sitename
» » Əhli-Beytə (əleyhimus salam)sədəqənin haram olmasının fəlsəfəsi nədir? Bu haqda hədis varmı?
Saytın xəritəsi Saytın xəritəsi
sitename
Quran və hədis təliməlirində sədəqənin özünəməxsus mərtəbələri vardır. Sədəqə o mövzulardandır ki, İslam dini ona çox böyük əhəmiyyət vermiş və müxtəlif münasibətlərdə və müxtəlif bəhanələrlə sədəqə verməyi sifariş etmiş, əhəmiyyətini açıqlamışlar. Amma, hədsilərdə İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinə (əleyhimus salam)sədəqənin haram olması haqqındadkı dəlillərdən belə başa düşmək olur ki, insanlar adətən, sədəqəni ən çox istifadə etmədikləri şeylərdən verirlər.  Əslində, çox insanlardan ötrü sədəqə yəni, artıq və istifadəyə lazım olmayan şeylər. Başqa sözlə desək əl çirki sayılır. Bu cəhətdən, belə sədəqələrin İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) və Onun pak Əhli-Beytinə (əleyhimus salam)verilməsi qəti məsləhət deyildir. Bu barədə hədisdə oxuyuruq: "
لَا تَحِلُّ الصَّدَقَةُ لِی وَ لَا لِأَهْلِ بَیْتِی إِنَّ الصَّدَقَةَ أَوْسَاخُ‏ النَّاس
 "SədəqəMənə və Əhli-Beytimə (əleyhimus salam)halal olunmayıbOna görə ki sədəqə əlçirkidir.”[1] 
 Digər bir hədisdə oxuyuruq:
 "وَ لَمْ یَجْعَلْ لَنَا فِی سَهْمِ الصَّدَقَةِ نَصِیباً أَکْرَمَ اللَّهُ رَسُولَهُ (ص) وَ أَکْرَمَنَا أَهْلَ الْبَیْتِ أَنْ یُطْعِمَنَا مِنْ أَوْسَاخِ‏ النَّاس‏»
"Allah-Taala bizə sədəqələrdən heç bir səhm qərar verməmişdirÇünkiAllah-taalaPeyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm) və Onun Əhli-Beytinə (əleyhimus salam)böyük ehtiram etmiş insanların əl çirkindən ruzi verməmişdir.”[2]  
Sədəqə verməyin dəlillərindən biri ehtiyaclı şəxslərin etiyacını aradan aparmaqdır. Əgər kiməsə sədəqə verilirsə, onun ehtiyacını aradan aparmaqdan ötrü verilir. Belə bir ünvan yəni, insnalara möhtac olmaq, peyğəmbərliyin və imamətin şənində deyil. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və pak Əhli-Beytinin insanların mallarnı ehtiyacları olmadaqlarına görə onalara bu ünvanla sədəqə vermək haram olunmuşdur.  Digər tərəfdən Allah-Taala Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) və pak Əhli-Beytinin (əleyhimus salam)xüms və döyüş qəniməti cəhətdən xüsusi səhm ayırılması və bununla da onların ehtiyaclarını ödədiyinə görə sədəqəni onlara haram buyurmuşdur. Amma sədəqə cəmiyyətin ən aşağı təbəqədəki fəqirləri üçün idi. Quranda oxuyuruq: "
إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاء وَالْمَسَاکِینِ
 "Sədəqələr, ancayoxsullara, minskinlərə,...........aiddir.”[3]
  Rəvayətdə gəlib ki. əgər kimsə İmama (əleyhis salam)sədəqə ünvanı ilə yəni, onun ehtiyacını təmin etmək niyyəti ilə bir şey təklif edərsə, İmamın (əleyhis salam)öz ifadəsi ilə desək kafir sayılır.[4] Hədisdə oxuyuruq: "
  «قَالَ أَبُو عَبْدِ اللَّهِ (ع) مَنْ زَعَمَ أَنَّ الْإِمَامَ یَحْتَاجُ إِلَى مَا فِی أَیْدِی النَّاسِ فَهُوَ کَافِرٌ إِنَّمَا النَّاسُ یَحْتَاجُونَ أَنْ یَقْبَلَ مِنْهُمُ الْإِمَامُ قَالَ اللَّهُ عَزَّ وَ جَلَّ- خُذْ مِنْ أَمْوالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَ تُزَکِّیهِمْ بِها»[5]
 İmam Sadiq (əleyhis salam)buyurur: "Hər kəsin etiqadı bu olsa ki, İmamın (əleyhis salam)əhalinin əlində olanlarda gözü var və ona ehtiyaclıdır kafir olar. Əksinə, insanların ehtyacı var ki, Allahın əmri ilə Onlara xums və sair şəri maliyyatlarını  versinlər. Çünki, Allah-Taala buyurur: "Onların varından sədəqə(xumsal ki, bununla da onların malları pak və təmizlənsin.” [6] 
  Tarixdə var ki, Salman Farsi ilk dəfə İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) ilə görüşdə özü ilə bir miqdar yemək gətirir və Peyğəmbərə (səlləllahu ələyhi və alihi və səlləm) təqdim edir. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyurur: "Əgər sədəqədirsə Səffə əshabına (fəqirlərə) verin.” Əgər hədiyyə olsaydı özüm qəbul edərdim. Salman Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) yeməyi almamasının səbəbini soruşur. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) buyrur: "Belə yeməkləri, sədəqə ünvanı ilə ehtiyacı olan fəqirlərə gətirilər. O da bizə haramdır.” İkinci görüşdə Salman Farsi gətirdiyi qidanı hədiyyə ünvanı və niyyəti ilə təqdim edir. İslam Peyğəbərinə (səlləllahu ələyhi və alihi və səlləm) xitab edir: Sədəqə niyyəti etməmişəm, Sizə hədiyyə niyyəti ilə gətirmişəm. İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) Salman Farsinin hədiyyəsini alır və Səffə əshabı ilə birlikdə Salmanın hədiyyəsini yeyirlər.[7]
 

[1]  İbn Həyyun, Neman ibn Məhəmməd Məğrəbi,Dəaimul-İslam, mühəqqiq və düzəliş verən;Feyzi Asəf, c.1; səh.259; Alul-Beyt (ə) müəssisəsi, Qum, ikinci çap, 1385 h.q
[2] Kuleyni, Məhəmməd ibn Yəqub, Kafi, mühəqqiq və düzəliş verən: Ğəffari,Əli Əkbər, Axundi, Məhəmməd, c.8; səh.63; Darul-kutubul-islamiyyə,Tehran, dördüncü çap, 1407-ci h.q
[3] Тövbə surəsi 60
[4]  Əlbəttə, bu hədsidə küfr və kafirdən məqsəd, şəriətdə adı gələn kafir deyil, bəlkə də imanın zəif olması və imansızlıqa işarədir.
[5]  Kafi, c.1; səh. 537
[6]  Tövbə surəsi 103
[7]  Curi, Cəmaləddin, Əbi-Fərəc, Sifətül-Səffət, c.1; səh.202; Darul-hədis, qahirə, 1421 h.q
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Betul
Geri
Həmçinin baxın
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler