sitename
sitename

Məhərrəm ayının 1-ci günü

1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması

2. "Şebi - Əbi Talib” hadisəsi
3. Zəkatın ilk toplandığı gün
4. "Zatür-rüqa” müharibəsi
5. Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
7. Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı

1. Ali-Məhəmmədin (s) hüznlü günlərinin başlanması
Məhərrəm ayının ilk  günü, Əhli-beytin (ə) hüzn ayının ilk günüdür. O gün bütün peyğəmbərlər və mələklər Əhli-beytin (ə) sevənlər və ardıcılları hüznlüdür. Rəvayətdə deyilib:  Hər il Məhərrəmin ilk günündən aşura günündək Şəhidlər ağasının parça-parça olmuş köynəyi Allahın ərşindən asırlar və bütün aləmi qəm bürüyür. (Xəsaisüs-zeynəbiyyə, s.)
Məhərrəm imam Rzanın (ə) kəlamında
Rəyyan ibn Şəbib deyir: "Məhərrəmin ilk günü  İmam Rzanın (ə) xidmətinə müşərrəf oldum. Həzrət  söz əsnasında buyurdu: Ey Şəbibin oğlu! Cahiliyyət dövrünün ərəbləri məhərrəm günlərində müharibəni haram bilirdi. Ammma bu ümmət məhərrəm ayının aradan qaldırdılar və Peyğəmbərin (s) ehtiramını saxlamadılar. Bu ayda bizim qanımızı halal bilib bizim hörməti sındırdılar. Bizim övladlarımzı və qadınlarımızı əsir etdilər. Bizim yudumuza od vurub malımızı qarət etdilər.  Allahın Rəsuluna (s) görə (Onun adına görə) bizə hörmət etmədilər. Həqiqətən aşura günü bizim ürəyimizi yandırdılar, (ağlamaqan) kipriklərimiz yara bağladı, gözümüzün yaşını axıtdılar. Bizim əzizimizi Kərbəla torpağında (hörmətsizlik edib) kiçik sayıb, bizim üçün möhnət və bəla qiyamətədək  (ondan) irs qaldı.
Ey Şəbibin oğlu! Əgər (bir şeyə) ağlamaq istəsən Əli oğlu Hüseynə (ə) ağla! Ona görə ki, qoyunun başını kəsirmiş kimi onu öldürdülər. O həzrətlə birikdə onun evindən on yeddi nəfərini şəhədətə çatdırdılar ki, onların yer üzündə bənzəri yox idi. Onların şəhadətində yeddi göy  və yer ağladı. Aşura günü dörd min mələk o həzrətin qələbəsi üçün gəlib gördülər ki, o şəhid olub. Ona görə də qəm-qüssəli halda onun pak qəbrinin ətrafına (təyin oldular) məskunlaşdılar ki, həzrət Qaim (əc) zühur edəndə onun "Ya Saratəl-Hüseyn” şüarına səs verib  köməyinə tələssinlər. 
Ey Şəbibin oğlu! Bizimlə cənnətin yüksək dərəcələrindən olmaq istəsən bizim qəmimizəd qəmgin, bizim şadlığımızda şad ol! Bizi sevməyi və məhəbbətimizi tapşırıram sənə. Əgər bir şəxs bir daşı da sevsə Allah taala sabah qiyamət günü onu o daşla məşhur edəcək.  ( Üyuni-əxbarür-Rza (ə) c.2, səh. 268, -Biharül-ənvar, c. 44 səh. 285)
2. "Şebi - Əbi Talib” hadisəsi
Peyğəmbərin Peyğəmbərliyə (s) təyin olduğu beşinci gün İslamın gün-gündən nüfuzunun çoxalması ilə bağlı Qüreyş  kafirləri qərara aldılar ki, əlbir olub Peyğəmbəri-Əkrəmi (s) qətlə yetirsinlər. Əbu Talib (ə) bu bədxah qərardan xəbərdar olduqan sonra Peyğəmbərin (s) canının qorumaq üçün Bəni-haşimi qadın və uşaqları ilə birlikdə "Əbu Talib Şeb”-i tanınan dərəyə köçürdü. O böyük şəxsin qiymətli övladları gecə-günüz pərvanə kimi Peyğəmərin (s) vücudunun şəmi ətrafında dolanırdı. Onların böyük səyi Qureyş kafirlərinin peyğəmbəri (s) öldürmək cəhdini nəticəsiz etdi. Ona görə də onlar Darün-nüdvə -də bir tolanıb bir məclis təşkil etdilər. Orda bir müqavilə yazıb müsəlmanlarla hər növ müamiləni, alış-veriş, nikah və ünsiyyəti qadağan etdilər. Onlara, mümkün olan hər bir vasitə ilə peyğəmbərin (s)  öldürülməsinə razı olub onu kafirlərə təhvil verməsi üçün müsəlmanlara təzyiq göstərirdi. Peyğəmbər (s) və müsəlmanların Şebi-Əbu Talib -də mühasirəsi çox ağır və dözülməz keçirdi. Şebi-Əbu Talibin ətrafında məskun olanlar, gecələr Bəni-Haşim uşaqlarının aclıqan ucalan səslərini eşitdi. İki ildən bir neçə ay keçdikdən sonra Allahın əmri ilə qarşıqalar o müqaviləni təkcə orada yazılmış Allahın adı istisna olmaqla bütünlüklə yeyib aradan qaldırdılar. Həzrət Əbu Talib (ə)  müşriklərə o möcüzəni xəbər verdi. Onlar çarəsiz qalıb müsəlmanaları mühasirədə saxlamaq və onları incitməkdən yayındılar. Beləliklə müsəlmanlar öz evlərinə qayıtdılar. (Muntəhayül-amal, 1-ci bölmə, 6-cı fəsil, səh.72)   
3. Zəkatın ilk toplandığı gün 
Tarixin bu təqvimindən Peyğəmbəri-əkrəm (s) zəkat toplamaq üçün təyin etdiyi şəxsləri Mədinə ətrafına göndərdi. Bu iş, çətin və ağır anlarda ehtiyaclılarla birlik,  onların dərdinə şərik olmaq və çarəsizlər üçün bir ümid nəsimi  idi.  
4. "Zatür-rüqa” müharibəsi
Hicri təqvimi ilə 4-cü il, Qüreyş kafirləri Mədinə ətrafında olan qəbilələri, o şəhəri mühasirəyə almaq üçün  sövq etdilər. İslamın əziz peyğəmbəri (s) 400 (digər bir nəqlə əsasən 700) nəfərlə birlikdə, onlarla üzləşmək üçün Mədinədən xaric oldu. Üç  gün onlarla müharibə etdi. Onlardan gələn təhlükə dəf olunduqdan sonra həzrət (s) bu hadisəyəyə görə "xöfv” namazı qıldı. (Kəmal ibn Əsir. c. 2, səh 172).  
5. Həzrət Hüseynin (ə) karvanının Bəni Məqatilin qəsrinə çatması
Tarixə əsasən hicir təqvimi ilə 61-ci il, məhərrəmin ilk günü  imam Hüseynin (ə) karvanı Kərbəla səfəri zamanı yolda Bəni Məqatilin qəsrinə çatdı. Orada Übeydullah ibn Hürr Cofi ilə görüşüb onu köməyə dəvət etdi. O, imam Hüseynin (ə) dəvətini qəbul etmədi. Lakin bu üzdən həmişə xəcalət çəkib peşmanlıq odunda yanırdı. Nəhayət məhz bu halla dünyadan köçdü. (Əl-irşad, c.2, səh. 81)
6. Mədinə xalqının Yəzid əleyhinə qiyamı
Hicri təqvimi ilə 63-cü ildə Mədinə xalqı, Əbdullah ibn Hənzəlinin başçılığı ilə Yezid hakimiyyətinə əleyhinə qiyama qalxıb Mədinədə sakin olan əməviləri şəhərdən xaric etdi. O qiyamın xəbəri Şam ordusuna çatdı. Şam qoşunu şəhərə hücum etdi və ağrılı "hərrə” faciəsi baş verdi.
7. Əmirəlmömininin (ə) övladı Məhəmməd ibn Hənəfiyyənin vəfatı
Hicri təqvimi ilə 81-ci il, məhərrəm ayının ilk günü,  Məhəmməd ibn Hənəfiyyə Əbdülməlik ibn Mərvannın hakimiyyətdə olduğu dövrdə 65 yaşında ikən vəvat etdi və Bəqi məzarlığında dəfn olundu. Bəzilrinin fikrincə o, ömrünün sonlarında Əbdüllah ibn Zübeyrin fitnəsindən  xilas olmaq üçün Tayifə qaçıb və orada dünyasını dəyişıb. Bəzi rəvayətlərə əsasən Allahın Rəsulu (s) Məhəmmədin doğumunu Əmirəlmömininə (ə) müjdə verib öz adını və ləğəbini ona əta etdi.
Məhəmməd ibn Hənəfiyyə bilikli, şücaətli və güclü kişi idi. Nəql olunub ki, həzrət Əlinin (ə) hüzuruna müəyyənı sayda zireh gətiriləndə, zirehlədən biri adi ölçüdən uzun idi. Məhəmməd zirehin aşağısını yığıb, atasının nişanladığı yerdən tutdu və dəmirdən olan o zirehin ətəyini (ipək) parça kimi qoparıb qısaltdı. (Muntəhayül-amal, 3-ci bölmə, 6-cı fəsil, səh.263)

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
Bu gün İmam Sadiqin (ə) şəhadət günüdür
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
İmam Hüseyn (ə) üçün ağlamağın fəzilətləri
HƏRƏMİN ASTANASINDA
HƏRƏMİN ASTANASINDA
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
Məhərrəm günlərində əzadarlıq mərasimlərinin keçirilməsinin əsas mahiyyəti
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
2016-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
Kərbəla ələmdarı -həzrət Abbas Əbəlfezlin həyatına baxış
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Ayatullah Şeyx Cavad Nardarani Molla Talib oğlu Qafqaz məntəqəsinin böyük alimlərindən olub
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Cəmadius-sani ayının 13-ü Həzrət Ümmul Bəninin (s.ə) vəfatı.
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Peyğəmbəri-əkrəmin (s) həzrət Xədicə (ə.s) ilə izdivacı
Rəbiül-əvvəl ayının 9-cu günü
Rəbiül-əvvəl ayının 9-cu günü
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
Kərbəla şəhidlərinin cənazəsini kim dəfn etdi?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Mübahilə günü
Mübahilə günü
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
QƏDİR-XÜMDƏ NƏ BAŞ VERİB? (qısa məlumat)
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Həzrət Müslüm ibn Əqil (ə) və Hani ibn Ürvənin (ə) şəhadəti
Zi-hiccə ayının 9-cu günü
Zi-hiccə ayının 9-cu günü
Həzrət Əli (ə) və həzrət Zəhranın  (ə.s) nigahı ( sevənlər günü)
Həzrət Əli (ə) və həzrət Zəhranın (ə.s) nigahı ( sevənlər günü)
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İslamın əziz Peyğəmbərinin (s) be`səti
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
25 fevral - 6 cəmadil-əvvəl - Cəfər Təyyarın şəhadət günüdür
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayında əlamətdər günlər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler