sitename
sitename
QONAĞA HÖRMƏTİN VACİBLİYİ

QONAĞA HÖRMƏTİN VACİBLİYİ

İmam Sadiq (ə) buyurur: "Həzrət Fatimə atasına bəzi işlərindən gileylənmişdi. Həzrət Peyğəmbər ona bir yazı vermiş və buyurmuşdu: "Burada yazılanı öyrən". Orada yazılmışdı: "Kimin Allaha və Qiyamət gününə inamı var, qonağına hörmət etsin".

Həzrət Əli (ə) buyurur: "Qonağın əskik adam olsa belə, ona hörmət et".

Bir gün Peyğəmbərin (s) qonağı gəlir. Evdə ona təklif edəcək bir şey olmur. Ənsardan olan bir nəfər gəlib, onu öz evinə aparır. Süfrə açır və arvadına çırağı söndürməyi tapşırır. Ev yiyəsi olan şəxs əlini yeməyə uzadaraq özünü yemək yeyirmiş kimi göstərir ki, qonaq yeməyini yesin. Səhər Allahın rəsulu ona buyurur: "Allah sənin qonaqla davranışından heyrətə gəldi". Bu zaman "İsar" ayəsi nazil olur: "Özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar".

İmam Sadiq (ə) buyurur: "Oğrulardan iki dəstənin əli kəsilməz: fəhlə və qonaq. Çünki onlar ev sahibinin güvənci olmuşlar”.

Allahın rəsulu (s) Əmirülmömininə (ə) buyurmuşdur: "Ey Əli! Qonağın kafir olsa belə, ona hörmət et".

Həzrət Peyğəmbərdən (s) gələn başqa bir hədisdə deyilir: "Bir nəfər bir şəhərə daxil olduqda şəhərdən çıxıncaya qədər oranın əhalisindən olan dindaşlarının qonağıdır".


QONAQPƏRVƏRLİYİN QAYDALARI

Qarşılamaq və yola salmaq: İmam Baqir (ə] buyurur: "Qonağı işlətmək cəfadır. Qonağınız gələndə ona kömək edin (ki, yol ləvazimatını yerbəyer etsin). Gedəndə kömək etməyin, çünki bu, rəzillikdir (sizin onun getməyinə sevindiyinizi göstərir). Ona yol azuqəsi verin, qida ehtiyatını yaxşı edin. Çünki bu, səxavət əlamətidir".

Allahın rəsulu (s) buyurur: "Qonağın hüquqlarından biri budur ki, evdən qapıya qədər ona yoldaşlıq edəsən".

Oruc tutmamaq: Allahın rəsulu (s) buyurur: "Ev sahiblərinin qonağın icazəsi olmadan oruc tutması yaxşı deyil. Bu, onun üçündür ki, qonaq utanmasın, ac olduğu halda, ev sahibi oruc olduğuna görə yeməkdən çəkinməsin".

Qəfil gələn və dəvət olunmuş qonağı yedizdirmək: İmam Sadiq (ə) bu barədə buyurur:

"Qardaşın sənin yanına gəldikdə onun üçün evdə olandan gətir. Özün dəvət etdikdə isə ona qulluq etməyə çalış".

"Qardaşın sənin evinə gəldikdə heç vaxt bir şey yeyib-yemədiyini soruşma, evdə olandan gətir. Çünki sözün əsl mənasında bağışlayan odur ki, olanından bağışlasın".

Qonaqla birgə xörək yemək: İmam Kazım (ə) buyurur: "Allahın rəsulunun qonağı gələndə onunla birgə yemək yeyərdi. Qonaq yeməkdən əlini çəkməyincə o da çəkməzdi".

Qonaqlıq süfrəsinin qaydaları: Fəzl ibn Yunus deyir: "Bir gün evdə idim. Xidmətçi daxil olub dedi: "Əbül-Həsən künyəli, Musa ibn Cəfər adlı bir nəfər qapıdadır".

Dedim: "Ey xidmətçi! Əgər mənim düşündüyüm adamdırsa, sən Allah yolunda azadsan”.

Tələsik evdən bayıra atıldım və həqiqətən onun gəldiyini gördüm. Dedim: "Mənim ağam! Atdan en".

0, atdan enib içəri gəldi. Onu yuxarı başda oturtmaq istədim.

Buyurdu: "Ey Fəzl! Seyid olmayan yerdə ev sahibi məclisin başına başqalrından daha layiqdir".

Dedim: "Sən ki seyidsən, qurbanın olum. Allah məni sənə fəda etsin. Məclis üçün yemək hazırdır. İzin versəydin, gətirərdim".

Həzrət buyurdu: "Ey Fəzl! Xalq arasında deyirlər ki, bu, çağırılmamış qonağa qulluqdur. Camaat belə qulluğu xoşlamır. Mən isə bir problem görmürəm”. (Əl yumaq üçün) ləyən gətirmələrini tapşırdım. Imam əlini yumaq üçün yaxınlaşıb buyurdu: "Hər şey üçün bir qayda təyin edən Allaha həmd olsun!"

Dedim: "Qurbanın olum, bunun (süfrə başına oturmaq üçün əl yumağın) qaydası nədir?”

Buyurdu: "Onun qaydası budur ki, ev sahibi qonaqları həvəsləndirmək üçün hamıdan qabaq başlasın".

Sonra süfrə salındı. Soruşdum: "Bunun qaydası nədir?”

Buyurdu: "Əvvəlində "Bismillah" demək, yığışdıranda isə Allaha həmdsəna etmək”.

(Yeməkdən) sonra dişqurdalayan gətirildi. Soruşdum: "Bunun qaydası nədir?"

Buyurdu: "Onun qaydası budur ki, ucunu sındırasan, diş ətini əzməsin".

Sonra su gətirildi. Soruşdum: "Bəs bunun qaydası nədir?"

Buyurdu: "Qabın tutacaq tərəfindən su içəsən. Əgər sınıq varsa, sınıq tərəfindən su içməyəsən. Çünki Şeytan (mikrob) yığnağıdır. Su içəndə "Bismillah" deyəsən, sonda Allaha həmd-səna edəsən. Ey Fəzl! Ev yiyəsi yeməkdən əlini çəkən sonuncu adam olmalıdır".

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
BÖYÜK GÜNAHLAR - İMAM SADİQİN (Ə) HƏDİSİNDƏN
İCTİMAİ YERLƏRİN VƏ YOLLARIN TƏMİZLİYİNİN ALTI FAYDASI VAR
İCTİMAİ YERLƏRİN VƏ YOLLARIN TƏMİZLİYİNİN ALTI FAYDASI VAR
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
İftar elə verilməlidir ki, sabah iftarda iştirak edən adam utanmasın - ilahiyyatçı
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Quran Qiyamət günündə kimlərdən şikayət, kimlərə şəfaət edəcək?
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Tövbə qapısı
Tövbə qapısı
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Bəlanın və qəm-qüssənin dəf olması üçün zikrlər
Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir
Süfrənin on iki qaydası var ki, hər bir müsəlman onları bilməlidir
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mübahilə günü
Mübahilə günü
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Bircə namazı qəzaya vermək insana o qədər ziyan gətirər ki, bütün dünya ona verilsəydi, yenə də bu ziyanların qarşısını ala bilməzdi
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Evə daxil olan və evdən çıxan zaman bəyənilən zikrlər
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
Bu gecə mübarək “Nimeyi-Şaban” daxil olur “Nimeyi-Şəban” bayramınız mubarək
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKINMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QURANDA TƏVAZÖKARLIQ HAQQINDA
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler