sitename
sitename

Kərbəlada nə baş verib? 
Birinci hissə
.
İmam Cəfər Sadiq əleyhissalam buyurur: "İmam Hüseynın (ə) məktəbi elə bir məktəbdir ki,

لا يدرس

heç kim bu məktəbi oxuyub qurtara bilməz.” 
Qurani Kərim Əraf surəsinin 51-ci ayəsində buyurur:

الَّذِينَ اتَّخَذُواْ دِينَهُمْ لَهْوًا وَ لَعِبًا وَ غَرَّتْهُمُ الْحَيَوةُ الدُّنْيَا فَالْيَوْمَ نَنسَئهُمْ كَمَا نَسُواْ لِقَاءَ يَوْمِهِمْ هَاذَا وَ مَا كَانُواْ بِايَاتِنَا يجَحَدُونَ

"O kəslər ki, dinlərini bihudə və oyun-oyuncaq saydılar və dünya həyatı onları aldatdı. Beləliklə onlar bu günki görüşlərini (Qiyaməti) yaddan çıxardıqları və ayələrimizi inkar etdikləri kimi Biz də bu gün onları yaddan çıxaracağıq.” 
Yəni insanlar əsas dörd qurupa bölünür, onlardan ikisi dindarlara , iki isə dinsizlərə aiddir. Bu ayədə haqqında danışılan kəslər dinlərini oyun-oyuncaq bilən, dinə öz dünyaları üçün mənfəət məqsədilə baxan dırnaqarası dindarlardır. Kərbəlada imam Hüseyn əleyhissalam ilə müharibə edən qoşundakı "dindarlar” belə dindarlar idilər. Dünya həyatı onları qürurlandırıb aldatdı; İnsanlar bəzən ibadətləri ilə, ziyarətə getməkləri ilə, ehsan süfrəsi açmaqları ilə, dilləri ilə müəyyən sayda zikrləri təkrarlamaq ilə, bəzi zahiri gözəl olan əməlləri və sair ilə qürurlanıb Allaha və onun dininə qarşı üsyan etmiş olurlar.
Qürur odur ki, insan hər hansı bir vəsilə ilə aldana və bunun nəticəsində özünü kamil, şərəfli sayır və bundan sonra ucalmaq üçün vasitə və tərəqqi yolları axtarmağı özünə lazım bilmir. 
Hicrətin 60-cı ili rəcəb ayının 15-i Müaviyə öldükdən sonra onun oğlu Yezid tələsik Mədinə şəhərinin valisi Vəlid ibn Ütbəyə məktub yazdı. Vəlid məktubu oxudu, o məktubda Yezid yazmışdı ki, bu üç nəfərdən təcili olaraq beyət al və onlara aman vermə. Əgər beyət etməzlərsə onları məcbur et. 
Həmin üç nəfər İmam Hüseyn əleyhissalam, Abdullah ibn Ömər və Abdullah ibn Zübeyr idi. 
Tarix kitablarında Müaviyənin Yezidə nəsihətlərində dörd nəfərə görə narahat olduğunu bildirmişdir. Onların dördüncüsü Əbdürrəhman ibn Əbubəkr idi (birinci xəlifə Əbubəkrin oğlu, Aişənin qardaşı). 
Əbdürrəhman ibn Əbubəkri qarabaqara izləyən Müaviyə özü onu tapıb öldürdü, lakin qalan üçünü öldürə bilmədi. 
Müaviyənin ölüm xəbərini eşitdikdən sonra Vəlid gecə ikən Mərvanı çağıtdırdı. Vəliddən əvvəl Mədinənin hakimi Mərvan ibni Həkəm idi. Mərvan vəzifədən çıxdığına görə acıq elədi və heç bir işdə Vəlidə qoşulmayacağını bildirmişdi və onunla heç danışmırdı da. 
Mərvan təəccüb etdi ki, görəsən gecənin bu vaxtı onu niyə çağıtdırır və fikiləşdi ki burda nəsə bir iş var. Vəlidin yanına gəldi, Vəlid Müaviyənin öldüyünü və Yeziddən gələn məktubu ona göstərərək dedi: "Məktubda üç nəfərdən beyət almağı və beyət etmədikləri halda boyunlarını vurmağı əmr edib. Bu vəziyyətdə mən nə edim?” 
Mərvan dedi: "Camaat bilməmiş, hay-küy düşməmiş çağıtdır, beyət al onlardan.” 
Abdullah ibn Ömər (ikinci xəlifənin oğlu) Mədinədə yox idi, Məkkəyə Ümrə həccinə getmişdi. Abdullah ibn Zübeyrə xəbər göndərdilər, Abdullah məsciddə imam Hüseyn əleyhissalamı gördü və ondan gecənin bu vaxtı niyə onu çağırdığını soruşduqda imam Hüseyn əleyhissalam buyurdu: "Güman edirəm ki, Müaviyə ölüb...” Abdullah ibn Zübeyr qorxdu, tez gizləndi və Vəlidin yanına getmədi. Gecə ikən gizlincə və kəsə yolla Məkkəyə qaçdı. 
Amma imam Hüseyn əleyhissalam çağırıldıqda İmam (ə) bir neçə Bəni-Haşim cavanları ilə görüşə gəldi. İmam Hüseyn əleyhissalam içəri daxil oldu və onunla gələnlər isə bayırda dayanıb gözlədilər. Vəlid dedi: -ey Hüseyn! Bil ki, Müaviyə ölüb, indi Yezid xəlifədir və sən gərək ona beyət edəsən. 
İmam Hüseyn əleyhissalam buyurdu: Mən gərək fikirləşəm. 
Vəlid dedi: Yaxşı get fikirləş. Bu vaxt Mərvan üzünü Vəlidə tutub dedi: -Hara buraxırsan bunu, bu getsə sən bir daha bunu tuta bilməyəcəksən, məcbur etmək lazımdır beyətə. Bu sözləri eşidən imam 
Hüseyn əleyhissalam uca səslə buyurdu: "Sən məni hədələyirsən?”
Bu zaman imam Hüseyn əleyhissalam bir neçə çümlə ilə varlıq aləminin həqiqətlərini, həyatda iki əsas yolun olduğunu və bu iki yolun heç vaxt bir-birinə təslim olmayacağını aşkarlayaraq Vəlidə xitabən buyurur: 
"Ey əmir, Biz Peyğəmbərlik Əhli-Beytiyik, Risalət mədəniyik (Allahın haqq dinini yayan bizik), mələklərin gedib-gəlmə yeri bizim evimiz(qəlbimiz)dir, Allah varlıq aləmini bizimlə başlayıb və bizimlə də qurtaracaq. (Allahın yaratdığı ilk varlıq həzrət Muhəmmədin(s) nuru sonuncu isə qeybdə olan İmamın zühurudur) Ancaq Yezid isə fasiq (günahdan çəkinməyən) birisidir, şərab içəndir, günahsız insanları öldürür, hər kəs onun günahlarını görür və heç bir günahdan çəkinmir.”
İmam Hüseyn əleyhissalam iki yolun ikisini də açıqladıqdan sonra buyurur: "Mənim kimisi, onun kimisinə beyət etməz.” 
Beləliklə imam Hüseyn əleyhissalam oradakı çıxışına xitam verir, Vəlidin yanından çıxarkən son sözlərini belə buyurur: "Lakin biz də gün keçiririk, siz də gün keçirirsiz (yəni zaman keçir) və biz də gözləyirik, siz də gözləyirsiz (yəni gözləyirik görək nə baş verəcək) və sonda zaman göstərəcək ki, hansımız beyətə və xilafətə daha layiqdir.”
Deməli, dünyada iki yol vardır, İlahi yol və bir də şeytani yol. İlahi yol və xəlifəlik Peyğəmbərlərin və onların vəsilərinin əlindədir. Şeytani yol isə dindən sui istifadə edənlərin və İlahi xilafəti qəsb edənlərin əlindədir.
Ardı var...

Rza Əzizoğlu İrəvani

скачать dle 10.3фильмы бесплатно
www.ehlibeyt.info @SonUmidTv

Veb-saytın materiallarından istifadə zamanı istinad zəruridir!!!

Müəllif
Vusal
Geri
Həmçinin baxın
Kərbəla şəhidləri...
Kərbəla şəhidləri...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Hüseyn əleyhissalamın Aşura hərəkatında “Azadlıq və hürriyyətin” rolu və dəyəri

İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
İmam Məhəmməd Baqir əleyhissalamın şəhid edilməsi günü səbəbilə
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
Biz bağışlayaq ki, Allah da bizi bağışlasın...
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalamın comərdliyi və mərhəməti
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Məhəmməd Təqi əleyhissalam və valideynə ehtiram
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
İmam Rza əleyhissalamın axlaqlından damlalar.
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
“Kim vacib namazı qılıb, ayağa qalxmadan, Fatımə Zəhra (ə.s.) təsbihini zikr edərsə, Allah onu bağışlayar.”
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
İmam Zaman ağaya (ə.f) ilk beyət edən kim olacaqdır?
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bir nəfər Həzrət İmam Hüseynin (ə) yanına gəlib dedi: Mən günahkar bir şəxsəm və günahdan da əl çəkə bilmirəm
Bu günlər çox sevincli günlərdir. Şəban ayının 3-ü (30 aprel) imam Hüseyn əleyhissalamın təvəllüdü, -Şəban ayının 4-ü (1 may) həzrət Abbas əleyhissalamın təvəllüdü, Şəban ayının 5-i (2 may) imam ZeynulAbidin əleyhissalamın təvəllüdü günləridir. .

Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
Allah bu dünyada bir Əhli-beyt (ə) ardıcılını günahdan necə təmizləyir?
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
İmam Əlinin (ə) 1400 il əvvəl verdiyi ədalətli və obyektiv təhqiqat dərsi
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Xanım Zeynəb əleyhasalam bütün bəşəriyyət üçün Səbir və Dözümlülük nümunəsidir.
Kərbəla meydanının qadın qəhrəmanı
Kərbəla meydanının qadın qəhrəmanı
Nəfsə qalib gəlməyin yolları
Nəfsə qalib gəlməyin yolları
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
5 noyabr = 5 Səfər imam Hüseyn əleyhissalamın kiçik qızı həzrət Rüqəyyənin səhid olduğu gündür!
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
KİÇİK QEYBƏT DÖVRÜNDƏ MÖHÜRDƏN İSTİFADƏ EDİLİRDİ
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
Həzrət Abbasa (ə) niyə səqqa dedilər?
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İmam Hüseynin (ə) hərəmindən gələn alma iyinin sirri
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İLK HƏMLƏNİ DƏF EDƏRKƏN ŞƏHİD OLANLAR
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalamı öldürənlər şiələr idimi?!
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn əleyhissalam Qurani-Kərimdə
İmam Hüseyn (ə) Tomas Karlilin baxışında
İmam Hüseyn (ə) Tomas Karlilin baxışında
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Qurani-kərimdə yaxşı insanların xüsusiyyətləri . Ikinci hissə .
Birlik və vəhdət amili Qədir-xum
Birlik və vəhdət amili Qədir-xum
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İmam Hüseyn (ə) bu zikrə görə bağını bağışladı
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
İMAM CAVAD (Ə) – KƏRAMƏT VƏ SƏXAVƏT NÜMUNƏSİ
12 İmamın adı
12 İmamın adı
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
İmam Zeynəlabidin (ə)-a şamlı qocanın söhbəti
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
Bu hədis doğrudur ki, İmam Əli (əleyhissalam) doğulduqdan üç gün sonra Möminun surəsindən bir qismini tilavət etmişdir?
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
ŞÜBHƏLƏRƏ CAVAB Şiənin tarixi (dördüncü yazı)
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Huseyn(ə) düşmənlərinin xüsusiyyətləri
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Kərbəla Ələmdarı- Həzrət Abbas Əbəlfəzl (əleyhissəlam)
Daha çox oxumaq istəyirsən? )))
Прокомментировать
[vk]
[/vk] [vk][/vk] [odnoklassniki][/odnoklassniki] [facebook][/facebook] [mailru][/mailru] [google][/google] [yandex][/yandex] [vk]
[/vk]
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler