sitename
» » Namaz "Nəhcül-bəlağədə" (1)
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Namaz (Nəhcül-bəlağədə) (1-ci hissə)
Mərhəmətli, rəhmli Allahın adı ilə!Namaz, İslam dininin rüknüdür. "Rükn” bir şeyin ən sağlam və möhkəm tərəfi, təməl və dirək mənasındadır. Belə bir ibadəti, "qılmaq” və bərpa etmək lazımdır. Sütun və təməli oxumaq olmaz. Məhz bu üzdən bizə namazı "qılmaq” əmr olunub. "أَقيمُوا الصَّلاةَ - Namaz qılın”(1) 
 Bir neçə ayədə "yusəlli” və "musəllin” sözləri olsa da qılmaq mənasını daşıyır. (2) Həzrət Əli (ə.s) həzrət Peyğəmbərdən (s) nəql edir:


 "...وَ اعْلَمُوا أَنَ‏ اللَّهَ‏ أَقْسَمَ‏ بِعِزَّتِهِ أَنْ لَا يُعَذِّبَ الْمُصَلِّينَ وَ السَّاجِدِين...""


"Bilin ki, Allah namaz qılanlar və səcdə edənlərə əzab verməyəcəyinə görə izzətinə and içmişdir”. (3)
Namaz barədə dini ədəbiyyatımızda saysız-hesabsız göstərişlər var. Həm Qurani-Kərim həm də məsumlarımız, ibadətlərin ən önəmlisi olan namaz barədə söz açmışlar. Bu yazıda, namazın müxtəlif məsələlərini Şiənin olduqca dəyərli və mötəbər qaynaqlarından hesab olunan "Nəhcül-Bəlağə” əsərində  araşdıraq:
1-Namaz qılmaq islam millətinə mənsubiyyətin əlamətidir:
   "Allaha tərəf yaxınlaşmağın ən yaxşı yolu... İslam dininin dinlik nişanəsi (dinin ən böyük sütunu) olannamaz qılmaqdır.


 و إقام الصّلوة فانّها الملّة(4)


Həzrət Peyğəmbər buyurur:
 "Namazı tərk edə şəxs dinini xarab etmişdir."

 الصلاة عماد الدين فمن تركها فقد هدم الدين” (5)

 Həzrət Əli (ə.s)  məlun İbn Mülcəm tərəfindən aldığı qılınc zərbəsindən sonra oğlu Həsən və Hüseynə etdiyi vəsiyyətdə buyurur:

"اللَّهَ اللَّهَ فِي الصَّلَاةِ فَإِنَّهَا عَمُودُ دِينِكُم‏

"Dininizin sütunu olan namaz barəsində Allahdan qorxun...”(6)
2- Ruhiyyəsiz və tərəddüdlə qılınan namaz pislənib:
İmam Əli (ə.s) Həruriyyədə olanlardan (İmam Əliyə (ə.s) müxalifət məqsədi ilə Kufə yaxınlığındakı Hərura səhrasında toplaşmış Nəhrəvan Xəvaricinin) birinin gecə namazı qılıb Quran oxuduğunu eşidəndən sonra (zəmanə imamını tanımadan ibadətin faydasız olması barəsində) buyurmuşdur: "(Zəmanə imamı və haqq xəlifəyə) yəqinlik və inamla olan yuxu şəkk və tərəddüdlə namaz qılmaqdan daha yaxşıdır.

سَمِعَ رَجُلًا مِنَ الْحَرُورِيَّةِ يَتَهَجَّدُ وَ يَقْرَأُ فَقَالَ نَوْمٌ عَلَى يَقِينٍ خَيْرٌ مِنْ‏ صَلَاةٍ فِي‏ شَكٍ‏

Deməli imam barəsində tərəddüddə olan şəxsin qıldığı namaz və oxuduğu Qur'an düz deyil.(7)

"Nə çox namaz (gecə namazı) qılan ki, namaz qılmasından ona oyaqlıq və əziyyətdən başqa bir şey qalmır." (Çünki o, namaz və orucu göstərişlərə uyğun yerinə yetirməyib.)


 كَمْ‏ مِنْ‏ قَائِمٍ‏ لَيْسَ لَهُ مِنْ قِيَامِهِ إِلَّا السَّهَرُ وَ الْعَنَاءُ حَبَّذَا نَوْمُ الْأَكْيَاس‏” (8)
 

Quran-Kərim b u barədə buyurur: "Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər... namaza  yaxınlaşmayın”(9)
3- Vaxtında qılılnan namaz:
İmam Əli (ə.s) namazın vaxtında qılınması barədə buyurur: "Namazı onun üçün müəyyən olunmuş vaxtda yerinə yetir və bekar olduqda onu vaxtından əvvəl qılma və işin olduğu üçün onu təxirə salma” (10)


صَلِ‏ الصَّلَاةَ لِوَقْتِهَا الْمُؤَقَّتِ لَهَا وَ لَا تُعَجِّلْ وَقْتَهَا لِفَرَاغٍ وَ لَاتُؤَخِّرْهَا عَنْ وَقْتِهَا لِاشْتِغَال‏

4- Namaz insanı "lovğalıqdan” uzaqlaşdırıb ona "sadəlik” bəxş edər:
"Allah...namazıtəkəbbürvəməğrurluqdanpaklaşmaqüçün vacib etdi” فَرَضَ اللَّهُ الصَّلَاةَ تَنْزِيهاً عَنِ‏ الْكِبْر (11) "Allah mömin bəndələrini əl,-ayaq və digər üzvlərinin (günah və itaətsizlikdən) dinc qalması, gözlərini yerə dikmələri, canlarının təvazökarlığı, qəlblərinin xarlığı, təkəbbür və lovğalığı onlardan uzaqlaşdırmaq üçün onları namazlar, zəkatlar və vacib günlərdə oruc tutmağa çalışmaq vasitəsi ilə fitnə-fəsad, zülm və təkəbbürdən qoruyur....Çünki gözəl üzlərin təvazökarlığa görə torpağa sürtülməsi və kiçikliyi bildirmək üçün (səcdə zamanı) şərəfli üzvlərin (yeddi üzvün )yerə yapışdırılması namazdadır...”(12)
 

لِمَا فِي ذَلِكَ مِنْ تَعْفِيرِ عِتَاقِ الْوُجُوهِ‏  بِالتُّرَابِ تَوَاضُعاً وَ الْتِصَاقِ كَرَائِمِ الْجَوَارِحِ بِالْأَرْضِ تَصَاغُرا

5- Namazı tərk edən ilahi əzaba düçar olacaq:
İmam Əli (ə.s) (namaz... barədə) öz səhabələrinə tövsiyə edib buyurur: "Namaz işinə riayət edin (ki, o, möminin meracı, dinin sütunu və qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər də qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz).Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki ("Nisa”surəsinin 103-cü ayəsində buyurulduğu kimi) namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Cəhənnəm əhlinin ("Muddəssir” surəsinin 42-43-cü ayələrində olduğu kimi onlardan "sizi Cəhənnəmə salan nədir?” soruşularkən verdikləri bu cavabı ki, "onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik”(cani-dildən) dinləmirsinizmi? (13)


تَعَاهَدُوا أَمْرَ الصَّلَاةِ وَ حَافِظُوا عَلَيْهَا وَ اسْتَكْثِرُوا مِنْهَا وَ تَقَرَّبُوا بِهَا فَإِنَّهَا كانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتاباً مَوْقُوتاً أَ لَا تَسْمَعُونَ إِلَى جَوَابِ أَهْلِ النَّارِ حِينَ سُئِلُوا ما سَلَكَكُمْ فِي سَقَرَ قالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّين


6- İlk namaz qılan şəxs:
Həzrət Əli (ə.s) buyurur: "İlahi, mən haqqa çatan, onu eşidən və qəbul edən ilk şəxsəm. Allahın Peyğəmbərindən (s) başqa heç kəs namazda məndən öndə olmayıb”. Yəni həzrət Peyğəmbərin dəvətini qəbul edib müsəlman olan və o Həzrətlə namaz qılan ilk şəxs mən olmuşam.


اللَّهُمَ‏ إِنِّي‏ أَوَّلُ‏ مَنْ‏ أَنَابَ وَ سَمِعَ وَ أَجَابَ لَمْ يَسْبِقْنِي إِلَّا رَسُولُ اللَّهِ ص بِالصَّلَاة


İstifadə olunan ədəbiyyat:
1-"Bəqərə” surəsi, 43, 83 və 110-cu ayələr;"Nisa” surəsi, 77 və 103-cü ayələr;"Ənam” surəsi, 72-ci ayə; "Yunus” surəsi, 87-ci ayə; "Həcc”surəsi, 78-ci ayə; "Nur”surəsi, 56-cı ayə; "Rum” surəsi, 31-ci ayə; "Mucadilə” surəsi, 13-cü ayə;"Muzzəmmil” surəsi, 20-ci ayə;"Ənkəbut” surəsi, 45-ci ayə.
2- "Ali-İmran” surəsi, 39-cu ayə; "Məaric” surəsi, 22-ci ayə;"Muddəssir” surəsi, 43-cü ayə;"Maun” surəsi, 4-cü ayə.
3- "Təfsilu Vəsailiş-Şiə İla Təhsili Məsailiş-Şəriə”, 1-ci cild, səh: 314.
4- "Nəhcül-Bəlağə”, 110-cu xütbə. 
5- "Nəhcül-bəlağə”-nin şərhi, İbn Əbil Hədid, 7-ci cild, səh: 223.
6-"Nəhcül-Bəlağə”, 47-ci məktub. 
7- "Nəhcül-Bəlağə”, 97-ci hikmət.
8-"Nəhcül-Bəlağə”,145-ci hikmət.
9-"Nisa” surəsi, 43-cü ayə.
10- "Nəhcül-Bəlağə”, 27-ci məktub.
11-"Nəhcül-Bəlağə”, 252-ci hikmət.
12-"Nəhcül-Bəlağə”, 192-ci xütbə.
13-"Nəhcül-Bəlağə”, 199-cu xütbə.

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Cümə gününün namazı
Cümə gününün namazı
NAMAZIN MÜXTƏLİF VAXTLARDA QILINMASININ FƏLSƏFƏSİ
NAMAZIN MÜXTƏLİF VAXTLARDA QILINMASININ FƏLSƏFƏSİ
NAMAZ DİNİ QARDAŞLIQ ŞƏRTİDİR
NAMAZ DİNİ QARDAŞLIQ ŞƏRTİDİR
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
İslamda təmizlik və əxlaqi sərvətlərə yiyələnmək
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
NAMAZ QILAN ZAMAN BƏZƏNMƏK
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
NAMAZ XOŞBƏXTLİYİN AÇARIDIR
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Həzrət Əli (ə) haqqında nazil olmuş Quran ayələri
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 10
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 10
Nimeyi-Şəban gecəsinin əmələri
Nimeyi-Şəban gecəsinin əmələri
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
“Dua mərhəmətin, dəstəmaz namazın, namaz behiştin açarıdır”
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 9
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 9
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 8
Hacı Əhliman Nəhcül bəlağə verlişi 83-cü xütbəsi 8
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 83-cü xütbə 8
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 83-cü xütbə 8
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
QURANİ-KƏRİMDƏ KİMLƏRƏ LƏNƏT OXUNUB:
Namazda 10 gözəllik var
Namazda 10 gözəllik var
Hacı Əhliman Nəhcül-bəlağə verilşi 83-cü xütbə7
Hacı Əhliman Nəhcül-bəlağə verilşi 83-cü xütbə7
Hacı Əhliman Nəhcül-bəlağə verilşi 83-cü xütbə 6
Hacı Əhliman Nəhcül-bəlağə verilşi 83-cü xütbə 6
Hacı Əhliman Nəhcül-bəlağə verilşi  83-cü xütbə 5
Hacı Əhliman Nəhcül-bəlağə verilşi 83-cü xütbə 5
Hacı Əhliman Nəhcül-bəlağə verlişi 83-cü xütbə 4
Hacı Əhliman Nəhcül-bəlağə verlişi 83-cü xütbə 4
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
ALLAHIN LABÜD VƏ QAÇILMAZ VƏDƏSİ
Tasua  və aşura gününün əməlləri.
Tasua və aşura gününün əməlləri.
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə gününün əməlləri
Mübahilə gününün əməlləri
QƏDİR XUM  BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
QƏDİR XUM BAYRAMIYLA BAĞLI BƏYƏNİLƏN ƏMƏLLƏR
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 83-cü xütbə 3
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 83-cü xütbə 3
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Rəcəb ayının gündəlik namazları
Rəcəb ayının gündəlik namazları
Gecə namazı
Gecə namazı
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 68-ci xütbə
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 68-ci xütbə
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Şiələrin namazı əliaçıq və əhli- sünnənin əlibağlı qılmasının səbəbi nədir?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 67-ci xütbə
Hacı Əhliman Nəhcül Bəlağə verlişi 67-ci xütbə
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler