sitename
sitename

Oruc ilə qısa bir tanışlıq

Oruc bundan ibarətdir ki, insan öz nəfsini qürbətən iləllah yəni, Allaha itaət etmək üçün orucu batil edən əməllərdən saxlasın. Ramazan ayının orucunun vacib olması, islam dininin zəruri və aydın hökmlərindən biridir və bütün müsəlmanlar orucun vacib olmasına inandıqları üçün ona əməl etməlidirlər. Və hər kəs orucu inkar edib, onun vacib və haqq olmasını dansa, kafir sayılar.

"Oruc” sözünün mənası

"Oruc-Saum” kəlməsi ümumilikdə, nəzərdə tutulan şeydən uzaqlaşmaq, çəkinmək (imkan) mənasındadır. Hətta danışmamağa söz vermək və ya səfərə getməkdən qalmaq da "oruc” kimi başa düşülə bilər. Buna misal olaraq Qurani-Kərimdə gəlmiş həzrəti Məryəm (ə)-ın əhvəlatını qeyd etmək olar:

Allah-Təala o pak və Müqəddəs qadını insanların əsassız təqiblərindən qorumaq üçün ona belə göstəriş verir:

فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنسِيًّ

"Beləliklə (həmin meyvədən) ye və (həmin çeşmədən) iç və (yeni doğulmuş uşağa görə) gözün aydın olsun. Camaatdan kimisə görsən (işarə ilə ona) «həqiqətən mən Rəhman olan Allah üçün (sükut) oruc (u) nəzir etmişəm, buna görə də bu gün bir insanla danşmayacağam» de.

Bu ayəyə əsaslanaraq belə nəticə almaq olar ki, oruc, təkcə yemək və içməkdən çəkinmək deyil, bütün şeylərə aid edilə bilər. Həmçinin, məntiqə sığınmayan, boş və dəyərsiz sözləri danışmaqdan çəkinmək belə "oruc” adlandırıla bilər. Lakin, müqəddas İslam şəriətində "Oruc” – müəyyən zaman daxilində (sübh azanından – Şam azanınadək) bəzi şeylərdən (Məs: yemək, içmək, cinsi əlaqə və s.) çəkinmək deməkdir.

Oruca aid Qurani-Kərimin altı sürəsində söhbət açılmışdır:

1) Əl-Bəqərə, ayə: 183, 184, 185, 187 və 196.

2) Ən-Nisa, ayə: 92.

3) Əl-Maidə, ayə 89-95.

4) Məryəm, ayə: 26.

5) Əl-Mucadilə, ayə: 4.

6) Əl-Əhzab, ayə: 35.

Bu surələrdə olan on bir ayədə orucun fəlsəfi yönünə, əhkamına, xeyir və faydalarına işarə olunmuşdur.

Orucun vacib olmasının səbəbi

Ulu Tanrı yaranmışların əfzəli olan insanı ruh və cismani vəhdətindən xəlq etmişdir. Bu tərəflər (ruh və cism) yalnız öz maraqlarını hakim tutaraq, onlara qovuşmağa cəhd göstərər. Elə isə, insanda mövcud olan cism tərəfini azad buraxsaq və onun istəklərinin qarşısında bir maneə yaratmasaq, bu təqdirdə mümkündür ki, insanın heyvani yönülü gücləndirərək, ancaq, yemək, içmək və cinsi münasibətlərin fikrinə dalmış bir "heyvan” tərbiyələndirmiş olsun. Belə bir insan şübhə yoxdur ki, mənəviyyat haqqında düşünməyəcəkdir. Ağlını, idrakını və düşüncəsini əldən vermiş nu şəxs, bəzi hallarda hətta, heyvanları da arxada qoyaraq, onlardan daha azğın olacaqdır. Yalnız bu yönə (yəni maddi tərəfə) diqqət edib, mənəviyyatı haqqında düşünməyən bir insan, nəticədə öz mənasız (aldadıcı ləzzətlər içində) keçən ömrünü başa vuraraq, "meytətəl-cahiliyyət” – yəni, şəriət qaydası ilə kəsilməyən və murdar olan bir heyvan kimi ölər. Çünki, insan yalnız yemək, içmək, gəzmək və bu kimi ləzzətlər içində həyat sürmək və ömrünün hamısını maddiyyata həsr etmək üçün yaradılmamışdır. Əslində insanın yaradılışının əsasını, onun yarısını və ya yarıdan çoxunu mənəvi tərəfi təşkil edir. Bekə ki, bu yol ilə insan mənəvi tərəfini, maddi tərəfinin və heyvani ruhunun yönəldicisi və istiqamətləndiricisi qədər vermiş olar. Məhz, buna görədir ki, bütün İlahi dinlər, o cümlədən sonuncu və ən kamil din olan İslam, insanın kamala çatması və mənəvi yüksəlişi üçün ona bir sıra əməli proqramlar (ibadətlər) təqdim etmişdir. Bu ibadətlər insana mənəvi yönünü inkişaf etdirmək üçün yardımçı olub, günü-gündən güclənməsinə müsbət təsir göstərir.

Bu əməli proqram və ibadətlərdən biri də Orucdur. Oruc – az yeyib-içmək, nəfsani ləzzətlərdən çəkinmək, Allah, Peyğəmbər, İmamlar, o cümlədən din adından yalan danışmaqdan uzaqlaşmaq, qeybət etməmək və ümumiyyətlə bütün haramları tərk etməkdir. Təcrübə ilə sübuta yetmişdir ki, az yeyib-içmək, az danışmaq və çox keyfə baş qoşmamaq, insanın ağıl, huş və zəkasını kamilləşdirər. Bu əməl həm də çətinliklər qarşısında insanın daha dözümlü olması üçün iradəsini möhkəmləndirər.

Elə buna görə də böyük əxlaq müəllimləri yalnız o təqdirdə öz tələblərinə çətin və ağır zəhmət tələb edən, ucqar şəhər, qəsəbə və kəndlərə İslamı təbliğ etmək üçün getməyə icazə verirlər ki, onlar ilk öncə təhsil aldıqları mədrəsələrdə bu çətinliklərə və bəzi məhrumiyyətlərə (az yemək və az içmək, tək başına yaşamaq, valideynlərdən uzaq olmaq, özü bişirib və paltarlarını özü yumağa) alışmış olsunlar. Bu deyilənlərə əsaslanaraq, belə nəticə almaq olar ki, müqəddas İslam dini insaların ruh və iradəsinin möhkəmlənməsi, səbr və təmkinlərinin artması məqsədi ilə heç olmazsa ildə bir ay – Ramazan ayını oruc tutmağı vacib etmişdir. Çünki, insanı xəlq edən Mütəal Allah çöx yaxşı bilir ki, adəm övladının çətinliklərə sinə gərib, müşküllərlə mübarizə aparmaq üçün, belə bir ibadətə - oruca böyük ehtiyacı vardır. Elə bu baxımdan da müqəddəs Ramazan ayında, iftardan sonra belə, çox yeyib-içməmək, cinsi məsələlərə çox bağlanmamaq və bir sıra başqa şeylərdə həddi gözləmək daha məqsədə uyğun hesab edilir. Orucun vacib olmasının fəlsəfəsilə tanış olan hər bir kəs bunu da başa düşəcək ki, oruc tutmaqla ilk öncə insanın mədə və bağırsaq sistemi müəyyən bir zaman qədərində istirahət edir və ikincisi də oruc haramlardan çəkinməyə öyrəşmək baxımından da yüksək əhəmiyyət daşıyır. Müqəddəs Ramazan ayını oruc tutub, başa vuran şəxs bu ayın sona yetməsini heç istəmir. Ona görə ki, əvvəla, o şəxs özünü sağlamlıq baxımından çox yaxşı hiss edir və ikincisi də bu ayda onun ağıl, şüür və idrakı güclənərək ruhu cisminə qalib gəlir.

Maraqlı olan budur ki, Böyük Allah oruc tutmağı və qadağan olmuş şeylərdən çəkinməyi gecədə deyil, gündüzdə vacib etmişdir. Belə ki, insan ayıq olub, hər şeyi görə -görə onlardan (əlbəttə, bəzi şeylərdən) çəkinməli olur. Bu da şübhəsiz ki, onun ruh və mənəviyyatının möhkəmlənməsinə, aclıq, susuzluq və başqa şeylərdən çəkinməyə daha dözümlü olmasına artıq dərəcədə təsir göstərəcəkdir.

Xatırladaq ki, yuxarıda deyilənlər, orucun vacib olma hikmətlərindən bəziləridir. Müqəddəs şəriətimizə görə xoşagəlməz və günah işlərdən çəkinməz fərzdir. Oruc da öz-özlüyündə bu işin (günahdan çəkinmənin) təminatçısı olduğu və bu məqsədə xidmət etdiyi üçün Uca Allah tərəfindən vacib sayılmışdır. Bu sözün həqiqət olduğunu daha aydın görmək üçün İslam şəriəti baxımından orucun bəzi insanlara vacib olmamasına nəzər salmaq olar. Müqəddəs şəriətimizdə xəstələrə, əldən düşmüş qoca insanlara oruc vacib deyildir. Niyə? Ona görə ki, artıq onların günah etmə imkanları məhdudlaşmışdır.

Xəstəlik və qocalıq nəfsani meylləri zəiflətmiş və beləliklə də günaha düşmə imkanları zəifləmişdir. Artıq belə kəslərə oruc tutmaq, başqa sözlə bu ibadətlə günahlardan çəkinmə gücünə sahib olmağa ehtiyac qalmır. Bu səbəbdən də onların üzərindən bu vəzifə götürülmüşdür.

Qeyd: Oruc, ona vacib olmayan qoca dedikdə hər qoca deyil, əldən düşmüş, zəifləmiş yaşlı insanlar nəzərdə tutulur. Oruc, ona vacib olmayan xəstə dedikdə isə, həkim tərəfindən yemək və içməkdən qalmasına icazə verilməyən şəxs nəzərdə tutulur. Əgər sonradan sağalsa, tutmadığı orucları qəza etməlidir.

Oruc hamıya vacibdir, yoxsa?...

Allah-taala Qurani-Kərimin əl-Bəqərə surəsinin 183-cü ayəsində buyurur:

Bu ayəyə nəzər saldıqda məlum olur ki, oruc, yalnız möminlərdən tələb olunmuşdur. Lakin, müqəddəs islam şəriətində vacib sayılan əməllər ancaq möminlərə deyil, həddi-buluğa çatmış hər bir insana vacibdir. Amma, bu ayədə Mütəal Allah möminlərə - Allaha və buyurduqlarına inanan şəxslərə müraciət edir. Möminlər şərəf və ləyaqət baxımından digər insanlardan fərqləndikləri üçün Allah-taala məhz onlara xitabla öz buyurduğunu bəyan edir. Bu da o demək deyildir ki, mömin olmayanlar istisnadırlar. Xeyr, oruc həddi-buluğa yetişən, ağıllı və sağlam olan bütün insanlara vacibdir. Elə isə, insan ilk öncə inanmalı – mömin olmalı, sonra isə boynunda olan vəzifələri icra etməlidir. İnanmadan yerinə yetirilən ibadətlər qəbul olunmaz. Bu vəziyyətdə orucdan insana yalnız aclıq və susuzluq qalar. Ona görə də Uca Allah, möminlərə müraciət edir. Qurani-Kərimin müxtəlif yerlərində bu növ müraciətlər möminlər üçün böyük şərəf sayılır. Belə ki, İmam Sadiq (ə) buyurur: səhifə 26

Yuxarıda qeyd etdiyimiz mübarək ayədə Uca Allahın möminlərə xitab etməsinin çox şirin olduğu üçün, yerinə yetirilən işin, yəni ibadətin ağrı-acısını və yorğunluğunu onlara unutdurur.

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Ramazan sözünün üç mənası və üç hədəfi
Ramazan sözünün üç mənası və üç hədəfi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
İman
İman
Pulla olmayan 7 sədəqə növü
Pulla olmayan 7 sədəqə növü
Qəflət cisim və nəfsdəndir.
Qəflət cisim və nəfsdəndir.
"Mövlud Günü"nün əməlləri:
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
Məhərrəmlik ayında toy etmek olar? Aşura günü oruc tutmaq olar? Səfər ayı niyə ağır aydır?
"Vəli” kəlməsi
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Zilhəccə ayının əməlləri (“Əyyamun məlumat”) nə deməkdir
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Böyük oruc neməti
Böyük oruc neməti
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
«Ramazan»ın mə`nası
«Ramazan»ın mə`nası
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
ISLAM QARDAŞLIĞI
ISLAM QARDAŞLIĞI
DÖRD MÜHÜM VƏZİFƏ
DÖRD MÜHÜM VƏZİFƏ
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
Qiyamətdən sonra Yer üzündə yaşayacaq nəsil
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrənin şübhəli kimliyi (Nəticə)
Əbu Hureyrə gülməli insan idi
Əbu Hureyrə gülməli insan idi
“Nə çox hədis danışırsan” tənəsi:
“Nə çox hədis danışırsan” tənəsi:
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
İbadətdə monoteizm peyğəmbərlik dəvətinin əsasıdır.
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
“ Vəli ” kəlməsi şəriətdə:
“ Vəli ” kəlməsi şəriətdə:
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Lütfən bu aşağıda yazılan “Nur” surəsinin 60-cı ayəsini mənim üçün izah edərdiz
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler