sitename
sitename

 


Müasir dövrümüzdə həqiqəti bildikləri halda gizlədən insanlarla çox qarşılaşdığımız kimi tarix səhifələri də belə şəxslərin mövcud olmuş vücudlarına və fəsad dolu əməllərinə şahidlik edir. Haqqı qəsb olunmuş və barəsindəki həqiqətlərin tam əksinin yayılmasına kifayət qədər səy göstərilmiş İmam Əlinin(ə) adı ilə əlaqədar tarixə bir çox yalançı və haqqı ört-basdır edən şəxslərin ismi yazıldı. Şahlar və onların əlaltıları İmam Əlinin(ə) adını pis çıxartmaq üçün gecələrini gündüzə qatdılar. Xəzinə anbarlarının qıfılları açıldı, muzdur və casuslar köklü fəaliyyətə başladı. Əlinin(ə) üstün cəhətləri gizlədildi, yalnız ona məxsus olmuş əxlaqi fəzilətlər insafsızcasına onun düşmənlərinə nisbət verildi, Əlinin(ə) barəsində yalançı şəxslər uydurma rəvayətlər qondardı, bütün bunlar və daha nə qədər rəzil işlər müsəlmanlar arasında yayıldı. Lakin Allahın nurunu üfürməklə aradan apara bilmədilər. Çünki İmam Əli(ə) islam Peyğəmbərinin(s) can qardaşı, Allahın sarsılmaz ipi və möminlərə təyin etdiyi nümunəvi rəhbər idi. Onun haqqında gizlədilməyə səy göstərilmiş və bu səyin nəticə vermədiyi fəzilətlərdən biri də İmam Əlinin(ə) Peyğəmbər(s) tərəfindən möminlərə Xum adlanan yerdə "vəli (biz şiələrə görə rəhbər)” təyin olunması idi. Minlərlə müsəlmanın qarşısında baş vermiş hadisəni necə gizlətmək olardıaxı? 10 və ya 100 nəfəri mükafat, bəxşiş və bu kimi şeylərlə danışmaqdan saxlamaq olardı və zatən əməvi sultanları bunu bacarmışdı, amma müxtəlif məntəqələrdən olan minlərlə müsəlmanınsusmasına heç kimin gücü çata bilməzdi. Üstəlik nəzərə alsaq ki, bu həqiqəti gələcək nəsillər üçün uca Allah Özü qoruyub saxlayırdı və Əlinin(ə) mübarək adı qəlblərə həkk olmuşdu, bundan sonra əməvilərin bütün cəhdləri səmərəsizliyə məhkum idi. Nəticə olaraq unutdurmağı bacarmayan şərəfsiz əməvi fəalları mənaları dəyişməyə və təvil etməyə başladılar. Ərəb sözlərinin təvil üçün münasib olmağı və həmin dövrün müsəlman cəmiyyətinin süstlüyü əməvilərə çox böyük kömək oldu. Onlar "vəli” kəlməsinin rəhbər yox, dost və bu kimi mənalara gəldiyini önə çəkdilər və islam Peyğəmbərinin(s) minlərlə səhabənin qarşısında söyləmiş olduğu -"Mən kimin mövlasıyamsa (vəlisiyəmsə), Əli də onun mövlasıdır”- cümləsindəki vəli sözünün mənasını təhrif etdilər. Üməyyə oğullarının təbliğatı müsəlman ictimasına möhkəm təsir qoydu və biz onun nəticəsini indi də bəzi islami məzhəblərin batil əqidəsindəmüşahidə edirik. İmam Əlinin(ə) əziz islam Peyğəmbərindən(s) sonra yeganə layiqli canişin olduğunu sabit etmək üçün hamıya məlum olan "qədir” hədisinə istinad etdiyimiz zaman məhz əməvilərin ortayaatmış olduğu fikirlərlə qarşılaşırıq. Hal-hazırda da əhli-sünnə qardaşlarımız tərəfindən səsləndiyini nəzərə alaraq bu başıbəlalı "vəli” kəlməsinin mənası üzərində kiçik bir araşdırma aparaq. Biz şiələrə görə "vəli” kəlməsi lüğəvi cəhətdən 30-a yaxın mənaya sahib olsa da, bu söz dini mətnlərdə və məşhur qədir hədisində də xüsusi mənada işlənmişdir. Ümumiyyətlə dini mətnlərdə və islam Peyğəmbərinin(s) hədislərində "vəli” kəlməsinin dost və bu kimi mənalarda işləndiyinə dair bircə misal belə gətirmək çox çətin işdir. Biz də öz dəlillərimizi bu cəhətdən gətirəcək və 4 yöndən ( Quran, sünnə, şəriət və ağıl baxımından) "mövla və vəli” kəlmələrinin (hər ikisi eyni kökdəndir və eyni mənadadır) rəhbər mənasında işləndiyini göstərəcəyik. Allah qəlbimizi haqqın nuru ilə işıqlandırsın. Hədisin isnadı: Hədis elmlərindən və "dirayə” fənnindən xəbərdar olan hər bir şəxs çox yaxşı bilir ki, "xəbəri-vahid” adlanan və "əhəd” hədis kimi dəyərləndirilən rəvayətin sənədi araşdırılıb qiymətləndirilir. "Xəbəri-vahid və əhəd” hədislər, yalnız bir və ya bir neçə səhabə tərəfindən nəql olunmuş rəvayətlərdir. Lakin müəyyən hədisi nəql edən səhabə və ravilərin sayı artdıqca, həmin hədis "xəbəri-vahid və əhəd” qismindən uzaqlaşmağa və "mütəvatir” rəvayətlər növünə yaxınlaşmağa başlayır. Bəzən 10 səhabədən müxtəlif sənədlə gələn eyni hədis mühəddis və tədqiqatçıların nəzərində mütəvatir qisminə daxil olur. Bəzən bu say bir qədər də yüksəlir. Lakin 10, 15 və ya 20 səhabənin nəql etdiyi hədisə şübhə ilə yanaşmaq mümkündürsə də məşhur "qədir” hədisini bu cür dəyərləndirmək imkan daxilində deyildir. Çünki bu hədis 110 nəfər səhabə və 89 nəfər tabein tərəfindən nəql olunmuşdur. 3000-dən çox hədis və tarix alimi də bu hədisi öz kitabında qeyd edib. Belə olduğu halda hədisin sənədini araşdırmağa ehtiyac qalmır və bu rəvayətin səhihliyinə heç bir şübhə edilmir. Çünki atılan bu addım hədis elmlərində sabit olan bir qaydadır və insanın gündəlik həyatındakı rəftarı da onu təsdiqləyir. Qurani-Kərim baxımından "vəli” kəlməsi: Uca Allahın islam Peyğəmbərinə (s) nazil etdiyi sonuncu səmavi kitabımız olan müqəddəs Qurani-Kərimdə "vəli” kəlməsi əsasən Allah-təalanın Özünə nisbət işlədilib:" Və əgər onlar üz döndərsələr, bilin ki, Allah sizin vəlinizdir. O nə gözəl vəli və nə gözəl yardımçıdır (Ənfal surəsi 40)”. Hər bir ağıllı və təəsübdən uzaq olan insan rahatlıqla başa düşür ki, uca Allaha aid edilən "vəlilik və vilayət məqamı” dostluq mənasından daha çox rəhbər, baçşı və ixtiyar sahibi mənasına uyğun gəlir. Digər ayədə (Bəqərə surəsi 107) belə buyurulur:"Məgər göylərin və yerin mülkiyyətinin Allaha məxsus olduğunu bilmirsən?! Və sizin Ondan başqa heç bir vəli və yardımçınız yoxdur (məgər bunu bilmirsən?)”. Şübhə yoxdur ki, " sizin Allahdan başqa heç bir vəliniz yoxdur” deyildiyi zaman hər bir insanın zehninə ilk öncə rəhbər və ixtiyar sahibi mənaları gəlir. Çünki ayədə yer və göyün mülkiyyətinin Allaha mənsub olduğu bildirildikdən sonra Onun bizim vəlimiz olması önə çəkilir. Mütləq mülk sahibi və həqiqi yardımçı olan Allahın bizim üzərimizdəki vilayəti, məgər dostluq kimi başa düşülməlidir?!Yəni uca Allahla insanın münasibəti dostluq çərçivəsində tənzimlənir, yoxsa itaət və ibadət dairəsində?! Allahla bizim münasibətimiz ağa və qul münasibəti kimi deyildirmi? Əgər belədirsə "vəli” kəlməsi niyə bu mənada deyil, başqa bir mənada anlaşılır?! Sözsüz ki, vilayət məqamı hər şeyin xaliqi və rəbbi olan Allaha nisbət verilirsə bu vəlilik dostluq deyil, başçılıq və rəhbərlik mənasında anlaşılmalıdır. "Qədir” hədisinin özündə də "vəli” kəlməsinin rəhbər mənasına gəldiyini təsdiqləyən açıq-aşkar bir dəlil vardır. Bu möhkəm dəlil Allah rəsulunun(s) "Mən kimin mövlasıyamsa, Əli də onun mövlasıdır” buyuruğundan qabaq mühüm bir nöqtəyə işarə etməsi idi. Belə ki, o həzrət(s) ilk öncə "Həqiqətən Allah mənim mövlamdır və mən də bütün möminlərin vəlisiyəm” buyurdu və sözü gedən ilahi vilayətə toxunduqdan sonra Əlinin də hamıya vəli olduğunu açıqladı. Məgər Peyğəmbərin(s) müsəlmanlar üzərindəki vilayəti ona göstərilməli olan itaətlə birgə deyildimi?! Yəni əziz Allah rəsulu (s) müsəlmanların rəhbəri yox, yalnız dostu idi ki, bu hədisdəki vəli kəlməsi rəhbər mənasında anlaşılmasın? Xeyr, qətiyyən belə deyil və Quran ayələri də şahiddir ki, Peyğəmbər(s) möminlərə onların özlərindən daha çox ixtiyar sahibi idi. Əhzab surəsinin 6-cı ayəsi "ovla (daha çox vilayət sahibi)” kəlməsini Peyğəmbər(s) haqqında işlətməklə onun vəliliyinin necə böyük və əhatəli olduğunu göstərir:"Peyğəmbər möminlərə onların özlərindən daha çox vəlidir (layiqdir və ixtiyar sahibidir)...”. Bu ayə açıq-aşkar şəkildə Allah rəsulunun (s) vilayətinə və onu bizim ixtiyar sahibimiz olduğuna dəlildir. Yəni əziz Peyğəmbərimizin(s) hər bir istəyi bizim şəxsi arzularımızdan öndədir. Çünki o həzrətin (s) istəkləri ilahi buyuruqlara əsaslanır və heç vaxt şəxsi mənafeyə söykənmir. Nəticə etibarı ilə Qurani-Kərimə əsasən Allah rəsulu(s) bizim ixtiyar sahibimiz və elə bu mənada da vəlimizdir. "Qədir” hədisində Peyğəmbərin (s) buyurduğuna əsasən də İmam Əli (ə) bütün möminlərin məhz qeyd etdiyimiz mənada vəlisidir. Bu vilayət isə itaət və şəxsi istəkləri kənara qoyaraq tabeçilik mənasındadır! Çünki söhbətini etdiyimiz vəlilik məqamı ilk öncə aləmlərin yaradıcısı olan Allaha nisbət verilirdi. Şübhə yoxdur ki, itaət və tabeçiliyi şərtləndirən bu vilayət uca Allahda birbaşa sabitdir. Əziz Allah rəsulu (s) və İmam Əli (ə) də isə birbaşa olmayıb uca Allahın iradəsi ilə bağlıdır. Bir nöqtəyə də toxunmaq yaxşı olardı ki, Qurani-Kərim dost mənasını ifadə etmək üçün əsasən "sahib” kəlməsini işlədilib. Qarşıdaki 3 ayəyə baxdığımız zaman bunu açıq-aşkar görürük: "...Hər ikisi o mağarada olduqları vaxt və o, öz sahibinə (dostuna) " qəmlənmə, Allah bizimlədir” dediyi zaman Allah ona kömək etdi (Tövbə surəsi 40)”. "( Yusuf dedi:) Ey mənim iki zindan dostum, çoxlu və pərakəndə bütlər yaxşıdır, yoxsa tək və hakim olan Allah? ( Yusuf surəsi 39)”. "And olsun çıxmaqda və batmaqda olan ulduza ki, sizin dostunuz nə yolundan çıxmışdır və nə də azmışdır ( Nəcm surəsi 1-2)” "Sahib” kəlməsi mövcud olduğu halda və Qurani-Kərimdə açıq-aşkar dost mənasına gəldiyi bir durumda əziz islam Peyğəmbərinin (s) məhz "vəli” sözünü seçməsi heç də məqsədsiz olmayıb. Əgər bura qədər "vəli” kəlməsinin haqqında Qurana istinad edərək dediyimiz həqiqətləri də nəzərə alsaq o halda Allah rəsulunun(s) bu sözü belə xüsusi bir şəraitdə və minlərlə müsəlmanın qarşısında səbəbsiz yerə söyləmədiyi anlaşılır. Sünnə baxımından "vəli” kəlməsi: İslam Peyğəmbərinin (s) Əli(ə) haqqındaki hədislərinə və imamın(ə) fəzilətləri haqqında buyurduqlarına baxdığımız zaman "vəli” kəlməsinin də hansı mənaya gələ biləcəyi məlum olur. Əgər "yovmud-dar”, "mənzilət” və bu kimi hədisləri nəzərdə saxlasaq "qədir” hədisindəki "vəli” kəlməsinin də ixtiyar sahibi və ilahi rəhbər mənasına gəldiyi başa düşüləcək. Tək-tək bu hədisləri gözdən keçirək. "Yovmud-dar” hədisi: Besətin başlamasından 3 il sonra Allah-təala Peyğəmbərə(s) öz dəvətini aşkar şəkildə xalqa çatdırmasını əmr etdi və o həzrət (s) də Bəni-Haşim tayfasının böyük şəxsiyyətlərini dəvət edərək bir məclis keçirdi. Həmin məclisdə o həzrət (s) belə buyurdu:"Mən sizin üçün dünya və axirət xeyrini gətirmişəm. Allah mənə əmr etmişdir ki, sizi Ona tərəf dəvət edim. Sizin hansı biriniz bu dini təbliğ etməkdə mənə kömək edə bilər? Bilin ki, hər kəs mənə kömək etsə, məndən sonra sizin içərininzdə mənimcanişinim və vəsim olacaq”. Allah rəsulu (s) bu sözü 3 dəfə təkrar etdi və hər dəfə də yalnız Əli (ə) ona yardım etməyə hazır olduğunu elan etdi. Məhz bu vaxt Peyğəmbər (s) buyurdu: "Bu mənim qardaşım, sizin içərinizdə mənim canişinim və xəlifəmdir”. Bu hədisi Əhməd ibn Hənbəl öz "Musnədində ( 1-ci cild 159 səh)” və Təbəri də özünün həm təfsir ( 19-cu cild 74-75 səh), həm də tarix kitabında ( 2-ci cild 406 səh) gətirmişdir. "Mənzilət”hədisi:Əziz islam Peyğəmbəri (s) müxtəlif yerlərdə İmam Əlinin (ə) özü ilə müqayisədə olan məqam və mənzilətini Musa peyğəmbərlə Harunun mübasibətinə bənzətmiş və Harunun yalnız peyğəmbərlik səlahiyyətinin Əlidə (ə) olmadığını bəyan etmişdi. Belə ki, o həzrət (s) buyurmuşdu: " Ya Əli, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir. Bircəfərq vardır ki, bu da məndən sonra heç bir peyğəmbərin gəlməyəcəyidir”. Mənzilət hədisini əhli-sünnənin böyük mühəddisləri Buxari və Müslim özlərinin səhih adlandırdıqları kitablarının "Həzrət Əliyə (ə) məxsus fəzilətlər” babında gətirmişdir. Bu hədisin sənədində heç bir şübhə yoxdur. Sadəcə vaxtı ilə əməvilərin ortaya atmış olduğu və tərəddüd yaratmağa yönəlmiş fikirlər vardır ki, onlardan bəzilərini bu gün bəzi müsəlman firqələri də səsləndirirlər. Əməvilər bəzən bu hədisin yalnız bir yerdə söyləndiyini və xüsusi şəraitə aid olduğunu bildirir, bəzən də bu hədisin ümumiyyətlə Əlinin (ə) canişinlik məqamına dəlil olmadığını söyləyirdilər. Biz isə mənzilət hədisi üzərində xüsusi araşdırma aparmadığımıza görə yalnız Qurani-Kərimdən dəlil gətirərək Harunun Musaya hansı nisbətdə olduğunu göstərmək istəyirik. Taha surəsinin 25-ci ayəsindən başlamış 37-ci ayəyə kimi olan nöqtələrə diqqət edək: ("(Musa) dedi: Ey Rəbbim, sinəmi genişləndir, işimi mənə asanlaşdır və dilimdən düyünü aç ki, sözümü başa düşsünlər. Ailəmdən mənə bir vəzir və yardımçı ver. Qardaşım Harunu. Arxamı onunla möhkəmləndir və onu mənim işimə şərik et ki, Səni pak sifətlərlə çox yad edək və pak bilib çox zikr edək. Çünki sən bizi həmişə görürsən.(Allah) buyurdu:Ey Musa, şübhəsiz, istədiklərinin hamısı sənə verildi”. Gətirilən yuxarıdakı ayəyə əsasən Harun peyğəmbər Musanın (ə) həm vəziri, həm dayağı və həm də risalət işində onun şəriki idi. Deməli Əli (ə) da islam peyğəmbərinin (s) həm vəziri, həm dayağı və həm də o həzrətin (s) şəriki idi. Bu məqam isə açıq-aşkar canişinlik deməkdir! Qeyd etdiyimiz bu iki rəvayətdən əlavə bir çox başqa hədislər də vardır ki, Əlinin (ə) üstün cəhətlərinə və vilayət məqamına ayrı-ayrı dəlillərdir. Onlardan yalnız birinəişarə edib mövzumuzun əsas nöqtəsi olan "vəli” kəlməsi ilə bütün bu hədislərin uyğun tərəfinə qayıdacayıq.Əziz Peyğəmbərimizin (s) " O, məndən sonra bütün möminlərin vəlisidir” deməsi, əhli-sünnə kitablarında çox nəql olunmuşdur. Əhməd ibn Hənbəl öz "Musnədinin” 4-cü cildinin 439-cu səhifəsində, Nəsai özünün "Xəsaisul-Ələviyyə” kitabının 86 və 87-ci hədislərində, Hakim Nisaburi öz "Müstədrək” kitabının 3-cü cildinin 111-ci səhifəsində və ibn Həcər Əsqəlani də "Əl-İsabə” kitabında Əlinin (ə) şərhi-halında bu hədisi gətirmişdir. "Min bədi (məndən sonra)” qeydi, hədisdə işlənmiş "vəli” kəlməsinin də hansı mənaya gəldiyini açıqlayır. Sözsüz ki, əziz Allah rəsulu(s) bu qeydi boş yerə gətirməmişdi və bu qeydin "vəli” kəlməsində sonra işlənməsi məqsədli idi. Başıbəlalı kəlmənin müxtəlif yerlərə yozulacağı ilahi xəbərlər sayəsində Peyğəmbərə (s) əyan olduğu üçün bu qeydi də (məndən sonra) gətirir və bununla da bütün höccət bizə tamam olur. Əgər vəli sözünü dost mənasında anlasaq, bu dostluğun vacibliyini Allah rəsulunun (s) dünyada olub-olmaması ilə necə əlaqələndirəcəyik? Məgər Əlini (ə) dost tutmaq yalnız Peyğəmbərdən (s) sonraya aid idi? Əlinin (ə) möminlərin vəlisi olduğunu dəfələrlə söyləmiş Allah rəsulunun (s) bu hədisdə "min bədi” qeydini gətirməsinə nə ehtiyac var idi k? Zatən Qurani-Kərim, möminlərin bir-birinə qardaş olduğunu bəyan etmişdi. Bundan sora Allah rəsulunun (s) dəfələrlə Əlini (ə) möminlərin vəlisi kimi tanıtması və hətta "məndən sonra” qeydini də işlətməsi rəhbərliyə və başçılığa dəlil deyildirmi?! Üstəlik nəzərə alsaq ki, Əli (ə), barəsində "yovmud-dar” və "mənzilət” hədisləri söylənmiş insan idi və həmin hədislərdə birbaşa o həzrətin (ə) canişinlik məqamına işarə edirdi, artıq, həqiqət ağıl sahibləri və təəssübkeş olmayan hər bir kəs üçün günəş işığı kimi aydın olur.

 

Müəllif: Rza Əliyevскачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Əbu Talibin imanı
Əbu Talibin imanı
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Xanım Zəhra (s.ə) əhli-sünnə güzgüsündə (1)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
Xəlifə Ömərin Əbu Hureyrəyə münasibəti:
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu:2
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin əvvəli və sonu: 1
Əbu Hureyrənin şübhəli kimliyi
Əbu Hureyrənin şübhəli kimliyi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Kərbəlayi Rza Əliyev (Vəli Kəlməsi 1-ci 2-ci hissə)
Kərbəlayi Rza Əliyev (Vəli Kəlməsi 1-ci 2-ci hissə)
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiələr Rəsulullahın(s) dövründə (üçüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
ŞİƏNİN TARİXİ (1)
ŞİƏNİN TARİXİ (1)
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler