sitename
» » Nə üçün dua edərkən üzümüzü və əllərimizi göyə tərəf tuturuq?
Saytın xəritəsi Saytın xəritəsi
sitename
İmam Əli (ə) bir gün səhabələri üçün bir məclisdə dinin mühüm məsələlərindən söhbət açmışdı ki, bu məslisdə 400 məsələni açıqladı.
İmam (ə) bu məsələləri açıqlayarkən "dua zamanı əllərimizi niyə göyə ucaldırıq?" sualını da səhabələri üçün cavablandırıb.
İmam Əli (ə) buyurub: "... Sizdən biriniz Allah-Taala qarşısında (namaz üçün) durduğunuz zaman - (sinənizi irəli verib) - belinizi düz saxlayın və əyilməyin. Namazı qurtardığınız zaman əllərini (dua üçün sinəsinə qaldırsın və) göyə ucaltsın, düz saxlasın və çox dua etsin...".
Bu zaman səhabələrdən biri soruşdu: Nə üçün dua edərkən üzümüzü və əllərimizi səmaya tərəf tuturuq, məgər demirik Allah-Taala hər yerdədir?
İmam Əli (ə) buyurdu:
"Vay olsun sənə! Məgər Quranda oxumamısan:
"وَ فِي السَّماءِ رِزْقُكُمْ وَ ماتُوعَدُونَ" 
"Sizin ruziniz və sizə vədə verilənlər göydədir!"
Ruzini öz yerindən başqa hardan tələb edəcəksən?!"
("Zariyat" surəsi, ayə: 22-23);
Mənbə: "Töhəful-üqul", s.118; "Əl-Xisal", s. 2/610 və 2/628; "Əl-Cəfəriyyat", s.38; "Fəqihu Mən La Yəhzuruhul Fəqih", Şeyx Səduq, 1/325/hədis:955; "Biharul-ənvar", 81/239);
İzah:
Ayə və rəvayətlərə əsasən, Peyğəmbərlər və İmamlar (ə) və həmçinin saleh insanlar həmişə dua edərkən üzlərini və əllərini asimana sarı tutublar. 
Bu işin hikməti və niyəsi barədə belə demək olar:
Qurani-Kərim göydən nazil olub. Peyğəmbər (s) bir problemlə üzləşdikdə gözlərini səmaya dikər və sanki gözləri vəhy mələkini axtarırdı... ("Bəqərə", ayə 144).
Allahın bərəkətləri və həyatverici amillər - yağış, günəş və s... göydən nazil olur... 
Göyün sonsuzluğu və əzəməti insanı Allah-Taalanın əzəmətinin və böyüklüyünün yadına salır ... 
Bəzi Peyğəmbərlərin dövründə bəlalar da göydən gəlib.
Quranın ilk dəfə nazil olduğu Beytul-məmur 4-cü göydədir. 
İsanın (ə) həvarilərinə göydən süfrə endi. ("Maidə", ayə 112-114)
Bu məsələyə dəlil olaraq Qurandan aşağıdakı ayələri göstərmək olar:
Biz göydən su nazil etdik və onun vasitəsilə cücərtdiyimiz meyvələrlə sizi ruziləndirdik. - ("Bəqərə", ayə 22; "Ənam", ayə 99).
Təkəbbür edib Quran ayələrini dananlar üçün göyün qapıları açılmayacaq. - ("Əraf", ayə 40).
Sizə vədə verilənlər və ruziniz göydədir. - ("Zariyat", ayə 22-33).
Göyü sizə qouryucu tavan qərar verdik. - (Ənbiya/32).
Yerigəlmişkən qeyd edək ki, "Əs-səma" sözü Quranda 118 və bu sözün cəm şəkli 185 dəfə işlədilmişdir ... - ("Ənam", ayə 6; "Hud" ayə 52; "Bəqərə", ayə 164)
"İlahi, ... mənə davamlı Quran oxumaq və ayələrində dərin düşünmək ruzi et" - İmam Sadiqdən (ə) bir duanın məzmunu.
Deməli, Quranın həm sadə tilavət və qiraəti əhəmiyyətlidir və həm də ayələrdə və ayələrin obyektlərində düşünmək zəruridir. 
Bunu belə təmsil etmək olar:
Təfirsiz (səthi dərkə kifayətlənib, təfəkkür etməmək) Quran oxumaq dənizdə üzməyə bənzəyir ki, fayadlıdır. Təfsir və dərin təfəkkürlə Quran oxumaq isə dənizin dibinə baş vurub oradan ləl-cəvahir və qiymətli əşyalar əldə etməyə bənzəyir ki, həm özünə və həm də digərlərinə faydalı olacaqdır. 

www.ehlibeyt.info


скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
Tövbə qapısı
Tövbə qapısı
12 İmamın adı
12 İmamın adı
Peyğəmbərin son günləri
Peyğəmbərin son günləri
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə günü
Mübahilə günü
"Vəli” kəlməsi
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
İmam Sadiq (ə)buyurur:«Atam İmam Baqir (ə) Allahı çox zikr edərdi.
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Kamil insan - İmam Əli (ə)
Kamil insan - İmam Əli (ə)
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Xəstəliyə yol açan amillər
Xəstəliyə yol açan amillər
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Gecə namazı
Gecə namazı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
QURAN OXUMAĞIN FƏZİLƏTLƏRİ VƏ ONUN QAYDALARI
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
"Bəqərə" surəsinin fəziləti
“Fatihətul-kitab” surəsi
“Fatihətul-kitab” surəsi
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler