sitename
sitename
Cümə gününün əməlləri çox olduğundan biz burada onlardan bir neçəsini gətiririk.Cümə gününün əməlləri
1. Sübh namazının birinci rükətində "Həmd”dən sonra "Cümə” surəsini, ikinci rükətində isə "İxlas” surəsini oxusun.
2. Sübh namazından sonra bir kəslə danışmazdan əvvəl aşağıdakı duanı oxusun ki, gələn cüməyə qədər günahlarının kəffarəsi olsun. Dua belədir:
İlahi, bu cümə günü dediyim hər bir sözü, içdiyim hər bir andı və etdiyim hər bir nəziri, bütünlüklə, Sənin istəyindən asılıdır (Sənin istəyin onlardan öndədir). Belə isə, onlardan istədiyin yerinə yetəcək, istəmədiyin isə yerinə yetməyəcək. İlahi, məni bağışla və günahlarımdan keç! İlahi, salam göndərdiyin hər bir kəsə, mən də salam göndərirəm, lənətlədiyin hər kəsi mən də lənətləyirəm!
Əgər bu göstərişə hər cümə əməl edə bilməsə, heç olmasa ayda bir dəfə yerinə yetirsin. Rəvayət olunmuşdur ki, hər kəs cümə günü sübh namazından sonra oturub, gün çıxana qədər namazın təqibatı ilə məşğul olarsa, onun "Firdosi Əla”da (cənnətin ən yüksək məqamında) yetmiş mərtəbə dərəcəsi ucalar.
Aşağıda qeyd edəcəyimiz duanı cümə günü sübh namazının təqibatında oxumaq böyük fəzilətə malikdir:
İlahi, öz istəyimlə Sənə üz tutmuşam, bu gün fəqirlik, çarəsizlik və ehtiyacsızlığımla Sənin dərgahına gəlmişəm və mən Sənin bəxşişinə öz əməlimdən daha ümidvaram. Əlbəttə, Sənin bəxşiş və rəhmətin mənim günahlarımdan böyükdür. Belə isə, hər istəyimi Öz böyüklüyünlə rəva et, Sən ona qadirsən və bu iş Sənin üçün asandır. Mən də Sənə möhtacam, Səndən başqasından əsla bir xeyir görməmişəm və Səndən başqası məndən şər işləri dəf etməmişdir. Dünya və axirətim üçün, ehtiyac və çarəsiz olduğum və tək-tənha qəbrə qoyulacağım gün Səndən başqa, heç kimə ümidim yoxdur və yalnız Sən məni günahlardan təmizləyə bilərsən!
3. Rəvayət olunmuşdur ki, cümə və başqa günlərdə, zöhr və sübh namazlarından sonra: "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd və əccil fərəcəhum” deyən şəxs, Həzrət Məhdi Qaim (ə.c)-i görməyincə dünyadan getməz. Bu salavatı yüz dəfə oxuyarsa, Allah taala onun, otuzu bu dünyada, otuzu isə axirətdə olan altımış hacətini (istəyini) rəva edər.
4. Sübh namazından sonra "Ərrəhman” surəsini oxuyub, "Fəbiəyyi alai rəbbikuma tukəzziban” ayəsindən sonra desin: "La bişəy`in min alaikə rəbbi ukəzzib.”
5. Şeyx Tusi buyurmuşdur: "Cümə günü sübh namazından sonra yüz dəfə "İxlas” surəsini oxuyub, yüz dəfə Məhəmməd və ali Məhəmmədə (s) salavat göndərmək, yüz dəfə istiğfar etmək və "Nisa”, "Hud”, "Kəhf”, "Saffat” və "Ərrəhman” surələrini oxumaq sünnədəndir.
6. "Əhqaf” və "Möminin” surələrini oxumaq. Həzrət İmam Sadiq (ə)-dan nəql olunmuşdur ki, cümə axşamı və ya cümə günü "Əhqaf” surəsini oxuyan şəxs dünyada qorxmaz və Qiyamətin böyük fəzəindən (qorxusundan) amanda qalar. "Muminin” surəsini bütün cümə günlərində oxuyan şəxsin əməllərini Allah taala səadətlə başa çatdırar və onun mənzili "Firdovsi Əla”da peyğəmbərlər və mürsəllərlə bir yerdə olar.
7. Gün çıxmamışdan əvvəl "Kafirun” surəsini on dəfə oxuyub dua etsə, duası müstəcab olunar. Rəvayət olunmuşdur ki, İmam Zeynul-abidin (ə) cümə günü sübhdən günortaya qədər "Ayətəl-kürsü”nü, namazlardan sonra isə "Qədr” surəsini oxumağa məşğul olardı. Cümə günü "Ayətəl-kürsü”nü oxumaq böyük fəzilətə malikdir.
8. Cümə qüslü almaq. (Bu əməlin yerinə yetirilməsi çox təkid olunmuşdur). Rəvayət olunmuşdur ki, Həzrət Rəsul Əkrəm (s), Həzrət Əli (ə)-a belə buyurdu: "Ya Əli, hər cümə qüsl al, hərçənd həmin günün ruzisini satıb su alıb qüsl etməli olsan belə, çünki bundan böyük sünnə yoxdur”. İmam Cəfər Sadiq (ə) buyurmuşdur: "Cümə günü qüsl alarkən bu duanı oxuyan şəxsə, gələn cüməyə qədər təharət hesab olunar. Dua belədir:
Şəhadət verirəm ki, Allahdan başqa heç bir tanrı yoxdur, yeganədir və şəriki yoxdur. Şəhadət verirəm ki, Məhəmməd Onun bəndəsi və rəsuludur. İlahi, Məhəmməd və onun Əhli-beytinə salam yetir və məni tövbə edən və paklardan et!
Cümə qüslünün vaxtı, dan yeri söküləndən, gün batana qədərdir. Nə qədər gün batana yaxın olarsa, bir o qədər yaxşıdır.
9. Başı gülxətmi bitkisi ilə yumaq insanı pisi (bədəndə yaranan ağ ləkələr) və dəlilik kimi xəstəliklərdən qoruyar. 
10. Dırnaqları tutmaq və bığın ucunu vurmaq. Bu işin böyük fəziləti var. Ruzini çoxaldır, gələn cüməyə qədər insanı günahlardan pak edər, dəlilik, xora və pisi xəstəliklərindən amanda saxlayar. Dırnaqları tutan və bığı düzəldən zaman bu duanı da oxumaq lazımdır: "Bismillahi və billahi və əla sunnəti Muhəmmədin və ali Muhəmməd”. Dırnaqlarını tutarkən, sol əlin kiçik barmağından başlayıb, sağ əlin kiçik barmağında qurtarsın. Ayaq dırnaqlarını da tutarkən belə etsin. Dırnaqları tutub qurtardıqdan sonra onun qırıntılarını torpağa basdırsın.
11. Xoş iyli ətirdən istifadə edib, təmiz paltar geyinsin.
12. Sədəqə versin. Rəvayətə görə, cümə axşamı və cümə günü verilən sədəqə sair günlərdə verilən sədəqədən min dəfə artıqdır. 
13. Ailəsinin cümə gününün gəlməsi münasibətilə şad olmalarına görə, onlara təzə meyvə, ət və s. kimi şeylər alsın.
14. Ac qarına nar yesin. Həzrət İmam Musa ibn Cəfər (ə)-dan nəql olunmuşdur ki, hər kəs cümə günü səhər ac qarına bir dənə nar yesə, qəlbi qırx gün, iki dənə nar yesə, səksən gün, üç dənə nar yesə, yüz iyirmi gün nurani olar və şeytanın vəsvəsələrindən uzaq olar. Şeytanın vəsvəsəsindən uzaq olan şəxs, Allaha dərgahında günah etməz, məsiyyət (günah) etməyən şəxs isə cənnətə daxil olar.
15. Bu gün dünya işlərini kənara qoyub, dini məsələləri öyrənməyə məşğul olsun.
16. Min dəfə salavat göndərsin. Həzrət İmam Məhəmməd Baqir (ə)-dan nəql olunmuşdur; "Mənim yanımda, cümə günü Məhəmməd və onun pak Əhli-beytinə salavat göndərməkdən sevimli bir ibadət yoxdur.”
Müəllif deyir: "Əgər min dəfə salavat göndərməyə imkanı olmasa, heç olmasa yüz dəfə salavat göndərsin. Əgər bunu edərsə, Qiyamət günü üzü nurani olar”. 
Rəvayət olunmuşdur ki, cümə günü yüz dəfə salavat göndərib, yüz dəfə "Əstəğfirullahə rəbbi və ətubu iləyh” deyib, yüz dəfə "İxlas” surəsini oxuyan şəxs əlbəttə bağışlanacaq. Başqa bir rəvayətdə nəql olunmuşdur ki, zöhrlə əsr arasında Muhəmməd və ali Muhəmmədə (s) göndərilən salavat yetmiş həccə bərabərdir.
17. Həzrət peyğəmbər (səlləllahu ələyhi və alihi və səlləm)i və İmamları ziyarət etsin. (Növbəti fəsillərdə ziyarətnamələr qeyd olunacaq).
18. Dünyadan köçənlərin, həmçinin ata-ananın hər ikisini və ya onlardan birinin qəbirlərinin ziyarətinə getməyin çoxlu savabı vardır. Həzrət İmam Baqir (ə)-dan belə nəql olunmuşdur; "Dünyadan köçənləri cümə günü ziyarət edin, onlar, qəbirlərinin ziyarətinə gələn şəxsin kim olduğunu bilir və şad olurlar.”
19. "Nüdbə” duasını oxumaq.
20. Cümə gününün özünəməxsus iyirmi rükətlik nafiləsindən başqa nafilələr də vardır. Cümə gününün nafiləsi aşağıdakı qaydada qılınır: Altı rükəti dan yeri söküləndə, altı rükəti günortaya iki-üç saat qalmış, altı rükəti gün batana yaxın, iki rükəti gün batdıqdan sonra vacib namazdan əvvəl və yaxud altı rükəti cümə və ya günorta namazından əvvəl qılsınlar.
اللَّهُمَّ مَا قُلْتُ فِي جُمُعَتِي هَذِهِ مِنْ قَوْلٍ أَوْ حَلَفْتُ فِيهَا مِنْ حَلْفٍ أَوْ نَذَرْتُ فِيهَا مِنْ نَذْرٍ فَمَشِيَّتُكَ بَيْنَ يَدَيْ ذَلِكَ كُلِّهِ فَمَا شِئْتَ مِنْهُ أَنْ يَكُونَ كَانَ وَ مَا لَمْ تَشَأْ مِنْهُ لَمْ يَكُنْ اللَّهُمَّ اغْفِرْ لِي وَ تَجَاوَزْ عَنِّي اللَّهُمَّ مَنْ صَلَّيْتَ عَلَيْهِ فَصَلَوَاتِي عَلَيْهِ وَ مَنْ لَعَنْتَ فَلَعْنَتِي عَلَيْهِ اللَّهُمَّ إِنِّي تَعَمَّدْتُ إِلَيْكَ بِحَاجَتِي وَ أَنْزَلْتُ إِلَيْكَ الْيَوْمَ فَقْرِي وَ فَاقَتِي وَ مَسْكَنَتِي فَأَنَا لِمَغْفِرَتِكَ أَرْجَى مِنِّي لِعَمَلِي وَ لَمَغْفِرَتُكَ وَ رَحْمَتُكَ أَوْسَعُ مِنْ ذُنُوبِي فَتَوَلَّ قَضَاءَ كُلِّ حَاجَةٍ لِي بِقُدْرَتِكَ عَلَيْهَا وَ تَيْسِيرِ [تَيَسُّرِ] ذَلِكَ عَلَيْكَ وَ لِفَقْرِي إِلَيْكَ فَإِنِّي لَمْ أُصِبْ خَيْرا قَطُّ إِلا مِنْكَ وَ لَمْ يَصْرِفْ عَنِّي سُوءا قَطُّ أَحَدٌ سِوَاكَ وَ لَسْتُ [لَيْسَ‏] أَرْجُو لِآخِرَتِي وَ دُنْيَايَ وَ لا لِيَوْمِ فَقْرِي يَوْمَ يُفْرِدُنِي النَّاسُ فِي حُفْرَتِي وَ أُفْضِي إِلَيْكَ بِذَنْبِي سِوَاكَ أَشْهَدُ أَنْ لا إِلَهَ إِلا اللَّهُ وَحْدَهُ لا شَرِيكَ لَهُ وَ أَشْهَدُ أَنَّ مُحَمَّدا عَبْدُهُ وَ رَسُولُهُ اللَّهُمَّ صَلِّ عَلَى مُحَمَّدٍ وَ آلِ مُحَمَّدٍ وَ اجْعَلْنِي مِنَ التَّوَّابِينَ وَ اجْعَلْنِي مِنَ الْمُتَطَهِّرِينَ

Əllahummə ma qultə fi cu-muəti hazih, min qəvlin əv hələftu fiha min həlf, əv nəzərtu fiha min nəzr, fəməşiyyətukə bəynə yədəy zalikə kullih, fəma şi`tə minhu ən yəkunə kan, və ma ləm təşə` minhu ləm yəkun, Əllahumməğfirli və təcavəz ənni, Əllahummə mən səlləytə ələyhi fəsələvati ələyh, və mən ləəntə fələ`nəti ələyh.
Əllahummə inni təəmmədtu iləykə bihacəti, və ənzəltu iləy-kəl yəvmə fəqri və faqəti və məskənəti, fəənə liməğfirətikə ərca minni liəməli, və ləməğ-firətukə və rəhmətukə əvsəu min zunubi, fətəvəllə qəzaə kulli hacətin li biqudrətikə ələyha, və təysiri zalikə ələykə və lifəqri iləyk, fəinni ləm usib xəyrən qəttu illa mink, və ləm yəsrif ənni suən qəttu əhədun sivak, və ləstu ərcu liaxirəti və dunyay, və la liyəvmi fəqri yəvmə yufridunin nasu fi hufrəti, və ufzi iləykə bizənbi sivak.
Əşhədu ənla ilahə illəllah, vəhdəhu la şərikə ləh, və əşhə-du ənnə Muhəmmədən əbduhu və rəsuluh, Əllahummə səlli əla Muhəmmədin və ali Muhəm-məd, vəc`əlni minət təvvabin, vəc`əlni minəl mutətəhhirin.скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Cümə gününün duası (ərəb və tərcümə)
Cümə gününün duası (ərəb və tərcümə)
Mübarək
Mübarək "Rəcəb" ayı daxil olur. Gözəl olar ki, insan bu aya yaxşı hazırlaşsın
“Hud” surəsinin fəziləti
“Hud” surəsinin fəziləti
“Ali İmran” surəsinin fəziləti
“Ali İmran” surəsinin fəziləti
"Fatihə" surəsinin fəziləti
Ərəfə günü
Ərəfə günü
İmam Həsənin (ə) duası
İmam Həsənin (ə) duası
Kamilə namazı
Kamilə namazı
Cümə gününün namazı
Cümə gününün namazı
Hamiləlik aylarında oxunan dualar
Hamiləlik aylarında oxunan dualar
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
ZİL-HƏCCƏ AYININ İLK ONGÜNLÜYÜNÜN MÜŞTƏRƏK ƏMƏLLƏRİ
CÜMƏ TƏMİZLİYİ
CÜMƏ TƏMİZLİYİ
“Cümə” surəsi möminlər üçün müjdədir
“Cümə” surəsi möminlər üçün müjdədir
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
ŞƏVVAL AYININ BİRİNCİ GÜNÜ – FİTR BAYRAMI (MƏXSUS ƏMƏLLƏR)
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
Novruz Bayramının əmələri
Novruz Bayramının əmələri
"Mövlud Günü"nün əməlləri:
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Ərafə gününün əməllri və duaları
Ərafə gününün əməllri və duaları
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Şəban  ayinin  gündəlik  əməlləri  (1-2-3-cü günlər)
Şəban ayinin gündəlik əməlləri (1-2-3-cü günlər)
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının cümə günü:
Rəcəb ayının cümə günü:
Leylətul-Rəğaib
Leylətul-Rəğaib
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Cümə gününün müstəhəb (bəyənilən, savabı olan) əməlləri:
Cümə gününün müstəhəb (bəyənilən, savabı olan) əməlləri:
Cümə günündə nə etməliyik!
Cümə günündə nə etməliyik!
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Cəfəri Təyyar namazı
Cəfəri Təyyar namazı
“Fatihətul-kitab” surəsi
“Fatihətul-kitab” surəsi
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
[vk]
[/vk] [vk][/vk] [odnoklassniki][/odnoklassniki] [facebook][/facebook] [mailru][/mailru] [google][/google] [yandex][/yandex] [vk]
[/vk]
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler