sitename
» » Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?

Şiənin mötəbər rəvayət mənbələrdə bu məzmunda elə bir hədis yoxdur ki, Peyğəmbəri-əkrəm (səlləllahu əleyhi və alih)-in Aşura günü oruc tutmağın müstəhəb olmasını bəyan etmiş olsun. Lakin o həzrətin sirə və davranışı ilə əlaqədar hədislərdə belə nəzərə çarpır ki, o həzrət bu gün oruc tutmuşdur. Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?İmam Riza (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədis kimi:

صَامَ رَسُولُ اللَّهِ (ص) یَوْمَ عَاشُورَاء

"Peyğəmbər Aşura günü oruc tutdu.”

Bu kimi rəvayətlərə istinadən Peyğəmbərin Aşura günündə oruc tutmağı müstəhəb hesab etməsini demək olmaz. Çünki belə rəvayətlər sənədinin zəif olmasından əlavə, Peyğəmbərin işinə dəlalət edir və onda həmin gündə oruc tutmağın müstəhəbliyinə dair aşkar bəyan yoxdur.

Amma sünnü və şiələrin hədis mənbələrində nəql olunan bəzi rəvayətlərdən belə çıxır ki, Həzrət Musa (əleyhis-salam)-ın dövründən Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-in besətinə qədər, habelə, besətdən Ramazan ayının orucunun vacib edilməsinə qədər Aşura günü təzimə layiq görülən günlərdən – Allah günlərindən idi. Lakin Aşura hadisəsindən və Aşura günü oruc tutub o günün əzizlənməsi ilə əlaqədar rəvayətlərdən Bəni-Ümməyinin sui-istifadə etməsindən sonra bu zəmində çoxlu rəvayətlər də varid olmuşdur. Onların bəziləri bu günün orucunun müstəhəb, bəziləri məkruh, bəziləri də haram olmasına dəlalət edir.

Belə olan halda bu rəvayətlərin arasında ittifaq yaratmaqdan (ortaq məxrəcə gəlməkdən) başqa bir yol qalmır. Rəvayətlərə müraciət etdikdə aydın olur ki, Aşura gününün orucu haramlıqla məkruhluq arasındadır və onda heç bir müstəhəblik ehtimalı verilmir. Yəni əgər bu gündə oruc tutmaq özünə xüsusi ünvan alarsa, bidət və haramdır, əgər (İmam Hüseynin qətlə yetirilməsinə görə) təbərrük (xeyir-bərəkət) ünvanı ilə olsa, küfr və dindən xaric olmaqdır. Əgər "mütləq fəzilət” ünvanı ilə oruc tutulsa, zahirdə Bəni-Üməyyənin əməllərinə oxşatma olduğuna görə məkruhdur, yəni savabı azalır.

Ətreaflı cavab

Sual iki hissədən ibarətdir ki, hər birini ayrıca araşdırmalıyıq:

1. Aşura günündə Peyğəmbər (səlləllahu əleyhi və alih)-in oruc tutmağına dəlalət edən hədisin varlığı

Şiələrin mötəbər rəvayət mənbələrində elə bir hədis varid olmamışdır ki, onda həzrət Muhəmməd (səlləllahu əleyhi və alih) "Aşura günündə oruc tutmaq müstəhəbdir” deyə buyurmuş olsun. Lakin o həzrətin davranışı (sirəsi) ilə əlaqədar hədislərdə görürük ki, bu gündə oruc tutub. İmam Riza (əleyhis-salam)-ın buyurduğu aşağıdakı hədis kimi:

صَامَ رَسُولُ اللَّهِ (ص) یَوْمَ عَاشُورَاء

"Peyğəmbər Aşura günü oruc tutdu.”[1]

Bəzi mənbələrdə qeyd olunur ki, Əli (əleyhis-salam) buyurmuşdur:"Məhərrəmin doqquzuncu və onuncu gününü oruc tutun, çünki, bu, bir illik günahların kəffarəsidir.”[2]

Amma heç vaxt demək olmaz ki, şiələrin mötəbər mənbələrində Peyğəmbərin Aşura günü oruc tutmağı müstəhəb bildiyi rəvayət vardır. Çünki bu rəvayətlərin bəziləri sənəd cəhətindən zəifdir. Bundan əlavə, Peyğəmbərin sadəcə işlərinə dəlalət edir və biz bu barədə o həzrətdən elə bir kəlam nəql olunduğunu görmədik ki, o həzrətin özü bu barədə aşkar bəyana malik olmuş olsun. Halbuki, bu barədə Peyğəmbərə istinad edilən əhli-sünnət rəvayətləri həddindən artıq çoxdur.[3]

2. Aşura günün orucunun hökmü

Sünnü və şiələrin hədis kitablarında nəql olunan rəvayətlərdən[4] məlum olur ki, Aşura Həzrət Musanın dövründən Peyğəmbər (səlləllahu əleyhi və alih)-in besətinə qədər və eləcə də besətdən Ramazan ayının orucunun vacib olduğu vaxta qədər həmişə təzimə layıq görülən ilahi günlərdən biri olmuşdur.

Amma Aşura qiyamından sonra Bəni-Üməyyə bu gündə oruc tutmaq və bu günü əzizləməklə əlaqədar rəvayətlərdən sui-istifadə edərək dinin əsasının və şiə məktəbinin ziddinə təbliğ etməyə başladılar. Onlar deyirdilər ki, Hüseynin özünün, əhli-beytinin və köməkçilərinin bu gündə öldürülməsi (nəuzu billah!) çox gözəl və müstəhəb iş olduğundan, çox xeyir-bərəkətli bir gündür, buna görə də bu gün oruc tutmaq lazımdır! Bu məqsədlə çoxlu saxta rəvayətlər də quraşdırmışlar.[5]Onlar bu hədislərlə Aşura qiyamının hikmət və fəlsəfəsini təhrif etməkdən əlavə, bu günü bayram keçirir, onun şükürünü yerinə yetirmək üçün oruc tuturlar![6]

Beşinci hicri əsrinin şiə alimlərindən olan mərhum Kəraciki "Ət-təəccüb” adlı risaləsində bu məsələyə işarə edərək yazı: "Bəzi insanlar Əhl-beytə məhəbbət bəslədiyini iddia etməklə eyni zamanda, bu günü "həzrət Adəm (əleyhis-salam)-ın tövbəsinin qəbul olunması” bəhanəsi ilə bayram keçirir, şadlıqla məşğul olurlar, halbuki övladının qətlə yetirilməsi ilə əlaqədar həzrət Peyğəmbərin qəm-qüssəsində şərik olmurlar.”[7]

Tam mənada azğınçı olan bu məsələ[8]zahirdə müsəlman olan bəzi qruplardan arasında nüfuz etmişdir. İmam Hüseyn (əleyhis-salam)-ın "Aşura ziyarəti”ndə də ona işarə edilir: "Bu həmin gündür ki, Bəni-Üməyyə onu təbərrük edirlər.”

Bu tarixdən etibarən Aşura gününün orucu iki ünvanla yerinə yetirilir:

1. "Əyyamullah” (Allah günlərindən) olduğuna görə ya vacib, ya müstəhəbdir;

2. Məlun Yezid imam Hüseyn (əleyhis-salam)-ı fiziki cəhətdən aradan götürdüyünə görə (bu qələbəyə şükür etmək üçün) oruc tutmaq. Məhz bu tarixdən etibarən məsum imamlar İslam ümmətinə aydınlıq gətirməklə, Aşura günündə orucu qadağan etməklə bu azğınçı fikirlə mübarizə aparırdılar. Məsələn, Zürarə imam Sadiq və imam Baqir (əleyhiməs-salam)-ın belə buyurduqlarını nəql edir:"Aşura günü oruc tutma!”[9]

Bu barədə mövcud olan rəvayətlərin zahiri müxtəlifdir. Bəzi rəvayətlər onun müstəhəb olmasına dəlalət edir və deyilir ki, "Tasua və Aşura gününün orucu bir illik günahın kəffarəsidir.” "Allahın Peyğəmbəri (səlləllahu əleyhi və alih) bu gündə oruc tutmuşdur.” Bəzi rəvayətlər də – bu gündə oruc tutmağı Ali-Ziyad və Ali-Mərcanənin sünnəti olduğunu deyən rəvayətlər kimi – bu gündə oruc tutmağın məkruh, hətta haram da olmasına dəlalət edir.[10]

Bu rəvayətlərin arasında aşağıdakı yollardan biri ilə ittifaq yaratmaq məcburiyyətindəyik:

1. Bu gündə oruc iki ünvanla tutula bilər: Biri şadlıq və sevinc ünvanı ilə olan təbərrük orucu, digəri isə Allah dərgahına yaxınlaşmaq məqsədi ilə tutulan oruc. Bu gündə oruc tutmağı nəhy (qadağan) edən rəvayətlər birinci qismə dəlalət edir, bu günün orucunun müstəhəb olmasını göstərən rəvayətlər isə ikinci qisimdəndir.

2. Ehtimal verilir ki, bu gündə orucun caiz olmasına dəlalət edən rəvayətlər nəsx edilib qüvvədən salınmışdır. Bu ehtimal bəzi rəvayətlər tərəfindən dəstəklənir və orda deyilir ki, "Aşura gününün orucu əvvəlcə vacib olmuş, sonra isə tərk edilmişdir.” Misal üçün, hicrətin birinci ilində Aşura günü oruc tutmaq vacib olmuş, amma ikinci ilində Ramazan ayının gəldiyi vaxt nəsx olub qüvvədən salınmışdır.[11]

3. Bu gündə orucun caiz olmasına dəlalət edən rəvayətlər İmam (əleyhis-salam)-ın təqiyyə şəraitində olması ilə izah edilir.

4. Mərhum Əbul-fəzl Tehraninin "Şifaus-südur” kitabında verdiyi ehtimal: "Bu gündə oruc tutmağın caiz olduğunu göstərən rəvayətlər natamam imsaka (niyyət etmədən yeyib-içməkdən çəkinməyə), oruc tutmağı nəhy edən rəvayətlər isə (tam) oruc imsakına (oruc niyyəti ilə yeyib-içməkdən çəkinməyə) yozulmalıdır. Nəticədə məsələnin hökmü belə olur: Aşura gününün orucu küfr, haram və məkuhluq arasında cərəyan edir. Əhli-beyt məzhəbi və Ali-Məhəmmədin fiqhində onun müstəhəb olmasına heç bir ehtimal verilmir.”[12]

Bu ibarələrin izahında deyilmişdir ki, əgər bu gündə oruc tutmaq xüsusi ünvanla olsa, bidət və haramdır; əgər təbərrük ünvanı ilə olsa, küfr və dindən xaric olmaqdır; əgər "mütləq fəzilət” ünvanı ilə tutulsa, zahirdə Bəni-Üməyyəyə oxşadıldığına görə, qəti olaraq məkruhdur və az savaba malikdir.[13]

Buna görə də müasir fəqihlər (Allah onlardan razı olsun!) Aşura günündə oruc tutmağın məkruh olduğuna dair fətva vermişlər. Bəziləri buyurmuşlar ki, müstəhəbdir ki, Aşura günü insan oruc tutmaq niyyəti etmədən axşam çağına qədər yeyib-içməkdən çəkinsin.[14]




[1]"Əl-istibsar”, 2-ci cild, səh. 134; "Təhzibul-əhkam”, 4-cü cild, səh. 300, "Camiul-əhadis” CD proqramı

[2]"Əl-istibsar”, 2-ci cild, səh. 134

عَلِیُّ بْنُ الْحَسَنِ بْنِ فَضَّالٍ عَنْ هَارُونَ بْنِ مُسْلِمٍ عَنْ مَسْعَدَةَ بْنِ صَدَقَةَ عَنْ أَبِی عَبْدِ اللَّهِ ع عَنْ أَبِیهِ أَنَّ عَلِیّاً ع قَالَ: "صُومُوا الْعَاشُورَاءَ التَّاسِعَ وَ الْعَاشِرَ فَإِنَّهُ یُکَفِّرُ ذُنُوبَ سَنَةٍ

[3] "Misbahul-munir”, səh. 104; "Sünəni Darəmi”, 2-ci cild, səh. 22; "Sünəni ibni Macə”, 1-ci cild, səh. 552; "Səhihi Buxari”, 3-cü cild, səh. 57; "Nəylul-ovtar”, 4-cü cild, səh. 326; "Səhihi Müslim”, 3-cü cild, səh. 150

[4] Məsələn, "Səhihi Buxari”də təqribən on rəvayət, "Səhihi Müslim”də 30 rəvayət nəql olunmuşdur.

[5]Bax: "Biharul-ənvar", 61-ci cild, səh. 291

[6]"Şifais-südur”, Tehrani, səh. 259; "Vafi”, 7-ci hissə, səh. 14, Şeyx Səduqun "Əmali” və "İləluş-şəraye” kitablarından nəqlən.

[7]Kəraciki, "Ət-təəccüb”, səh. 45, "Kənzul-fəvaid”lə birlikdə çap olunan nüsxə

[8]Aşura günündə oruc tutmağın müstəhəbliyi

[9]"Ət-təhzib”, 4-cü cild, səh. 300; "Əl-istibsar”, 2-ci cild, səh. 134; "Kafi”, 4-cü cild, səh. 145; "Camiu əhadisiş-şiə”, 9-cu cild, səh. 477

[10]Şeyx Tusi, "Təhzibul-əhkam”, 4-cü cild, səh. 301

[11]"Kafi”, 4-cü cild, səh. 146

[12]"Şifaus-südur”, səh. 382

[13]Həsən Səqəfi Tehrani, "Aşura ziyarətinin şərhi”, səh. 420, "Had” nəşriyyatı, birinci çap, bahar, 1385-ci hicri il

[14]"Tovzihul-məsail” (imam Xomeyninin risaləsinin haşiyəsi), 1-ci cild, səh. 968

 


скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
Əhli-sünnə mənbələrində Aşura günü baş verən möcüzələr - Şeyx Zəkəriyyə
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR-XÜM HADİSƏSİ TARİXDƏ
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Qurban bayramı və həmin günün əməlləri haqqında qısa məlumat.
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Böyük oruc neməti
Böyük oruc neməti
Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Leylətul-Rəğaib
Leylətul-Rəğaib
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Rəcəb ayının əməlləri
Rəcəb ayının əməlləri
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Kimdir müsəlman?
Kimdir müsəlman?
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Sual:“Uxuvvət” hədisi imam Əli (əleyhis-salam)-ın hansı fəzilətlərini sübut edir?
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
Nə üçün məsum imamların adları Quranda aşkar şəkildə gəlməmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Salavatın fəziləti
Salavatın fəziləti
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler