sitename
sitename

Şiə etiqadına əsasən, İmam Həsən Əskərinin (ə) oğlu İmam Mehdi (ə) İslam Peyğəmbərinin (s) on ikinci canişinidir.İmam Mehdi (ə.c) kimdir? Adı "Muhəmməd”, künyəsi "Əbülqasim”, ləqəbi "Mehdi”, "Sahibəzzaman”, "Qaim”, "Bəqiyyətullah" və "Huccət"dir.

O həzrət 255-ci hicri-qəməri ilində dünyaya gəlmiş, hal-hazırda yaşayır və min ildən çox yaşı vardır. Həyatda olmağına baxmayaraq, gözlərdən gizlidir və elə bu dünyada təbii həyat sürsə də, heç kim onu tanımır. Lakin bəzi İslam firqələrinin etiqadına əsasən, Mehdi (ə) İslam Peyğəmbərinin (s) nəslindən olduğu halda, axır zamanda dünyaya göz açacaqdır. Həmin firqələr onun böyük qeyb dövründə yaşaması və uzunömürlü olmasına etiqadlı deyillər. Əlbəttə, əhli-sünnənin bir qrupu da onu İmam Həsən Əskərinin (ə) oğlu hesab edir.

İmam Zamanla (ə) bağlı əhli-sünnə rəvayətləri də, əksərən, ümumi xarakter daşıyır. "Mehdi ləqəbli şəxs Peyğəmbərin (s) nəslindəndir və adı (Muhəmməd) o həzrətin adı ilə eynidir...” – ifadəsi ilə nəql olunan rəvayətləri istisna etməklə, bütün rəvayətlərdə o həzrətin atası və əcdadının adı nəql olunmuşdur və şiə əqidəsi ilə tamamilə uyğun gəlir. Aşağıdakı iki rəvayəti buna misal çəkə bilərik:

1. Məşhur əhli-sünnə alimi Şeyx Süleyman Qunduzi "Yənabiul-məvəddət” kitabında "Fəraidus-səmteyn” kitabına istinadən İbn Abbasdan belə nəql edir: "Bir nəfər yəhudi İslam Peyğəmbərinin (s) hüzuruna gəlib İslam və onun təlimləri haqqında müxtəlif suallar verdi və sualların cavablarını öyrəndikdən sonra qəlbi iman nuru ilə işıqlanıb müsəlman oldu. Onun soruşduğu suallardan biri də budur:

أخبِرني عَن وَصِيِّكَ مَن هُوَ؟ فَما مِن نَبِيٍّ إلاّ ولَهُ وَصِيٌّ، وإنَّ نَبِيَّنا موسَى بنَ عِمرانَ أوصى إلى يوشَعَ بنِ نونٍ

"Mənə vəsi və canişinlərinin kimlər olduğu barədə xəbər ver. Elə bir peyğəmbər yoxdur ki, onun canişini olmasın. Bizim peyğəmbərimiz Musa ibn İmran da özünə Yuşə ibn Nunu canişin seçmişdir.”

Peyğəmbər (s) buyurdu:

إنَّ وَصِيّي والخَليفَةَ مِن بَعدي عَلِيُّ بنُ أبي طالِبٍ(ع)، وبَعدَهُ سِبطايَ الحَسَنُ ثُمَّ الحُسَينُ، يَتلوهُ تِسعَةٌ مِن صُلبِ الحُسَينِ، أئِمَّةٌ أبرارٌ

"Həqiqətən, məndən sonra xəlifə Əli ibn Əbu Talib (ə), ondan sonra iki nəvəm – Həsən və Hüseyn, sonra Hüseynin nəslindən olan doqquz ləyaqətli imamdır.”

Yəhudi Peyğəmbərdən (s) onların adlarını çəkməyi xahiş etdikdə, Həzrət buyurdu:

نَعَم، إذا مَضَى الحُسَينُ فَابنُهُ عَلِيٌّ، فَإِذا مَضى عَلِيٌّ فَابنُهُ مُحَمَّدٌ، فَإِذا مَضى مُحَمَّدٌ فَابنُهُ جَعفَرٌ، فَإِذا مَضى جَعفَرٌ فَابنُهُ موسى، فَإِذا مَضى موسى فَابنُهُ عَلِيٌّ، فَإِذا مَضى عَلِىٌّ فَابنُهُ مُحَمَّدٌ، ثُمَّ ابنُهُ عَلِيٌّ، ثُمَّ ابنُهُ الحَسَنُ، ثُمَّ الحُجَّةُ ابنُ الحَسَنِ، فَهذِهِ اثنا عَشَرَ إمامًا عَدَدَ نُقَباءِ بَني إسرائيلَ،

"Bəli, Hüseyndən sonra oğlu Əlidir. Əlidən sonra oğlu Muhəmməddir. Muhəmməddən sonra oğlu Cəfərdir. Cəfərdən sonra oğlu Musadır. Musadan sonra oğlu Əlidir. Əlidən sonra oğlu Muhəmməddir. Ondan sonra oğlu Əli, ondan sonra onun oğlu Həsən və ondan sonra isə Höccət ibnil-Həsəndir. On iki imam bunlardır və onların sayı İsrail oğullarının öndərləri qədərdir.”

Yəhudi soruşdu:

فَأَينَ مَكانُهُم فِي الجَنَّهِ؟

"Onların cənnətdəki yeri haradır?”

Peyğəmbər (s) buyurdu:

مَعي في دَرَجَتي

"Mənimlə eyni məqamda olacaqlar.”

Yəhudi onların ölüm və şəhadətinin necəliyi barədə soruşduqda, Peyğəmbər (s) bir qədər izahdan sonra buyurdu:

و انّ الثّانى عشر من ولدى يغيب حتّى لايرى، و يأتى على امّتى بزمن لايبقى من الاسلام الّا اسمه؛ ولايبقى من القرآن الّا رسمه فحينئذ يأذن اللّه تبارك و تعالى له بالخروج فيظهر اللّه الاسلام به و يجدّده...

"Həqiqətən, mənim on ikinci övladım qeybə çəkiləcək və gözlərdən uzaq qalacaq. Mənim ümmətim üçün elə bir zaman gələcək ki, İslamın adı və Quranın xəttindən başqa, bir şey qalmayacaq. Bu zaman Allah-Taala ona qiyam etmək üçün icazə verəcək və İslamı onun vasitəsilə aşkar edib dirçəldəcək...”

Yəhudi İslamı qəbul etdikdən sonra bir neçə beyt şeir söyləyir və İslam Peyğəmbərinin (s) canişinlərinin adlarını çəkdikdən sonra, nəhayət, onların sonuncusu haqda belə deyir:

آخرهم يسقى الظماء و هوالامام المنتظر

"Onların sonuncusu (haqq və ədalət) təşnələrini sirab edəcək. İntizarı çəkilən imam odur!” ("Yənabiul-məvəddət”, səh.440.)

2. Yenə həmin kitabda İslam Peyğəmbərinin (s) dünyadan gedən son səhabəsi Amir ibn Vasilənin İmam Əlidən (ə), o həzrətin də İslam Peyğəmbərindən (s) belə buyurduğu nəql olunur:

يا على انت وصىّ، حربك حربى، و سلمك سلمى، و انت الامام و ابوالائمة احدى عشر الّذين هم المطهّرون المعصومون و منهم المهدى الّذى يملأ الارض قسطاً و عدلًا

"Ya Əli, sən mənim canişinimsən. Sənin müharibən mənim müharibəm, sülhün isə mənim sülhümdür. Sən imam və pak və məsum olan on bir imamın atasısan. Yer üzünü haqq-ədalətlə dolduracaq Mehdi də onlardandır.” ("Yənabiul-məvəddət”, səh.85.)

İmam Mehdinin (ə) İmam Həsən Əskərinin oğlu, İmam Əlinin (ə) on birinci, İmam Hüseynin (ə) isə doqquzuncu övladı olması ilə bağlı Əhli-beyt (ə) vasitəsilə çoxsaylı rəvayətlər nəql olunmuşdur və biz burada ümumi məlumat verməklə kifayətlənirik. Əlavə məlumat əldə etmək istəyənlər "Müntəxəbül-əsər fi əhvalil-imamis-sani əşər” və yaxud "Nəvide əmnu əman” (Əmin-amanlıq müjdəsi) kitablarına müraciət edə bilərlər. Bu kitablarda o həzrətin ata-babaları haqda Əhli-beyt (ə) vasitəsilə nəql olunan rəvayətlər qeydə alınmışdır: O cümlədən:

İmamların on iki nəfər – birincisi İmam Əli (ə), sonuncusu isə İmam Mehdi (ə) – olması haqda 91 rəvayət, İmam Mehdinin (ə) sonuncu imam olması haqda 94 rəvayət, imamların on iki nəfər – onlardan doqquzunun İmam Hüseynin (ə) övladı və doqquzuncusunun da həzrət Qaim (Mehdi) olması haqda 107 rəvayət, on iki imamların adları və onların sonuncusunun Mehdi olması haqda 50 rəvayət nəql olunmuş və beləcə, bu məktəbin ardıcılları çoxsaylı sənədlərə əsasən, İmam Mehdini (ə) bütün xüsusiyyətləri ilə tanıtdırmışlar.

Bu hədislərdən vəd edilmiş böyük xilaskarın – İmam Mehdinin (ə) aşağıdakı səciyyəvi xüsusiyyətlərə sahib olması aydınlaşır:

1. O, İslam Peyğəmbərinin (s) xanədanı və övladlarındandır;

2. İmam Hüseynin (ə) sülaləsindəndir;

3. İslam Peyğəmbərindən (s) sonra on ikinci rəhbərdir;

4. İmam Həsən Əskərinin (ə) oğludur;

5. Dünyanı haqq-ədalətlə dolduracaqdır;

6. Bütün dünyaya rəhbərlik edəcəkdir;

7. Onun rəhbərliyi dönəmində zəiflər, məzlumlar və istismara məruz qalanlar azadlığa çıxacaq, müharibələrə son qoyulacaq, dünyaya sülh və əmin-amanlıq hakim olacaq.

Bildiririk ki, mötəbər əhli-sünnə mənbələrində on iki imam haqqında ümumi şəkildə qeyd olunan hədislərin sayı olduqca çoxdur və bu hədisləri məhz şiə etiqadını qəbul etməklə təfsir etmək olar.

Bəzi hədis mənbələrində, o cümlədən, Buxari və Termizinin "Səhih” kitablarında "isna əşərə əmirən” (on iki əmir) ifadəsi, Müslim və Əbu Davudun "Səhih”, Əhməd ibn Hənbəlin "Müsnəd” kitablarında çoxlu silsilə sənədlə "isna əşərə xəlifətən” (on iki xəlifə) ifadəsi nəql olunur. ("Səhihi-Buxari”, səh.175, Misir çapı; "Səhihi-Termizi”, 2-ci cild, səh.45, Dehli çapı; "Səhihi-Mülslim”, 2-ci cild, səh.191, Misir çapı; "Səhihi-Əbu Davud, 2-ci cild, səh.207, "Əl-Mehdi” fəsli, Misir çapı.)

Görəsən, mötəbər kitablarda nəql olunan bu qədər hədisləri inkar etmək olarmı? Görəsən, "on iki xəlifə”nin sayını Müaviyə, Yezid və Əbdülməlik kimi Əməvi xəlifələrini və yaxud Harun, Məmun və Mütəvəkkil kimi Abbasi xəlifələrini ilk dörd xəlifəyə əlavə etməklə düzəltmək mümkündürmü?

"Həqiqətdə, Peyğəmbərin (s) adlarını çəkib təriflədiyi on iki xəlifə kimdir?” – sualı üzərində "on iki imam”a inanan Əhli-beyt məktəbinin ardıcıllarından başqaları dərindən düşünməlidirlər. Heç bir insaflı şəxs İslam hakimiyyətini həqiqi məxrəcindən çıxaran, İslam təlimlərini təhrif edən, hər növ cinayətə əl atan Əməvi və Abbasi xəlifələrinə "Peyğəmbərin (s) layiqli xəlifə və canişinləri” adını verə bilməz. ("Hokuməte cahaniye həzrət Mehdi (ə.c)”, Ayətullah əl-üzma Məkarim Şirazi, səh.82-88.)

Rza Şükürlü (Maide.az)


 

 

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Həzrət Mehdi (ə.f) kimin nəslindəndir?
Həzrət Mehdi (ə.f) kimin nəslindəndir?
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
Evində 20 il həbsdə olan mübariz İmam (ə)
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əliyyən-Nəqinin (ə) şəhadəti
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İmam Əli (ə) doğulduqdan üç gün sonra İslam Peyğəmbəri (s) ilə görüşən zaman O Həzrətə salam vermiş və Möminun surəsindən bir qismini tilavət etmişdir?
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İMAM HADİNİN (Ə) FİKRİ-SİYASİ TARİXİ
İmam Sadiq ələyhis-salamın həyatı haqqında  qısa məlumat
İmam Sadiq ələyhis-salamın həyatı haqqında qısa məlumat
İncil kitabında İmam Mehdi (ə.f)
İncil kitabında İmam Mehdi (ə.f)
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
İMAM MEHDİ (Ə) HƏDİS İŞIĞINDA
Nə üçün Həzrət Mehdi (ə.f) uşaq yaşında qeybə çəkildi?
Nə üçün Həzrət Mehdi (ə.f) uşaq yaşında qeybə çəkildi?
Şiə hədisləri İmam Mehdinin (ə.f) varlığını necə sübuta yetirir?
Şiə hədisləri İmam Mehdinin (ə.f) varlığını necə sübuta yetirir?
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 imamın Allah tərəfindən seçilməsinə inam
12 İmam barədəki hədislər
12 İmam barədəki hədislər
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
İmam Mehdi (ə.f) Bermud adalarındadırmı? O evlidirmi?
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
QUR᾽AN VƏ YEDDİ QİRAƏT ÜSULU YEDDİ QİRAƏT ÜSULLARINDAKI OXŞARSIZLIQ
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Əhli-sünnə mənbələrində Peyğəmbərin (s) namazda səcdə edərkən torpaqdan istifadə etməsi
Rəcəb ayının 1-ci günü
Rəcəb ayının 1-ci günü
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
Əhməd ibn əl-Həsən əl-Yəmani adı ilə məşhur yalançı və fırıldaqçı
Cəmadiül-əvvəl ayının 29-cu günü
Cəmadiül-əvvəl ayının 29-cu günü
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
“MÜNAFİQUN” (MÜNAFİQLƏR) AYƏSİ
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
Vilayətin 11-ci günəşi İmam Həsən Əsgəri (ə)-ın həyatına bir baxış
İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti
İmam Həsən Əskərinin (ə) yeddicəhətli fəaliyyəti
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
RƏBİÜL-ƏVVƏL AYININ ƏMƏLLƏRİ
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
Quran-Kərimdə 320 ayə Həzrət Mehdi (ə.f) haqqındadır
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM HADİNİN (Ə) HƏYATI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
İMAM BAQİRİN (Ə) ELMİ MƏQAMI
"Məvəddət" ayəsi
12 İmamın adı
12 İmamın adı
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadəti günüdür
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Aşura günü oruc tutmağın müstəhəb olması ilə əlaqədar Peyğəmbər (səlləllahu əleyhi və alih)-dən bir hədis nəql olunmuşdurmu? Ümumiyyətlə, bu gündə oruc tutmaq müstəhəbdirmi?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Əbu Hureyrənin əvvəli və sonu:3
Əbu Hureyrənin əvvəli və sonu:3
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Imam Mehdi ə.f zuhurunu gözləyənlərə şad xəbər Səudiyyə Kralı öldü
Şiə tarixinə giriş
Şiə tarixinə giriş
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler