sitename
sitename

Bihudə və mənasız andlarBihudə və mənasız andlar
.
Qurani-kərimdə maidə surəsində and içməklə əlaqədar olan ayədə ”bihudə və nəticəsiz andlar” kəlməsi işlədilir. Bihudə andlardan məqsəd nədir?
.
Qurani-kərim Maidə surəsinin 89-cu ayəsində buyurur:

لَا يُؤَاخِذُكُمُ اللَّهُ بِاللَّغْوِ فىِ أَيْمَانِكُمْ وَ لَاكِن يُؤَاخِذُكُم بِمَا عَقَّدتُّمُ الْأَيْمَانَ فَكَفَّرَتُهُ إِطْعَامُ عَشرَةِ مَسَاكِينَ مِنْ أَوْسَطِ مَا تُطْعِمُونَ أَهْلِيكُمْ أَوْ كِسْوَتُهُمْ أَوْ تحَرِيرُ رَقَبَةٍ فَمَن لَّمْ يجَدْ فَصِيَامُ ثَلَثَةِ أَيَّامٍ ذَالِكَ كَفَّارَةُ أَيْمَانِكُمْ إِذَا حَلَفْتُمْ وَ احْفَظُواْ أَيْمَانَكُمْ كَذَالِكَ يُبَينِ‏ُّ اللَّهُ لَكُمْ ءَايَاتِهِ لَعَلَّكمُ‏ْ تَشْكُرُونَ

"Allah bihudə (əbəs yerə) içdiyiniz andlarınıza görə sizi cəzalandırmaz (məzəmmət, sorğu-sual etməz), lakin (bilə-bilə və ya qəsdən) içdiyiniz andları (pozmağa) görə cəzalandırar. Belə bir andı pozmağın kəffarəsi (günahın bağışlanması üçün cəzası) ailənizə yedirtdiyinizin orta hesabından on yoxsulu yedirdib doyurmaq, yaxud geyindirmək, yaxud da bir kölə azad etməkdir. Bunları etməyə imkanı olmayan şəxs üç gün (dalbadal) oruc tutmalıdır. Bu, içdiyiniz andların kəffarəsidir. Bununla belə, andlarınızı qoruyun (onları pozmaqdan çəkinin). Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!”
.
Yəni təkcə bir yer var ki, Allah Taala həmin anda görə insanı cəzalandırmaz, buna "yalan and” da deyiblər, məsələn; insan deyə ki, mən filan işi etməyəcəyəm və ya edəcəyəm. Bu növ anda Qurani-kərim bihudə və əbəs and deyir.
Bihudə və əbəs and hansı andlardır?
Şəriət kitablarında and içməyin şərtləri və qaydaları qeyd edilmişdir. Bihudə andlar həmin şərt və qaydalara uyğun gəlməyən andlardır. And içmək üçün insan ruhi tarazlıq və müvazinət halında olmalıdır. İnsan qəzəb və hirs ilə ”and olsun Allaha, mən filan işi edəcəyəm; yaxud and olsun Allaha, mən filan işi etməyəcəyəm” deyə and içərsə bu növ and içmə "bihudə və əbəs and” sayılır, çünki insan and içərkən ruhi tarazlıq halında yox, əksinə hirsli və qəzəbli halda olmuşdur.
Məsələn: Yusif və Davud dalaşırlar, Yusif dalaşma anında bərk hislənir və Davuda deyir: And olsun Allaha, səni öldürəcəyəm. Onları ayırırlar, sakitləşəndən sonra hər ikisi dalaşdıqlarına görə təəssüflənir və barışırlar. Yusif Davudu öldürmür və nə də başqa heç bir cəza vermir. Yusif andını pozduğuna baxmayaraq kəffarə verməyəcək və cəzalanmayacaqdır, çünki Qurani-kərimə əsasən onun andı bihudə və əbəs anddır.
Başqa bir misal: Bir nəfər araq içmiş və məst olmuşdur, məstlik halında and içir ki, filan işi edəcəyəm, amma sonra özünə gəldikdən və ayıldıqdan sonra o işi etmir və andını yerinə yetirmir, çünki and içməyin şərtlərindən biri olan "and içmə zamanı ağılın tarazlıq və müvazinəti” şərtinə malik olmamışdır. Odur ki, onun andı bihudə və əbəs and sayılır, o and günah sayılmır, kəffarə və cəzası da yoxdur.
Məcburiyyət üzündən içilən andlar da bu qəbildəndir. Məsələn; bir nəfəri tutub hansısa işi edəcəyinə and içdirirlər, o da canının qorxusundan and içir. Bu növ andlar da bihudə və əbəs andlardan sayılır.
Bir növ and vardır ki, onun da kəffarə və cəzası yoxdur, lakin günah sayılır. O da bir insanın keçmişdə baş vermiş hadisə ilə əlaqədar içdiyi anddır. Bəzən dostlar arasındakı görüşlərdə bəziləri özlərinin mühüm adam olduqlarını göstərmək üçün keçmişdə guya baş vermiş və bunun da qəhərmanlıq etdiyi hadisələrdən danışır, sözlərinin inandırıcı olması üçün and da içirlər. Belə and içmələr bəzi oğlanların öz sevdiyi qız ya nişanlısı ilə görüşlərdə daha çox baş verir. Yaxud bəzi rəis, müdir, direktor ya sədrlər özlərinin daha bacarıqlı və oturduqları vəzifəyə daha layiqli olduqlarını işçilərinə göstərmək üçün keçmişdəki "qəhrəmanlıqları” ilə əlaqədar yalan mövzular danışırlar. Məsələn, bir nəfər and içir ki, mən filan işi vaxtilə etmişdim. Bu and içməyin kəffarəsi yoxdur, ancaq həmin şəxs yalan xəbər verdiyi üçün böyük günah etmişdir və tövbə etməlidir.
Sonda onu da deyək ki, əgər insanın andı (keçmiş yox) gələcək ilə əlaqədar olarsa bəhs etdiyimiz Maidə surəsinin 89-cu ayəsinə əsasən kəffarə verməlidir, onun kəffarəsi özünün va ailəsinin yediyi yeməkdən on yoxsula yemək verməli, ya on yoxsulu geyindirməli (paltar verməli) ya da bir qul azad etməlidir. Əgər bunların heç birini etməyə maddi imkanı olmazsa üç gün oruc tutmalıdır.

Rza Əzizoğlu İrəvani

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Sağlamlıq misilsiz nemətdir
Sağlamlıq misilsiz nemətdir
Xoşbəxtlik yolları
Xoşbəxtlik yolları
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Fitrə zəkatı Ayətullahul-Üzma Seyyid Əli Sistani
Orucun kəffarəsinin hökmləri
Orucun kəffarəsinin hökmləri
Qadr gecəsinin əməlləri
Qadr gecəsinin əməlləri
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İmam Həsən Müctəba əleyhissalam və əxlaqi dəyərlər
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Allah hansı işləri qəbul edir?
Allah hansı işləri qəbul edir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
Nə üçün həzrət Sahibəzzəman əleyhissalamın zuhuru gecikir?
İlahi sevgi
İlahi sevgi
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İMAM KAZİM (Ə) VƏ ZÜLMKAR HAKİMLƏ MÜBARİZƏ
İslam tibbində SU içmək...
İslam tibbində SU içmək...
Adəm (ə) günahkardırmı?
Adəm (ə) günahkardırmı?
Qəzəb və hirsin acı nəticələri və pis aqib
Qəzəb və hirsin acı nəticələri və pis aqib
"inşaallah" yoxsa "in şa Allah" yazaq? ( اِنْ شَاءَ الله - اِنْشَاَالله )
Həzrət Muhəmmədin (s) əxlaqı
Həzrət Muhəmmədin (s) əxlaqı
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
“ Vəli ” kəlməsi şəriətdə
“ Vəli ” kəlməsi şəriətdə
Fitrə zəkatı
Fitrə zəkatı
Qəza və kəffarə vacib olan yerlər
Qəza və kəffarə vacib olan yerlər
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
Qadının iddəsi :
Qadının iddəsi :
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
Əhli-hədisin xəbəri sifətlər barəsindəki nəzəri nədən ibarətdir?
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Yuxunun Şərhi
Yuxunun Şərhi
ƏHLİ-HƏDİS (1)  YARANMA TARİXİ
ƏHLİ-HƏDİS (1) YARANMA TARİXİ
Quran-Kərim və tarix
Quran-Kərim və tarix
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
[vk]
[/vk] [vk][/vk] [odnoklassniki][/odnoklassniki] [facebook][/facebook] [mailru][/mailru] [google][/google] [yandex][/yandex] [vk]
[/vk]
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler