişdirsə, sonrakı günlərdə tutulmuş orucların düzgünlüyünə hökm olunur.

6.Kişi öz xanımından riba ünvanında aldığı pulu öz övladına riba olaraq verə bilərmi ?

Cavab: Heç bir maneəsi yoxdur. Amma ana ilə övlad arasındakı ribadan qaçmaq üçün hiylə olması istisnadır. Deyilən bu surətdə müctehidlər ribadan qaçmaq üçün hiyləni icazəli bilməyiblər və işkallı olduğunu vurğulayıblar.

7.Əgər bir kişi, bir xanımla izdivac etdikdən sonra onunla yaxınlıq etsə, rəbibə ( yəni, xanımın əvvəlki ərindən olan qızı) o kişi ilə məhrəm olur. Bu qız kişinin atası ilə də məhrəmdirmi ?

Cavab: Rəbibə, həmin kişinin atası və övladları ilə məhrəm deyil.

8.Bir qız ilə tanış oldum və çox təəssüflər olsun ki, günah etdim. Amma indi peşmanam. Tövbə etmək və bağışlanmaq üçün nə etməliyəm ?

Cavab: Etdiyiniz günahdan peşman olduğunuz və onu bir daha təkrarlamamaq niyyətində möhkəmləndiyiniz zaman tövbə etmiş hesab olunursuz. Ümid vardır ki, Allah Təala Öz lütfi ilə sizin günahınızdan keçər və sizi bağışlayar.

9.Qeybətə qulaq asmaq da qeybət etmək kimi haramdırmı?

Cavab: Bəli, qeybətə qulaq asmaq da haramdır. Bir hədisi-şərifdə belə buyurulmuşdur ki, "qeybətə qulaq asan şəxs, qeybət edənlərdən biri kimidir”.

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler