sitename
» » » "inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Saytın xəritəsi Saytın xəritəsi
sitename

 

"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )

Qısa: Bir yerdə yazılsa "yaratmaq", ayrı yazılsa "Əgər Allah istəsə" mənasındadır. Təbii ki, biz bu cümləni deyərkən, "əgər Allah istəsə" niyyəti ilə deyirik. Bu izah yazıya aiddir.

Ətraflı: 
"İnşaallah yoxsa in şa Allah"
اِنْ شَاءَ الله - اِنْشَاَالله

Hər gün yazdığımız kəlmələrə fikir veririkmi? Bu kəlmələrdən bəzisi vardır ki, mümkündür bizim əqidə və inancımızla uyğun olmasın. Bəzən "inşaallah” bəzəndə "in şa Allah” yazılır. Bir az fikir verməklə, bu iki kəlmə arasında fərq olduğunu anlayarıq.
"İnşa” (إنشاء ) kəlməsi, "inşaə” (أنشأ ) felinin məsdəridir. Mənası, ”yaratmaq, vücüda gətirmək” deməkdir. Ayədəki "innə ənşə’nəhunnə inşəən” (إِنَّا أَنشأْنَهُنَّ إِنشاءً ) kəlməsinin mənası, "”biz onları vəsf edilməz, məxsus xilqətdə yaratmışıq” deməkdir. (Vaqiə surəsi, ayə35)
"İnşaallah” (انشاءالله) kəlməsini bir yerdə yazsaq, "yaratmaq” və "vücuda gətirmək” felinin biz tərəfdən baş verdiyini bildiririk. Yəni "biz yaratdıq”, "biz vücuda gətridik” .
"İn şa Allah” (ان شاء الله) kəlməsində olan "in” (إن ) kəlməsi, ərəb qrammatikaslnda "şərt hərfləri”-nə aiddir. Mənası "əgər” deməkdir. "Şaə” (شاء ) feli isə, "istəmək” mənasındadır.
"İn şa Allah” (إن شاء الله ) kəlməsini ayrı – ayrı yazsaq, mənası "əgər Allah istəsə” olacaq. Necə ki, bu ayədə mənası aydındır:
"Allah istəməsə siz əsla istəyə bilməzsiniz. Həqiqətən Allah bilən və hikmət sahibidir” (وَ مَا تَشاءُونَ إِلا أَن یَشاءَ اللَّهُ إِنَّ اللَّهَ كانَ عَلِیماً حَكِیماً ) (İnsan surəsi, ayə 30)

Quranın gözəl bəyanı.
"Heç bir şey barəsində mən sabah onu mütləq yerinə yetirəcəyəm demə. Allah istəsə yerinə yetirəcəyəm, de. İn şa Allah deməyi unutsan, öz rəbbini yada sal və de: Ümüd var ki, rəbbim məni bundan daha yaxın yola və haqqa doğru yönəltsin” . (Kəhf surəsi, ayə 23 - 24)
Bu ayə peyğəmbərə nazil olaraq bizə bildirmək istəyir ki, gələcək iş barəsində heç vaxt edəcəm demə. Bəlkə "in şa Allah”, yəni Allah istəsə edəcəm de. Çünki:
1)Heç bir insan qərar qəbul etməkdə müstəqil deyil. Əgər Allah istəməsə heç kim heç bir iş görə bilməz. Allahın sonsuz qüvvət sahibi olduğunu bildiyin üçün, "in şa Allah ” de.
2)İnsanın qüdrəti məhdud olduğu üçün, "in şa Allah” demədiyi üçün iş alınmaz və yalançı çıxar. Daha ona heç kim inanmaz.
Qeyd olunan ayələrin nazil olma səbəbini araşdırdıqda, bu məsələni sübut edir. İnsanlar İslam peyğəmbərindən "Əshabi-kəhf” haqqında sual soruşdular. Peyğəmbər, onların sualına cavab verdi. Amma "in şa Allah” demədiyi üçün, bir neçə müddət peyğəmbərə vəhy gəlmədi. Allah bu işlə əsasən insanları maarifləndirmək istədi ki, "in şa Allah” desinlər. Bir daha insan Allahı unutmasın deyə, "unutduğun zaman rəbbini yada sal” deyə, ayə bizlərə göstəriş verir. Daha uğursuzluğa düçar olmayasan deyə, "in şa Allah” de və ümüd et ki, Allah səni ən gözəl yola hidayət edəcək.
"İn şa Allah” demək Allaha olan ədəbdən əlavə, insan özünün aciz və zəif olduğunu bildirir. Bizim heç bir gücümüz yoxdur, nə varsa onun tərəfindəndir. Onun izni olmasa, yarpaq belə budaqdan ayrılmaz. 
İnsanların bu addımi, Allahın tək olmasını tək dildə deyil, hətta əmməllərində də göstərmələri üçündür. (tovhidi feli)
İmam Sadiq (ə) onun adından məktub yazılmasını tapşırmışdı. İmam məktuba baxdı. Amma məktubda "in şa Allah” kəlməsini görmədi. İmam (ə) buyurdu: "İn şa Allah kəlməsi məktubda olmadığı halda, siz məktubun yekunlaşmasına necə əmin ola bilərsiniz? Diqqətli olun, "in şa Allah” olmayan boş yerləri düzəldin” . 
"İn şa Allah” demək bizi Allaha dahada yaxınlaşmamıza, həmişə onu xatırlamağımıza, ondan ümüdümüzün kəsilməməsinə və əməllərimizin düzgün olmasına səbəb olar.


Tərcümə edən: Muhəmməd Nicat.

 www.ehlibeyt.info


 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Tövbə qapısı
Tövbə qapısı
Peyğəmbər (s) - Şölələnən çıraq
Peyğəmbər (s) - Şölələnən çıraq
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İnsanlar üç dəstədirlər
İnsanlar üç dəstədirlər
Mübahilə günü
Mübahilə günü
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
“Mövla” yalnız “dost” deməkdirmi? (ikinci hissə)
"Vəli” kəlməsi
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Qurban bayramının namazı
Qurban bayramının namazı
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Ayətullah Xameneinin Qədr gecəsi ilə bağlı 12 tövsiyəsi
Quranın ən ümidverici ayəsi
Quranın ən ümidverici ayəsi
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(3)
Novruz və İslam.
Novruz və İslam.
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Əbu Bəkirin İmamətini puç edən dəlillər(2)
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Həzrət Əlinin(ə) Şurada çıхışı və Pеyğəmbərin(s) hədisi
Qiyamət günündə nə sual veriləcək ?
Qiyamət günündə nə sual veriləcək ?
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
Birinci dərs “Nas” surəsi
Birinci dərs “Nas” surəsi
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Son peyğəmbərlik - oyanışın başlanğıcı
Aləmlərə rəhmət:
Aləmlərə rəhmət:
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
İLAHİ FİTRƏTƏ AİD AYƏ VƏ HƏDİSLƏR
“Vəli” kəlməsi (2)
“Vəli” kəlməsi (2)
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler