sitename
» » » İmam Məhəmməd Təqi(ə)nin şəhadət günüdür
Saytın xəritəsi Saytın xəritəsi
sitename

İmam Təqi (ə.s.) hicrətin 195-ci ilində İmam Rza (ə) ilə Səbikə xanımın ailəsində dünyaya göz açıb. İmamın anası xanım Səbikə Peyğəmbərin (s) xanımı Mariyya Qibtiyyə ilə bir nəsildən olub və böyük mənəviyyat sahibi idi.


İmam  Rzanın (ə) uzun illər övladı olmaması onun tərəfdarlarını imamət barədə tərəddüdə  salmışdı. İmamın 40-dan artıq yaşı olanda onun yeganə oğlu Məhəmməd anadan oldu. İmam Rza (ə) xəlifə Məmun tərəfindən zəhərləndiriləndə İmam Məhəmməd Cavadın (ə) 8 yaşı var idi. Həzrət Cavadın (ə) bu yaşda imam olması imamət tərəfdarlarını yenidən çaşqınlığa düçar etdi. Yalnız səhih rəvayətlər və İmam Cavadın (ə) sonsuz elm və hikməti bu şübhələri də aradan qaldırdı. İmam Cavad (ə) təqribən 25 yaşında ikən xəlifə tərəfindən məcburən Mədinədən Bağdada köçürülmüş və Mötəsimin göstərişi ilə zəhərləndirilmişdir.  Şəhid edilmiş İmam Muhəmməd Təqi (ə) babası İmam Museyi-Kazimin yanında Kazimeyndə (Bağdad yaxınlığı) dəfn edilib.

9-cu İmam Muhəmməd Cavad ət-Təqi (ə) və 10-cu İmam Əli Hadi  Əhli-beyt tarixinin ən ağır günlərində, Abbasi xəlifələrinin Peyğəmbər (ə) nəslinə qarşı zülmünün geniş vüsət tapdığı bir zamanda ümmətə başçılıq ediblər. Xilafət qəsb olunduğu gündən Peyğəmbər (s) xanədanı bu qədər çətinliklə üzləşməmiş, bu qədər təqibə məruz qalmamışdı. Eyni zamanda, onların 50 il imaməti müddətində xilafətə qarşı qiyamların sayı çoxalmışdı. Belə bir şəraitdə xəlifələrə müxalif Əhli-Beyt İmamlarının (ə) boynuna olduqca ağır vəzifə düşürdü.


Mə᾽mun imam Rza əleyhissalamı zəhərləyəndən sonra çox çalışdı ki, camaatın içində imamın öz əcəlilə öldüyünü yaysın, lakin getdikcə hiyləsi aşkara çıxdı şiələr və ələvilər Mə᾽munun bu cinayətini başa düşdülər. Elə buna görə də hər tərəfdə Mə᾽munun əleyhinə üsyanlar baş qaldırdı.

Mə᾽mun üsyanların qarşısını almaqdan ötrü imamın oğlunu Mədinədən Xorasana gətirdərək qızı Ümmü Fəzli o həzrətlə evləndirmək istəyirdi. Abbasilər bu işə mane olmağa cəhd etdilər. Lakin Mə᾽mun qəbul etməyib dedi: Siz onu tanımırsınız. Әgər tanısaydınız məndən Allahın ən yaxşı bəndəsi və xalqın ən biliklisini öz kürəkənim olaraq seçməyə mane olmazdınız. Siz onu imtahan edə bilərsiniz, əgər sualınızın cavabını verib sizi məhkum etsə, daha heç bir söz deməyib istəyinizdən vaz keçin, yox əgər cavabınızı verə bilməsə, mən sizin istəyinizi qəbul edib qızımı ona vermərəm.


1. Mə᾽mun bu evlilikdən siyasi bir hədəf güdürdü. Çünki, qızını imamın evinə göndərməklə o həzrəti nəzarət altına salmaq və gördüyü işlərdən xəbərdar olmaq istəyirdi. Tarixin yazdığına görə Mə᾽munun qızı bu öhdəliyini layiqincə yerinə yetirirmiş.


2. Bu izdivacla əlaqədar imamı əyləncə və kef məclislərinə də᾽vət etmək və beləliklə də xalqın gözündə onun dəyərini aradan aparmaq istəyirdi. Hətta imamın toyunda gözəl simalı kənizləri belə məcbur etmişdi ki, imamın qabağında oxuyub oynasınlar, lakin həzrət (ə) fəryad edib özündən uzaqlaşdırmışdı.

İmam Cavad əleyhissəlamın dostlarından olan Hüseyn Məkkari deyir: "Bir gün Bağdadda İmam Cavad əleyhissəlamın hüzuruna gedib güzəranı ilə tanış oldum. Fikirləşdim ki, artıq İmam (ə) rifahlı həyata nail olduğu üçün daha o Həzrət doğma vətəni Mədinəyə qayıtmaz. O Həzrət bir anlığa başını aşağı saldı. Başını qaldırdıqdan sonra rəngi qəm-qüssədən saralmış halda mənə buyurdu: "Hüseyn, Peyğəmbər (s) şəhəri Mədinədə bir parça quru çörəklə duz yemək mənim üçün burada gördüyündən daha yaxşıdır


3. Mə᾽mun istəyirdi ki, qızının imamlıq məqamına çata biləcək bir oğlu olsun və beləliklə özü də bir iftixar sahibinə çevrilsin.

Mə᾽mun qabaqkı rəhbərlərdən dünya hökumətini təşkil edəcək on ikinci imamın bu imamın nəslindən olacağını eşitmişdi. Lakin Mə᾽munun qızının övladı olmadı.

İmam Cavad əleyhissalamın zamanında şərait çox pis olduğundan olduqca az tələbə yetişdirildi. Imamın görkəmli tələbələrindən bə᾽zisi bunlardır:


1. Әli ibni Məhziyar: O, imamın xüsusi dostlarından idi, pak və zahid bir kişi sayılır, Әhvazda yaşayırdı. Әhli-beyt əsərlərini ehtiva edən təqribən 30 kitab ondan yadigar qalmışdır. Məhziyar a elə bir yüksək məqama çatdı ki, imam onun haqqında belə yazdı: «Allahın adı ilə. Ey Әli! Allah sənə yaxşı bir mükafat verəcək, səni öz cənnətində yerləşdirəcək və iki aləmin ne᾽mətlərindən faydalandıracaqdır. Mən xeyirxahlıq və xidmətdə sənin kimi olan kimsəni görməmişəm».

2. Әbunəsr Bəzənti: O, Kufədən idi  və imamın xüsusi əshabından sayılırdı. Onun fiqhi və elmi məqamını bütün şiə alimləri qəbul edirdilər. Bu, imam Rzanın hüzuruna yetişən və imamın ona xüsusi hörmət bəslədiyi şəxsdir.


3. Zəkəriya ibni Adəm: Qum əhalisindən və imamın dəyərli əshablarından biri idi. Qəbri Qum şəhərindədir.

O, imamın haqqında dua etdiyi və vəfalı dostu olaraq tanıtdığı şəxsdir. Әshabından birisi «mənim yolum uzaqdır, buna görə də din əhkamını sizdən soruşa bilmirəm» - dedikdə, imam (ə) buyurmuşdu: «Din və dünya işlərində mənim əminim olan Zəkəriya ibni Adəmlə məsləhət et».

Hicrətin iki yüz on səkkizinci ilində  Mə᾽mun Misirdən qayıdarkən yolda xəstələndi və Rəqqa adlı məntəqədə dünyasını dəyişdi. Onun ölümündən sonra  qardaşı Mö᾽təsim onun yerində oturdu və imam Cavad (ə)-ı Mədinədən Bağdada gətirdi ki, o həzrəti yaxından nəzarət altında saxlaya bilsin.  O, İmam Cavad əleyhissəlamı öz nəzarəti altında saxlamaq məqsədi ilə hicrətin iki yüz iyirminci ilində o Həzrəti Mədinədən Bağdada gətizdirir. İmam (əleyhissəlam) Bağdada gəldikdən sonra Mötəsimin, oğrunun əlinin haradan kəsilməsi barədə təşkil etdiyi məclisdə iştirak etmişdi. Həmin məclisdə Bağdad qazısı (İbn Əbu Duad) və başqaları (səhv fətva verdiklərinə görə) rüsvay olmuş, bundan bir neçə gün sonra İbn Əbu Duad həsəd və paxıllığı nəticəsində xəlifənin hüzuruna gəlib demişdir: "Mən xeyirxahlıq məqsədi ilə sənə xəbərdarlıq edirəm ki, bir neçə gün bundan qabaq baş vermiş hadisə sənin hökumətinin xeyrinə deyil. Çünki sən bütün hökumət alimləri və yüksək rütbəli nümayəndələrin hüzurunda (İmam) Cavad əleyhissəlamın verdiyi fətvanı başqalarının fətvasından üstün tutdun. Halbuki müsəlmanların yarısı onu əsl xəlifə səni isə onun haqqını qəsb etmiş bilirlər. Bu xəbər bütün camaat arasında yayılaraq onun haqq olduğuna qəti bir sübut olmuşdur.”


Qəlbində İmam Cavad əleyhissəlama qarşı düşmənçilik kin-küdurəti bəsləyən Mötəsim onun sözlərindən bərk narahat olaraq İmam əleyhissəlamı öldürmək fikrinə düşdü. Nəhayət  öz çirkin məqsədini həyata keçirib İmam Cavad əleyhissəlamı vəzirlərindən birinin katibi vasitəsilə zəhərləyib şəhid edir. İmam Cavad (əleyhissəlam) şəhid olarkən mübarək ömründən cəmi iyirmi beş il və bir neçə ay keçmişdi.

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Zeydi məzhəbindən olan Qasim ibn Əbdürrəhman İmam Cavad (ə) nə soruşdu?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Cümə namazı haqqında 40 hədis
Cümə namazı haqqında 40 hədis
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əhməd ibn Musa (Şah Çiraq) haqqında
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Həzrət Əbülfəzl Abbasın (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
Şəhidlər ağası İmam Hüseynin (ə) təvəllüdü
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Kazim əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əli (əleyhissəlam) Peyğəmbər qucağında
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
İmam Hadinin (ə) təvəllüdü
İmam Hadinin (ə) təvəllüdü
İmam Baqirin (ə) təvəllüdü günü
İmam Baqirin (ə) təvəllüdü günü
Qunutda dünyasını dəyişən Ayətullah
Qunutda dünyasını dəyişən Ayətullah
Ayətullah Xameneinin tərcümeyi-halı
Ayətullah Xameneinin tərcümeyi-halı
ZİKR VƏ ALLAHI YAD ETMƏK
ZİKR VƏ ALLAHI YAD ETMƏK
QEYBƏT VƏ EYB AXTARMAQ
QEYBƏT VƏ EYB AXTARMAQ
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrə və əməvi hakimiyyəti
Əbu Hureyrənin əvvəli və sonu:4
Əbu Hureyrənin əvvəli və sonu:4
Yuxunun Şərhi
Yuxunun Şərhi
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
BU gecə 7-Cİ İMAM MUSEYI - KAZIM (ə) –İN QİZİ XANİM MƏSUMƏNİN (ə) VƏFAT GECƏSİDİR.
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
İSLAM ÜMMƏTİNDƏ PARÇALANMANIN SƏBƏBLƏRİ (1)
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın yeddi cəhətli fəaliyyəti
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə  məlumat
İmam Həsən Əskəri əleyhissəlamın həyatı barədə məlumat
“Rəbiül-əvvəl” ayının 1-ci günü
“Rəbiül-əvvəl” ayının 1-ci günü
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
Peyğəmbərimiz (s) vəfat edib, yoxsa şəhid olub?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Məhərrəm ayının əməlləri
Məhərrəm ayının əməlləri
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
İmam Hüseynin (ə) qırxı (ərbəin) bitdikdən sonra niyə daha 10 gün də matəm saxlayırlar? Həmin 10 günün Kərbəla faciəsi ilə əlaqəsi varmı?
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Salavatın fəziləti
Salavatın fəziləti
Həzrət Zeynəb (ə.s)
Həzrət Zeynəb (ə.s)
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Əmirəl-mö’minin Həzrət Əli əleyhissəlamın həyatı barədə qısa mə’lumat
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler