sitename
» » » Hər zaman şükür etməli...
Saytın xəritəsi Saytın xəritəsi
sitename

 

 

Sözsüz ki, bəla və möhnət ilahi imtahan vasitəsi olduğu kimi, var-dövlət, bol ruzi və rahat həyat tərzi də ilahi bir imtahandır. Hər zaman şükür etməli...Qurani-Kərimin "Ənbiya” surəsində buyurulur:

...وَنَبْلُوكُم بِالشَّرِّ وَالْخَيْرِ فِتْنَةً وَإِلَيْنَا تُرْجَعُونَ

"Sizi pislik və yaxşılıq (xəstəlik və sağlamlıq, yoxsulluq və sərvət) ilə imtahan edirik.” ("Ənbiya”/35.)

Süleyman peyğəmbərin əhvalatında da göstərilir ki, o, Bilqeysin taxtını öz yanında gördükdə dedi:

...هَذَا مِن فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ...

"...Bu, Rəbbimin fəzlindəndir və məni yoxlamağı üçündür ki, görsün şükürmü edirəm, yoxsa nankorluq?” ("Nəml”/40.)

"Fəcr” surəsində də buyurulur:

فَأَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ، وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ

"Amma insana gəldikdə, nə zaman Rəbbi onu imtahana çəksə, ehtiram göstərsə və nemət bəxş etsə deyər: "Rəbbim məni əziz tutmuşdur.” Amma nə zaman onu imtahan edib ruzisini azaltsa, "Rəbbim məni alçaltdı” – deyər.” ("Fəcr”/17.)

Bu ayələrə əsasən, geniş həyat və bol ruziyə sahib olan mömin şəxs nemətlərinin sahibinə şükür etməyi unutmamalı, ona tapşırılan vəzifələri layiqincə yerinə yetirməli, Allahı yalnız çətinlik və möhnətdə deyil, həmişə və hər halda yad etməlidir. Qurani-Kərimdə buyurulduğu kimi, bəziləri dənizdə tufana düçar olub qurtuluşdan məyus olduqları zaman saf niyyətlə Allahı çağıraraq deyərlər:

...لَئِنْ أَنجَيْتَنَا مِنْ هَـذِهِ لَنَكُونَنِّ مِنَ الشَّاكِرِينَ، فَلَمَّا أَنجَاهُمْ إِذَا هُمْ يَبْغُونَ فِي الأَرْضِ بِغَيْرِ الْحَقِّ...

"...Əgər bizi bundan (bu təhlükədən) qurtarsan, mütləq şükür edənlərdən olacağıq. Beləliklə, onlara nicat verən kimi, birdən (görərsən ki,) yer üzündə haqsız yerə zülm edirlər...” ("Yunus”/22-23.)

Başqa bir ayədə isə belə buyurulur:

وَإِذَا مَسَّ الإِنسَانَ الضُّرُّ دَعَانَا لِجَنبِهِ أَوْ قَاعِدًا أَوْ قَآئِمًا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُ مَرَّ كَأَن لَّمْ يَدْعُنَا إِلَى ضُرٍّ مَّسَّهُ كَذَلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُواْ يَعْمَلُونَ

"İnsana bir çətinlik və ziyan yetişən zaman (bütün hallarda) – böyrü üstə yatanda, oturanda, ayaqüstə (dua edərək) Bizi çağırar. Çətinlik və ziyanı ondan götürdüyümüz zaman Bizi ona yetişən ziyan(ı uzaqlaşdırmaq) üçün çağırmamış kimi (çıxıb) gedər...” ("Yunus”/12.)

Əlbəttə, şükürlə bağlı söz çoxdur, lakin burada imanla şükrün əlaqəsinin anlaşılması məqsədilə bəzi ayə və rəvayətlərə istinad etməklə kifayətlənirik:

Allah-Taala şükür edənlər və iman gətirənləri əzab etməyəcəyi barədə belə buyurur:

مَّا يَفْعَلُ اللّهُ بِعَذَابِكُمْ إِن شَكَرْتُمْ وَآمَنتُمْ وَكَانَ اللّهُ شَاكِرًا عَلِيمًا

"Əgər siz şükür etsəniz və iman gətirsəniz, Allah sizə nə üçün əzab versin ki, Allah şükrə qiymət verəndir, (hər şeyi) biləndir!” ("Nisa”/147.)

Bu ayədə diqqəti cəlb edən məsələ şükrün imandan öncə qeyd olunmasıdır. Təfsirçilər bu məsələ ilə bağlı müxtəlif nəzərlər yürütsələr də, rəvayətlərdə imanın səbir və şükürdən ibarət olmasından söz açılır. İmam Əlidən (ə) belə nəql olunur:

اَلایمانُ صَبرٌ فِی البَلآءِ وَ شُکرٌ فِی الرَّ خآءِ

"İman müsibətdə səbir və rahatlıqda şükür etməkdir.” ("Qürərül-hikəm”, c.1, səh.607.)

Başqa bir hədisdə buyurur:

اَلمُؤمِنُ بَینَ نِعمَةٍ وَ خَطیئَةٍ لایُصلِحُهُما اِلَّا الشُّکرُ وَ الاِستِغفارُ

"Mömin nemətlə xəta arasındadır və onları yalnız şükür etmək və (Allahdan) bağışlanma diləməklə islah edə bilər.” ("Qurərul-hikəm”, c.1, səh.567.)

Peyğəmbəri-Əkrəm (s) buyurur:

اَلایمانُ شَطرانِ: شَطرُ صَبرُ، وَ شَطرٌ شُکرٌ

"İman iki hissədən ibarətdir: biri səbir, digəri isə şükürdür.” ("Əvaliyul-ləali”, c.2, səh.66.)

Qeyd etməliyik ki, rahatlıq və şadlıq zamanı dildə şükür etmək kifayət deyil, əksinə hər hansı bir nemətin şükrü həmin neməti Allah-Taalanın təyin etdiyi yerlərdə xərc etmək və işlətməkdir. Necə deyərlər, güclünün şükrü gücsüzün əlindən tutmaqdır. İmam Əli (ə) buyurur:

اِنَّ لِلّهِ فِی کُلِّ نِعمَةٍ حَقّاً فَمَن أَدّاهُ زادَهُ مِنها وَ مَن قَصَّرَ عَنهُ خاطَرَ بِزَوالِ نِعمَتِهِ.

"Həqiqətən Allah-Taalanın hər bir nemətdə şükür haqqı vardır ki, hər kim onu yerinə yetirsə, Allah həmin neməti onun üçün artırar. Kim o haqqı yerinə yetirməkdə səhlənkarlıq etsə, Allah həmin neməti məhv olmaq və əldən çıxmaq təhlükəsinə atar.” ("Tuhəful-uqul”, c.1, səh.206.)

Rza Şükürlü (Maide.az)

 


скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Gələcək məsələlərdən nigaran olan vaxt və ya çətinlik üz verən zaman istixarə etmək olarmı?
Gələcək məsələlərdən nigaran olan vaxt və ya çətinlik üz verən zaman istixarə etmək olarmı?
Çarəsizlik
Çarəsizlik
Xəstə olan zaman belə dua edək – İmam Səccaddan (ə) öyrənək
Xəstə olan zaman belə dua edək – İmam Səccaddan (ə) öyrənək
"Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram"
"Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram"
Yoxsulluq yaxşıdır, yoxsa pis?
Yoxsulluq yaxşıdır, yoxsa pis?
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
Quran ayələrindən anlaşılır ki, həmin məhkəmə üçün ümumilikdə altı növ şahid vardır
Hər bir canlı imtahan olunur. Bəs niyə?
Hər bir canlı imtahan olunur. Bəs niyə?
Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər – ixlasın mərtəbələri
Şükür edənlər, ləzzət alanlar, sevənlər, ariflər – ixlasın mərtəbələri
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
Dilə kontrol, təvəkkük və şükür – özünütanımaya yardım edən amillər
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
İMAN VƏ ƏMƏLİN SƏADƏTƏ ÇATMAQDA ROLU
Mömin kimə deyilir? – Rəsuli-Əkrəmin (s) və İmam Əlinin (ə) mübarək izahları
Mömin kimə deyilir? – Rəsuli-Əkrəmin (s) və İmam Əlinin (ə) mübarək izahları
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Əməli, hissi, zahiri, həqiqi şükür nə deməkdir?
Uca Allahın verdiyi vədlər
Uca Allahın verdiyi vədlər
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
BEHİŞT ƏHLİNİN XÜSUSİYYƏTLƏRİ
Qəmdən nicat verən zikr
Qəmdən nicat verən zikr
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
Müsəlmanın digər müsəlman üzərindəki 5 haqqı
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
“Əsr” surəsi İmam Əli (ə) haqqında nazil olmuşdur
Əhli-beyt (ə) nemətinə görə şükür
Əhli-beyt (ə) nemətinə görə şükür
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
Ya Rəbb, Öz tədbirinlə məni öz tədbirimdən ehtiyacsız et
"İnsan" Qur'ani-Kərimin nəzərində (9)
"İnsan" Qur'ani-Kərimin nəzərində (6)
"İnsan" Qur'ani-Kərimin nəzərində (1):
"İlahi imtahan və sınaq" Qur'ani-Kərimin nəzərində:
QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2)
QURAN VƏ RƏVAYƏTLƏRDƏ DUA (2)
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
ƏDALƏT PRİNSİPİNƏ BİR BAXIŞ
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Həzrət Əlidən (ə) hikmətli kəlam və şərhi
Həzrət Əlidən (ə) hikmətli kəlam və şərhi
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Xalis ibadət və İlahi məsləhət
Xalis ibadət və İlahi məsləhət
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Qurani-Kərimdə imamət məqamı
Qurani-Kərimdə imamət məqamı
Güzgünün sınması nəyi bildirir?
Güzgünün sınması nəyi bildirir?
İman
İman
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler