sitename
sitename

Üç mühüm istək
.
Xanım Fatimə əleyhasalam buyurur:Üç mühüm istək

اللهم إني أسئلك كلمة الاخلاص ، وخشيتك في الرضا والغضب
والقصد في الغنى والفقر

"Allahım! Səndən xalis etiqad və tövhid istəyirəm, həmçinin razılıq və qəzəb halımda Səndən qorxmağımı, kasıb və varlı halımda isə mötədil olmağımı (Səndən istəyirəm).”
Biharul ənvar 91-ci cild 225-ci səhifə
.
Həzrət Fatimənin (ə) bu duası üç istəkdən ibarətdir. İstəyin biri əqidə və etiqad, ikincisi əxlaq və üçüncü istəyi isə rəftar və davranışla əlaqədardır.
İlk istək tövhidin dərki və saf əqidədir. Təbiidir ki, tək olan Allaha qəlb və vücudla bağlılıq dünya və axirət xoşbəxtliyi ardınca olan hər bir insanın başlıca istəyidir. Tövhiqə inam və etiqad insanın hər bir əməlinin Allah tərəfindən qəbul olunmasının əsas şərtidir. Tövhidi qəbul etməyənin heç bir əməli qəbul deyildir. Tarix və hədis kitablarında oxuyuruq: "Bədr döyüşündən öncə iki nəfər silahlı şəxs həzrət Muhəmmədin (s) yanına gələrək döyüşdə iştirak etmək üçün icazə istədilər. Peyğəmbər (s) onların hansı qəbiləyə mənsub olduqlarını bildikdə buyurdu: Sizin qəbilədən heç kim müsəlman deyil, siz İslamı nə vaxt qəbul etmisiniz? Onlar dedilər: -Biz müsəlman deyilik, İslamı qəbul etmək fikrimiz də yoxdur. Peyğəmbər (s) soruşdu: Bəs nə üçün bizim tərəfdən vuruşmaq istəyirsiniz? Onlar dedilər: -Deyilənə görə Əbu Sufyanın karvanına hücum olacaq və o karvanda çoxlu bahalı mallar vardır. Biz qənimət üçün gəlmişik”. Həzrət Peyğəmbər (s) buyurdu: -Biz tövhidə etiqadı olmayanlardan kömək istəmirik və onlardan vasitə olaraq da istifadə etmərik.
.
İkinci istək razılıq və qəzəb halında Allahdan qorxuya malık olmaqdır. İnsan əsasən iki halda daha çox əsəbli və hirsli olur, başqa sözlə, razılıq və qəzəb halında insan haqqı yerinə yetirə bilmir. Qəzəbli və hirsli insan haqqa, ədalətə və insafa riayət etmir, qarşı tərəflə əlaqədar tez qərar çıxarır və düzgün hökm vermir, bu da ixtilafın daha da dərinləşməsi və insanın mənəvi və ictimai süqutana səbəb olur. Eləcə də razılıq halında insan İlahi və ictimai meyarları ayaq altına alır. Allahın hökmlərinə və haqqa riayət etmək, insanlarla hər zaman ədalət və insafla davranmaq hər bir insanın əxlaq və imanının salamatlığının meyarıdır.
.
Üçüncü istək isə istər yoxsul və istərsə də varlı olduğu zaman mötədillik və orta həddə riayət etməkdir. Bəzi insanlar kasibladıqları zaman bir tərəfdən naşükürlük edir, başqa tərəfdən isə xəsisləşirlər. Bu hal bir müddət davam etdikdə isə onlar hətta zaman və dövrana qarşı şikayətlənirlər. Həyat başdan-başa imtahan və sınaqdır, ağıllı insan yoxsulluq və mal-dövlətin onun şəxsiyyətini dəyişməsinə imkan verməməlidir. Həyat yaşayışında mötədillik və orta yaşayışı qoruyub saxlamalıdır. Həmçinin varlı və imkanlı olduqda israfçılıq etməməli, pulunu və varını lazımsız yerlərə xərcləməməli, yaxud da xəsislik edərək "var-dövlətimi qara günüm üçün saxlayıram” düşüncəsi ilə yaşamamalıdır.
Mötədillik və orta həddə yaşamaq ağıl və şəriətin insandan istədiyi xüsusiyyətdir. Orta yolu tutmaq hər bir insan üçün onun kasıb və yoxsulluq zamanında dəyər və fəzilət olduğu kimi, imkanlı və varlı olduğu zamanında da çox böyük üstün əməl və fəzilətdir.
İsrafçılıq, artıq və lazımsız yerə xərcləmək, eləcə də xərcləmədə həddi aşmaq hər bir halda xoşagəlməz xüsusiyyətdir, hətta insanın maddi bəxiş və yaxşılıq halında da bəyənilmir.

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Sağ-salamatlığın dəyəri
Sağ-salamatlığın dəyəri
Xalis ibadət və İlahi məsləhət
Xalis ibadət və İlahi məsləhət
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
GÜNAH İNSANIN YAXŞI ƏMƏLLƏRİNİ PUÇ EDİR
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
İnsanın həyatda 4 imtahanı
İnsanın həyatda 4 imtahanı
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
ALLAHA ETİMAD SAYƏSİNDƏ QURTULUŞ
Üç mühüm məsələnin həlli yolu
Üç mühüm məsələnin həlli yolu
Naşükürlüyün 3 amili
Naşükürlüyün 3 amili
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Müsəlmanla mömin arasında nə kimi fərq var?
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Nişanlılıq dövrü və 6 səhv addım
Nişanlılıq dövrü və 6 səhv addım
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
Öz eyiblərindən çəkinməyən insan bütün çirkin işlərə gedər
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
MÖMİNİ SEVİNDİRMƏK İBADƏTDİR
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Həzrət Muhəmmədin (s) əxlaqi islahatları.
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Dua - bəndə ilə Allah arasında rabitə halqasıdır
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
Varlıq aləminin ən təəccüblü və heyrətləndirici üzvü –İNSAN
SALEHLƏR DUASI
SALEHLƏR DUASI
Bihudə və mənasız andlar
Bihudə və mənasız andlar
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar
Dünyada kor olanlar, axirətdə də kor olacaqlar" ayəsindən Allahın məqsədi nədir: Kor insan axirətdə heç bir şeyi dərk və müşahidə etməyəcəkmi?
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
ORUCUN FAYDALARI
ORUCUN FAYDALARI
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Sən güclüsən yoxsa zəifsən?!
Sən güclüsən yoxsa zəifsən?!
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Xəstələndikdə, mənə şəfa verən Odur.
Xəstələndikdə, mənə şəfa verən Odur.
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
NAMƏHRƏMLƏ MÜNASİBƏTDƏ NECƏ OLMALISINIZ
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
[vk]
[/vk] [vk][/vk] [odnoklassniki][/odnoklassniki] [facebook][/facebook] [mailru][/mailru] [google][/google] [yandex][/yandex] [vk]
[/vk]
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler