sitename
» » » Orucun kəffarəsinin hökmləri
Saytın xəritəsi Saytın xəritəsi
sitename

Orucun kəffarəsinin hökmləri

: Ramazan ayının orucunun kəffarəsi kimi iki ay oruc tutmaq istəyən bir kəs, vacib ehtiyata əsasən, onun 31 gününü ardıcıl tutmalıdır. Lakin, yuxarıda qeyd etdiyimiz 18 günlük orucu ardıcıl olaraq tutması lazım deyil.

Əgər ardıcıl oruc tutmalı olan günlər arasında üzürsüz olaraq fasilə salsa, (orucların) hamısını əvvəldən başlamalıdır. Lakin, heyz, nifas kimi üzr, yaxud getməyə məcbur olduğu bir səfər qarşıya çıxsa, üzrü aradan getdikdən sonra davam etdirə bilər və yenidən başlaması lazım deyil.

Əgər bir şəxs öz orucunu haram şeylə batil etsə, vacib ehtiyata əsasən, kəffarəsini cəm halda verməlidir. Yəni həm bir qul azad etməli, həm iki ay oruc tutmalı, həm 60 fəqiri doyuzdurmalıdır (yaxud da onların hər birinə bir müdd-750 qram miqdarında olan yemək verməlidir). Əgər hər üçünü yerinə yetirmək imkanı olmazsa, mümkün olan qədərini yerinə yetirməlidir (İstər bu şey haram olsun şərab, zina kimi və istərsə öz arvadı ilə heyz halında yaxınlıq etmək kimi olsun).

Əgər oruc tutan şəxs Allah Peyğəmbər (səlləllahu əleyhi alihi səlləm)-in adından yalan danışsa, cəm kəffarəsi deyil, bir kəffarə verməsi kafidir.

Əgər oruc tutan şəxs ramazan ayının bir günündə bir neçə dəfə cima etsə, ona bir kəffarə vacibdir. Əgər onun ciması haram olsa, bir cəm kəffarəsi və həmçinin, əgər bir gündə bir neçə dəfə orucu batil edən başqa işləri yerinə yetirsə, hökmü eynidir.

Əgər oruc tutan şəxs orucunu halal şeylə batil edib, sonra isə orucu batil edən haram bir görsə, vacib ehtiyata əsasən, hər biri üçün bir kəffarə verməlidir.

Oruc tutan şəxs gəyirdiyi halda ağzına gələn şeyi udmamalıdır. Əks təqdirdə orucu batil olar, qəza və kəffarəsi var. Lakin, cəm kəffarəsi lazım deyil.

Əgər bir şəxs müəyyən gündə Allah yolunda oruc tutacağını nəzir etsə həmin günü bilərəkdən oruc tutmasa və yaxud öz orucunu batil etsə, kəffarə verməlidir (Onun kəffarəsi ramazan ayının kəffarəsi kimidir).

Əgər etimadsız bir şəxsin "qürub olmuşdurdeməsi ilə iftar etsə və sonra mə’lum olsa ki, qürub olmamışdır, ona qəza və kəffarə vacibdir.

Əgər orucunu bilərəkdən batil edib sonra səfərə çıxsa, kəffarə üzərindən götürülmür. Lakin, bilərəkdən orucunu batil etsə sonradan heyz, nifas yaxud xəstəlik kimi üzr qarşısına çıxsa, ona kəffarə vacib deyil.

Əgər ramazan ayının birinci günü olduğunu yəqin edib, qəsdən orucunu batil etsə sonradan şəban ayının axırı olması lum olsa, ona kəffarə vacib deyil.

Həmçinin əgər bir şəxs ramazanın axırı, yaxud şəvvalın əvvəli olduğunda şəkk etdiyi halda qəsdən orucunu batil etsə sonradan bayram günü olduğu lum olsa, kəffarəsi yoxdur.

Əgər oruc tutan şəxs ramazan ayında özünün oruc tutmuş arvadı ilə cima etsə, əgər onu məcbur edibsə, həm özünün, həm arvadının kəffarəsini verməlidir. Amma əgər o cimaya razı olsa, hər birinə bir kəffarə vacib olur. Əgər orucu batil edən digər şeylərə məcbur etsə, günah etmişdir, amma kəffarə isə heç birinə vacib deyil. Lakin, orucunu yeyən şəxs qəzasını tutmalıdır.

Oruc tutan qadın, oruc tutmuş ərini cimaya məcbur etdiyi halda yalnız bir kəffarə ona vacibdir və ərinin kəffarəsini verməsi lazım deyil.

: İlk halda cima etməyə məcbur edilən, lakin cima əsnasında bu işə razı olan qadının əri, vacib ehtiyata əsasən, iki kəffarə verməlidir. Qadına isə yalnız qəza vacib olur.

Səfərdə olmaq ya xəstəlik səbəbi ilə oruc tutmayan bir şəxs arvadını cimaya məcbur edə bilməz. Amma məcbur etsə günah etmişdir, lakin onun da kəffarəsini verməsi lazım deyil.

Kəffarənin dərhal verilməsi lazım deyil. Lakin, "səhlənkarlıq edirdeyiminə səbəb olmamalıdır.

Kəffarəni ödəməməyin üstündən neçə ilin keçməsinə baxmayaraq heç nə ona əlavə olunmaz.

Orucun kəffarəsi üçün 60 fəqirə yemək verməyi seçən bir şəxs hər birinə bir müdd (təqribən, 750 qm) yemək verməlidir. Bir neçə nəfərə bir müdd- 750 qm (yemək) verə bilməz. Lakin, 60 fəqiri tapmadığı zaman bu işi görə bilər. Həmçinin, fəqirin yeməyi öz ailəsinə aparıb onlarla birlikdə yediyini yəqin etdiyi zaman ona ailə üzvlərinin hər biri üçün, hətta azyaşlı olsalar belə, bir müdd-750 qm yemək verə bilər.

Ramazan ayının orucunun qəzasını tutan bir şəxsin zöhrdən sonra orucunu batil etməsi caiz deyil. Bu işi bilərəkdən gördüyü halda isə 10 fəqirin hər birinə bir müdd – 750 qm yemək verməlidir. Bunu bacarmadığı halda üç gün ardıcıl oruc tutmalıdır.

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
ORUC TUTMAQDA MƏQSƏD
ORUC TUTMAQDA MƏQSƏD
Oruc tutmağın 42 faydası
Oruc tutmağın 42 faydası
Oruc tuta bilməyən şəxslər
Oruc tuta bilməyən şəxslər
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
İftar süfrəsini sadə və daha çox insanları dəvət etməklə açmaq olar - ilahiyyatçı
Müsafir şəxsin orucunun hökmləri
Müsafir şəxsin orucunun hökmləri
Orucun vacib olması
Orucun vacib olması
Oruc ilə qısa bir tanışlıq
Oruc ilə qısa bir tanışlıq
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Azmağin üç əlaməti var
Azmağin üç əlaməti var
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
ONUNLA XOŞBİNLİYİNİN MİQDARI QƏDƏR RƏFTAR OLUNACAQ
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
AŞURA ORUCU: müstəhəb yoxsa məkruh?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Ayat namazının hökmləri
Ayat namazının hökmləri
Fitrə zəkatı
Fitrə zəkatı
Fitr bayramı haqqında bilmədiklərimiz
Fitr bayramı haqqında bilmədiklərimiz
Nə üçün Allah orucu 30 gün vacib edib?
Nə üçün Allah orucu 30 gün vacib edib?
Oruc tutan şəxsə məkruh olan işlər
Oruc tutan şəxsə məkruh olan işlər
Qəza və kəffarə vacib olan yerlər
Qəza və kəffarə vacib olan yerlər
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
İnsanın özünü tərbiyəsi ilə bağlı 5 üsul
Nəfsin saflaşdırılmasında orucun rolu
Nəfsin saflaşdırılmasında orucun rolu
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
İmam Rzanın (ə) Ramazan ayı ilə bağlı on göstərişi
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Mübarək Ramazan ayına hazırlaşmaqla bağlı 5 məsləhət
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Şaban ayının əməlləri
Şaban ayının əməlləri
Əyyamul-biz gecəsinin əmələri
Əyyamul-biz gecəsinin əmələri
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Rəcəb ayının əhəmiyyəti nədir və onda hansı əməllər vardır?
Ayət namazını vacib edən şəri səbəblər
Ayət namazını vacib edən şəri səbəblər
Qadının iddəsi :
Qadının iddəsi :
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Mövlüd təbtiki və bu günün əməlləri:
Mövlüd təbtiki və bu günün əməlləri:
Ramazan ayına məxsus əməllər
Ramazan ayına məxsus əməllər
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
Xəstəlik üzündən və səfərə çıxdığıma görə tutmadığım orucların qəzasını nə zaman tutmalıyam və gecikdirdiyimə görə hansı şərtlər daxilində kəffarə verməliyəm ?
NAMAZIN Qılınma qaydası
NAMAZIN Qılınma qaydası
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler