sitename
» » Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
.
Səbir etmək, yəni çətinliklər qarşısında müqavimət, bəla və imtahanlar qarşısında mətinlik, öz taqət və vəziyyətinə istənilən vaxt layiqli şəkildə nəzarət edə bilməkdir. Səbir elə bir işlək qüvvədir ki, hər hansı bir xoşagəlməz hadisələr zamanında insanı qüvvətli və güclü edir. Qarşıya çıxmiş hər növ bəla və müsibət anı həmin insanın ruhi və mənəvi halını tənzimləyir.
Səbir və dözümlülük nümunəsi olan xanım Zeynəb əleyhasalamdan necə səbirli olmaqla əlaqədar bir neçə dərs öyrənək.
.
1- Reallığı görək, mövcud durumu olduğu kimi başa düşək.
.
Səbir və dözümlülük qüdrətinin artırılması səbəblərindən, eləcə də ruhi-mənəvi sıxıntılar zamanı lazım olan məharət və bacarıqlardan biri də budur ki, dünya həyatının çətinlikləri və bəlaları barədə olan həqiqətləri tanıya bilək. Dünyanın bəla, müsibət, sıxıntı və çətinliklər diyarı olduğunu başa düşək. Belə olduqda bizim bu baxışlarımız hər bir xoşagəlməz hadisələr zamanında bizim intizarımızı, umacağımızı və proqnozlarımızı tənzimləyir.
Məsələn, siz bir çayçıda oturan kimi çayçı sizə bir neçə stəkan-nəlbəki və çay gətirir. Təbii ki, siz bu çaydanın içində üzüm şirəsi olduğu intizarında ola bilməzsiniz. Əgər dünyanın hər bir izini belə tanıya bilsəniz heç zaman özünüzə nəzarəti itirməzsiniz.
Şamda lənətlik Yezidin sarayında əsirləri bir küncdə saxlamışdılar. Yezid dedi: "O qız kimdir elə, bu qədər qürurlu dayanıb?! Dedilər: Əlinin (ə) qızı Zeynəbdir. Yezid dedi: "indi mən onun qürurunu sındıraram, onu elə vəziyyətə gətirim ki, fəryadı göylərə ucalsln. Yezidin əmri ilə imam Hüseyn əleyhissalamın başını teştin içində gətirdilər. Yezid xanım Zeynəbə baxa-baxa əlindəki çubuqla əvvəlcə teştin üstündəki parçanı yerə atdı. Sonra isə əlindəki əsanın ucunu imam Hüseyn əleyhissalamın dodaqlarına toxundurdu.
Amma xanım Zeynəb əleyhasalam kinayəli təbəssüm ilə buyurdu: "Vur, vur, ey buraxılmışların oğlu! Bunu sən də etməsən kim etməlidir?! Siəndən yalnız belə işlər gözləmək olar.”
.
2- Çətin vəziyyətin sonunu görmək, hər çətinlik və bəlanın qurtaracağını bilmək çətinlillər zamanında insanın səbir və dözümünü artırır. Beləliklə bu cür düçüncə insanı çətinliklər və bəlaların əbədi və həmişəlik olma fikrindən uzaqlaşdırır, insanda ümidi gücləndirir. İnsan çətinliyi daimi və həmişəlik bilmir.
Qurani-kərim İnşirah surəsinin 5-ci ayəsində buyurur:

ان مع العسر یسرا

"Hər bir çətinliyin arxasınca (yanınca) asanlıqlar vardır.”
Bir nəfər İmam Cəfər Sadiq əleyhissalamın yanına gəlib düşdüyü çətin vəziyyətin davamlılığından və bu gedişlə həmişəlik olacağından şikayət etdi. İmam ona buyurdu: "Səbirli ol, Allah Taala tezliklə sənə qurtuluş və nicat nəsib edəcəkdir.”
əl-Kafi 2-ci cild 150-ci səhifə

Xanım Zeynəb əleyhasalam Kufədən Şama gedərkən yolda ağlayan qız-qadınlara xitabən buyurdu: "Ey Peyğəmbərin(s) ailəsi, səbir edin. Qurtuluşa lap az qalıb”
.
3- Çətinliklər zamanı vəziyyəti qəbul etmək insana ikiqat səbir gücü verir.
Dostlar, siz indiyədək çətinliklər vaxtı dözümsüzlük edən və daima şikayətlənən insanları görmüsünüz? Onların üz cırmaqları və gileyləri onları xilas edibmi?!
Çətinliklər zamanında, yəni çətinlik və müsibət artq baş vermişdirsə bunu qəbul etmək lazımdır. Bu özü insanın səbir və dözümünün artmasına böyük kömək edir.
Çox insanlar var ki, çətinliklər zamanında fəryad və nalə edir, gileylənir, şikayətlənir, bundan əlavə başqa işlərini atıb yalnız fikirə dalır, heç bir vəzifələrini yerinə yetirmirlər, həyata keçirmir. 
Xanım Zeynəbin Kərbəladakı vəziyyətinə baxdıqda görürük ki, xanım hər bir vəzifəsinin öhdəsindən layiqincə gəlib. Hətta imam Hüseyn əleyhissalam axırıncı dəfə bacısı Zeynəb ilə vidalaşanda buyurdu:

یا اختاه! لا تنسینی فی الصلاه

"Ey əziz bacım! Gecə namazında məni unutma!”
Bilirsiniz ki, gecə namazı vacib deyil, müstəhəbbdir, yəni Allah Taalanın razılığına səbəb olan işdir. Bununla belə imam Hüseyn əleyhissalam bilir ki, bacısı Zeynəb nəinki üzərində olan vacibi vəzifələri, hətta müstəhəbblərin belə hamısını yerinə yetirəcəkdir.
.
4- İşlərin, yəni çətinlik, bəla və müsibətlərin batinini görmək insanda səbir və dözüm gücünü artıran amillərdəndir. Hadisələrə səthi baxanlar çətinlikləri Allahın qəzəbi kimi başa düşürlər.
Xanım Zeynəb əleyhasalamın həyatına nəzər saldıqda görürük ki, Kufənin cəllad valisi İbn Ziyad xanım Zeynəbə xitab edərək deyir: Gördünmü Allah sizə neylədi?
Xanım Zeynəb əleyhasalam onun cavabında buyurdu:

فقالت : ما رأيت إلا جميلا ، هؤلاء قوم كتب الله عليهم القتل فبرزوا إلى مضاجعهم
وسيجمع الله بينك وبينهم فتحاج وتخاصم ، فانظر لمن الفلج يومئذ ثكلتك أمك يا
ابن مرجانة
قال : فغضب وكأنه هم بها ، فقال له عمرو بن حريث : إنها امرأة والمرأة
لا تؤاخذ بشئ من منطقها

"Mən (Kərbəlada) yalnız gözəlliklər gördüm. Onlar bir dəstə idilər ki, Allah onlara mübarizəni vacib etmişdi. Onlar öz məqamlarına çatmaq üçün mübarizə etdilər. Vaxt gələcək (qiyamət günü) Allah səninlə onları bir yerə (məhşərə) yığacaq, onda onlarla höcətləşər və düşmənçiliyini göstərərsən. Görəcəksən ki, həmin gün fərəc və qurtuluş kimin nəsibidir, anan sənin yasında ağlasın ey Mərcanənin oğlu! 
İbn Ziyad qəzəbləndi, sanki xanımın ölümünü istədi. Əmr ibn Hurəys dedi: "O qadındır, qadını danışdıqlarına və dediklərinə görə cəzalandırmazlar.”
Biharul ənvar 45-ci cild 116-cı səhifə
.
5- Allah Taalanı hər anda yadda saxlamaq insana çətinliklər zamanı əlavə dözüm və güclü səbir bacarığı verir.
Kərbəla müsibətinin pik nöqtəsi olan imam Hüseyn əleyhissalamın şəhid edildiyi zamanı xanım Zeynəb qaçaraq halqa qardaşı imam Hüseyn əleyhissalamın yanına gəlib imamın cənazəsinin yanında iki dizini torpağa qoyub əllərini İlahi dərgaha qaldırdı və buyurdu:

اللهم تقبل منا هذا القربان

"Allahım! Bu qurbanı (Sənin yolunda fəda olmuş Hüseyni) bizdən qəbul et.”
əl-Kibritul əhmər 3-cü cild 13-cü səhifə
.
6- Çətinliklər qurtardıqdan sonra Allah Taalanın əcr və savabının, həmçinin həmin insanın dillərdə qəhrəmanlıq rəmzi kimi tanınacağına inam insanın vücudunda səbir və dözümlülük əzmini gücləndirir.
Xanım Zeynəb əleyhasalam hamının yanında üzünü qardaşı imam Zeynul Abidin əleyhissalama tutaraq buyurdu:

وينصبون لهذا الطف علما لقبر أبيك سيّد الشهداء عليه السلام لا يدرس أثره ولا يعفو رسمه على كرور الليالي والأيام

"Bu Kərbəla çölündə şəhidlər sərvəri olan atanın qəbri üzərində bir əlamət qoyulacaq, günlərin və gecələrin saysız qədər keçmələrinə baxmayaraq bu hərəkatın dərsləri davam edəcək, baş vermiş həqiqətlərin heç biri unudulmayacaq...”
Mədarikul Urvə 9-cu cild 46-cı səhifə

 

 


Rza Əzizoğlu İrəvani
скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Dua kimi heç bir vasitə insanı Allaha yaxınlaşdırmaz
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
Həzrət Fatimeyi Məsumənin (s.ə) elmi məqamı
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
İmam Həsən Əsgəri (ə) keşişin yağış sirrini necə aşkar etdi
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Həzrət Muhəmmədin (s) səbir və dözümü
Ən ağlıllı insanlar kimlərdir?!
Ən ağlıllı insanlar kimlərdir?!
İmam Rza əleyhissalamın axlaqlından damlalar
İmam Rza əleyhissalamın axlaqlından damlalar
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
HƏRƏMİN ASTANASINDA
HƏRƏMİN ASTANASINDA
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
Əhli-beytin qələbəsi və Haqq olduğu gün olan Mübahilə gününüz mübarək olsun!
İMAM ƏLİ (Ə) İLƏ XANIM FATİMƏNİN (S.Ə) İZDİVACI
İMAM ƏLİ (Ə) İLƏ XANIM FATİMƏNİN (S.Ə) İZDİVACI
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Əxlaq nümunəsi -Fatimeyi Məsumə
Fitr bayramında Əxlaq dərsi
Fitr bayramında Əxlaq dərsi
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın
Peyğəmbərimizin(s) ürək sirdaşı olan yeganə qadın "Xədicə"
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Paklıq və Təmizlik ayı -Ramazan.
Paklıq və Təmizlik ayı -Ramazan.
Zühur üçün dua etməkdən daha mühüm...
Zühur üçün dua etməkdən daha mühüm...
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Həzrət Fatimənin (ə) həyat üsulu və insanlara elm öyrətməyin dəyəri
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
Xanım Məsumə(s.ə)-nın həyatı.
Xanım Məsumə(s.ə)-nın həyatı.
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Ən üstün əxlaqa malik olan İlahi rəhbər həzrət Muhəmməd(s)
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
Həzrət Rüqəyyə - həqiqət, yoxsa əfsanə?
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
İMAM HÜSEYN (Ə) PEYĞƏMBƏRİN (S) QUCAĞINDA
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
Mən dünyanın ən yaxşı həyat yoldaşına malikəm!
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Hacı Rza Xanım Zeynəb (ə.s) şəhadət məclisi 04052015
Hacı Rza Xanım Zeynəb (ə.s) şəhadət məclisi 04052015
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Fədək bütün bəhanələri puç etdi!
Fədək bütün bəhanələri puç etdi!
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
HƏZRƏT ZEYNƏBİN (Ə) DOĞUM TARİXİ
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler